XAN – Günahlar şəhəri…

Əslində onlar elə bilirdilər ki ,mən Nərmini sevirəm və onu məndən qorumaq istəyirdilər .Amma mən heз onu sevmirdim .Bəlkə də ,xoşum gəlirdi .O çox yaxşı qız idi .Buna görə də mənim kimi bir avaraya yaraşmazdı .Başına pis işlər gələ bilərdi .Amma indi bu gözəl qız düz mənim qabağımda dayanmışdı .Həm də məni tanımamışdı .Otaq çox qaranlıq idi .Yazıq qız içəridə əli silahlı qəddar görünüşlü bir adam görən kimi özünü itirdi .Üstəlik bu silah ona tərəf tuşlanmışdı .Düzünü desəm ,mən də bir az çaş-baş qaldım .Qarşımda bir qatil gözləyərkən bu cür bir qız görmüşdüm ,necə təəccüblənməyə bilərdim ?Qızın məsum görüntüsü məni bir saniyəlik özümdən aldı .Bir anlıq belə bir həyatın içində olduğum üçün özümə nifrət elədim .Heç vaxt ailə qurmaq barəsində düşünməmişdim .Amma indi düşündüm .Onu gördüyümə həm sevindim ,həm yox .Gör bir ağlıma nələr gəldi ?Çox gülməlidir .
Qız donub qalmışdı .Gözləri dolmuşdu ,əlləri də əsirdi .Bu cür şəhərdə tək yaşamaq çox təhlüklidir .Hələ də bir qızsansa ,hələ də çox gözləsənsə başına hər an hər şey gələ bilərdi. Yəqin ona görə şəhərdən kənarda bir yerdə yaşayırdı .Sağ gözündən bir damla yaş gəldi. Gözəl üzünü sığalladı və yanağından ayrılıb yerə düşdü .Həmin vaxt onun gözlərinə necə qəzəblə baxa bildim ?Deyəsən ,heç kəs mənim daş ürək olduğumu düşünəndə yanılmamışdı. Onun baxışları məsumlandıqca mənim baxışlarım daha da qəddarlaşırdı. Onu öldürmək üçün gəldiyimi düşünüb gözlərini yumdu və əli ilə gözünün yaşını sildi .Çox dəqiq və anlaşıqlı bir səslə dedi :
—Əgər məni öldürməyə gəlmisənsə ,xahiş edirəm ,məni sadəcə öldür .Ayrı heç bir şey lazım deyil .Xahiş eləyirəm ,işinizi tez bitirib gedin .
Yəqin ,ona nəsə pis bir şey eləyəcəyimi düşünüb .Onu başa düşürəm .Gözəl olduğunu bilir, onun da ağlına min cürə şey gəlib .Deyəsən ,ölməkdən yox namusunu itirməkdən qorxurdu .
—Ölməkdən qorxduğun üçün ağlayırsan ? Səni öldürmək fikrim yoxdu .Başqa şey də eləməyəcəyəm .Rahat ol ,mən də səndən xahiş eləyirəm .Gözlərini aç və qorxma .Sənə heç nə eləməyəcəyəm – gözlərimdəki qəddarlıqdan artıq əsər-əlamət yox idi .Gözlərini açıb mənə bir də baxsaydı ,ona heç nə eləməyəcəyimi anlayardı .
Gözlərini asta-asta açdı .Bu cür məsum baxışlarla heç vaxt qarşılaşmamışdım .Onlara bir də baxmaq istədim. Gözlərinə bir saniyə də baxdım və gəldiyim yerlə tez qayıdıb öz evimə getdim .
Həmin gecəni yatmadım .Uşaqlıqda başıma gələn bütün maraqlı hadisələri xatırladım. İstədiyim qızlar ,döydüyüm uşaqlar ,döyüldüyüm davalar ,yaralanmaqlarım ,sevinclərim, qorxularım ,qorxutduqlarım, uşaqlıq xəyallarım ,avaralıqlarım ,köməyinə getdiklərim ,köməyimə gələnlər ,sındırdıqlarım ,utandırdıqlarım ,sevdiklərim ,nifrət etdiklərim və s. Bütün yaxşı və pis hadisələr beynimdən işıq sürətiylə gəlib-geçirdi .Ürəyim elə bil bir az yumşaldı .Bir anlıq öldürdüyüm adamların da üzləri gözümün qabağına gəldi .Ölüm anı gözlərindəki qorxu necə yadımda qalıbsa ,saylarının çox olmasına baxmayaraq hamısını yaxşı xatırlayırdım .Sanki, onları öldürdüyüm üçün peşman olmuşdum .Axı aralarında bəzilərini öldürməsəydim də olardı.Allah bilir ,şəhərdə neçə uşağı atasız qomuşam ,neçə uşağın bir vaxtlar mənim xəyyallarımı məhv edənlər kimi xəyallarını məhv etmişəm . “Onsuz da cənnətə düşməyəcəyəm, heç olmasa cəhənnəmə düşməyə layiq olum” – deyib öz işimə davam eləmişəm .Həmin uşaqların yetim yalvarışları mənim ürəyimi yumşaltmağa bəs edə bilməmişdi, ancaq bu qızın gözlərindən çıxan məsumiyyət mənim ürəyimi darmadağın elədi. Yox ,daha bu işlərlə məşğul olmayacam .Cəhənnəm olsun bütün pul davaları ,cəhənnəm olsun Mark da ,həmin qoca kaftar da .Daha can almayacağam .Bəsdir .Daha lənət nişangahı olmaq istəmirəm .Mənim qədər ,yəqin ,heç kimə lənət oxumayıblar .Axı mən də uşaqlıqda valideynlərimi məndən alanlara həyatım boyu lənət oxumuşam .İndi isə mən lənət oxuduğum adamlardan biri olmuşdum .Mən Xan olmuşdum .Cəhənnəm olsun bu xanlıq ,cəhənnəm olsun bu səltənət ,cəhənnəm olsun mənə qorxudan hörmət edən yaltaq dostlar ,cəhənnəm olsun məni həmişə arxadan vurmaq istəyən düşmanlar .Mafiyadan uzaq bir yerə gedib sakit bir balıqçı həyatı yaşayacam .Ailə quracam ,övladlarımı qucağıma alacam ,onları sevəcəm ,heç kimə nifrət eləməyəcəyəm .Cəhənnəm olsun bütün pis hislər .
Bu üsyankarlığım məni bir gün bitirəcəkdi .Bilirdim ,silahı yerə qoyan kimi o dəqiqə vəhşicəsinə qətlə yetiriləcəkdim .O zaman da mənim oğlum kiməsə lənət oxuyacaqdı .Yox lazım deyil ,hələ dünyaya gəlməmiş bir uşağı yetim qoymağa mənim haqqım varmı ?Əlbəttə yox .Qoy bu Günahlar şəhəri tarixində bir əfsanə olaraq qalım ,hamı məni ölmüş bilsin ,amma əslində həyatda olum .Ayrı bir adla ,ayrı bir yerdə yenidən doğulum .Yeni həyata başlayım ,yaxşılıqlar etməyə çalışım .Əla xəyallardı ,bütün bunları reallaşdırmaq üçün əlimdən gələnin ən yaxşısını eləyəcəyimə söz verirəm .

HosT (aLLiAnCe)

Şərhlər:

  1. HosT (aLLiAnCe) dedi ki:

    reylerinizi gozdeyirem

  2. MILAQROS dedi ki:

    HosT (aLLiAnCe),
    cox maraqlidir twkler

  3. HosT (aLLiAnCe) dedi ki:

    sende cox saq ol oxuduqun ucun

  4. VeFaSiz_Giz dedi ki:

    HosT (aLLiAnCe), Cox sagol

  5. meymunka dedi ki:

    maraqlidir en esasi da menim adim var bu xeberde!

  6. HosT (aLLiAnCe) dedi ki:

    sende saq ol smile

  7. IzYuMinKa dedi ki:

    thankssss super cox maraqlidi derisive

  8. HosT (aLLiAnCe) dedi ki:

    bilirem maraqli idi sizde reyleriniz ucun cox saq olun

  9. BLACK STAR dedi ki:

    maraqlidi cox saol.. applause