15 IYUN MILLI QURTULUS GUNUDUR

alt

Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – Heydər Əliyev.

1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsi yerli qurumlarına məxsus silahlı dəstələr Daxili İşlər Nazirliyi binasını, televiziya studiyasını ələ keçirdi.

Qiyamçılar xalqa televiziya ilə müraciət edib mövcud hakimiyyət əleyhinə bəyanatlar verdilər. Əhalinin böyük əksəriyyəti Heydər Əliyevin çağrışı ilə ayağa qalxdı. Silahlılar dövlət idarələrindən qovulub çıxarıldı.

Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda iqtidarda olan və olmayan Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi.

Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir qrup zabit “hərbi birlik” yaratmışdır. Onlara Surət Hüseynov rəhbərlik edirdi. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Iqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi.

Iyunun 4-də səhər hərbi qiyamı yatırmaq üçün hökümət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. Iki qardaş üz-üzə dayandı. 709 saylı hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar daha fəal hərəkət etdilər. Onlar qan tökmək istəməyən qvardiyaçıları şəhədən çıxarmaq adı altında avtobusa doldurub güllələdilər. Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxlınlaşdılar.

Iyunun 14-də Nəvahi yaxınlığında ordular üz-üzə dayandı. Danışıqlar nəticəsində qiyamçıları Lökbatan yaxınlığında və Şamaxı yolunun 75 kilometrliyində saxlamaq mümkün oldu. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular. Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər.

Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Ziyalı insanlar dəfələrlə Naxçıvana gedib yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər.

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.

Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edildi. AXC-Musavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Vətəndaş müharibəsi üçün zəmin yarandı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.

Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. Indi inamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Leonel-207

Şərhlər:

  1. the 13th Warrior dedi ki:

    Bayraminiz mubarek olsun FORGENC ehli. ve utun Azerbaycan xalqi.

  2. Melekcik dedi ki:

    cox saol maraqli xebere gore tebrikler

  3. bakili balasi dedi ki:

    cox sagol xebere gore bayraminiz mubarek ay forgencliler

  4. Deli_oglan dedi ki:

    Bayraminiz mubarek eyyyyyyyyyyyyyyy ForGenC ehli. Haminizi tebrik edirem. Duzdu bu bayram bize aid bunu ancaq dovlet memurlari qeyd edir,amma neynemek olar yene de Azerbaycanliyiq daaaaaaa.

  5. Angelocka dedi ki:
    Azerbaycan Xalqi Bayraminiz Mubarek…Biz hele tam qurtulmamiwiq..Biz hele butov yox Yarimciq Xalqiq..Ne vaxt ki QARABAGDA bizim olacaq bax o zaman bir Xalq kimi butov bir Azerbaycan Xalqi kimi Qurtuluw bayramimizi qeyd edeciyik

    Ruslan Dostik ellerin derd gormesin..Cox sagol..

  6. MaLenKaya BuSinka dedi ki:

    tebrik edirem hamini bayraminiz mubarek goodgood

  7. arsenal dedi ki:

    Bayramimiz mubarek!

    Insallah bu gunu Garabagda kecirerik.Kecirerik ki icimizde yasayib bu vetenin havasini alib,suyunu icib amma vetenine arxa ceviren alcaqlar belke bir gun ozlerine nifret ederler.Dusunun ki bir sexs ki ancaq oz qarnini dusunur,ancaq ve ancaq oz menafeyin gudur o hec vaxt vetenpervel insan ola bilmez.Mene gore o insan serefsizdir.ve en alcaq adamdir.Mene ne qeder cetin olsada etiraf etmeliyem ki icimizde beleleri var ve lap coxdu.Mence bizim daha boyuk QURTULUS BAYRAMIMIZ bu serefsizlerden canimizi qurtaranda olacaqdir.

  8. IzYuMinKa dedi ki:

    XEBERE GORE COOX SAG OL LEONCIK!!! BAYRAMINIZ MUBAREK FORGENCLILER!!!

  9. Suphenallah dedi ki:
    \"Bayramimiz mubarek!!!\"
    INWALLAH YALANDAN,SAXTAKARLIQDAN DA QURTULMAGIMIZI QEYD EDERIK!!!

    YUSLAN COX SAG OL
  10. BadBoy dedi ki:

    Cox sag Ol Leo

  11. Miss_N dedi ki:

    Tebrikler Azerbaycan

  12. _Aynur_ dedi ki:
    Rusi etrafli melumata gore cox sag ol…
    Bayraminiz Mubarek!!!
  13. Dj_Robot dedi ki:

    Butun xalqimizi Qurtulus gunu munasibetiyle tebrik edirem bayramimiz mubarek.ForGenC userleri sizleri asobu tebrikler

  14. JESSICA dedi ki:

    Bayraminiz mubarek…

  15. Single Girl dedi ki:

    Hamini urekden tebrik edirem:-)Bayraminiz Mubarek)Yusi dostik sende cox sagol Unutmadigun ucun:-)

  16. FeGo dedi ki:
    Bьtьn Dьnya Azəriləri Və Forgencliləri Bayramınız MuBaRəK
  17. pink_panther dedi ki:

    Haminizi bu bayram munasibeti ile semimi qelbden tebrik edirem ….

  18. DaRk_AnGeL dedi ki:

    Bayraminiz mubarek

    girl_cool

  19. ZoRRo_BaKu dedi ki:
    ..::Superdi Thank You::..
    twk twk twk