PRoMete – Sən mənə özüm qədər yaxınsan… / YENİ..!

Sən mənə özüm qədər yaxınsan

Gözlərini hər dəfə məndən niyə gizlədiyini hələ indiyə kimi başa düşə bilmirəm. Yəqin ki, heç vaxt başa düşməyəcəm də.

İlk dəfə əlindən tutmağım indiki kimi yadımdadır. əlin sanki buz parçası idi. Hərədə bir cür olur. Kiminsə sevəndə həyəcandan əli tərləyir, kiminsə sevgidən bədəni buza dönür. Lap elə sevib şer yazmaqla, sevib dili tutulub bir kəlmə belə deyə bilməmək kimi. Lap elə sevib dünyanı xilas eləməyə şövqlənməklə, sevib zamanın gözlərin önündə necə qanadlanıb uçduğunu görə-görə iflic olmuş kimi donub hərəkətsiz qalmaq kimi. Lap elə mənim indi bu mətni yazmağımla, sənin evdə oturub heç nə eləmədən məni gözləmən kimi.

Bilirsən səni ən çox nə vaxt sevmişdim?

Birinci dəfə biz bir yerdə dənizə gedəndə…

Yox, bəlkə də daha çox biz səninlə parkda gəzəndə sevmişdim…

Bəlkə də bir yerdə kompüter arxasinda oturanda…

Bəlkə də birlikdə kinoya baxanda…

Bəlkə də birlikdə musiqi dinləyəndə…

Bəlkə də sənə mahnı yazanda?!

Bilmirəm…

Bilmirəm… Artıq çaş-baş qalmışam. Sənə olan sevgim hər saniyə artır.

Mən səni sevirəm mənim TƏKLİYİM.

HosT (aLLiAnCe)

Şərhlər:

  1. meymunka dedi ki:

    Bilmirəm… Artıq зaş-baş qalmışam. Sənə olan sevgim hər saniyə artır.

    Mən səni sevirəm mənim TƏKLİYİM.

    super mende seni sevirem menim tekliyim

  2. HosT (aLLiAnCe) dedi ki:

    rey ucun saq olun cox saq olunki oxudunuz

  3. HosT (aLLiAnCe) dedi ki:

    releriniz ucun cox saq olun

  4. FERISH dedi ki:

    host menim her seyimdi cooox menali sozleri var esasende aid le qaraqani cooox sevirem qaraqani sesine gore aid i ise xarici gorunusune gore cooox sevirem bu arada prometenin sesinin yerini hec bir ses tuta bilmezzzzzzzzz
    nikimin seklindende gorunduyu kimi H.O.S.T menim her seyimdiiiiiii
    evde deyirler ki az qulaq bunlara axirda basin xarab olacak ama men yenede bildiyimi eliyirem bu menim host a olan sevgimdi sizi sevirem H.O.S.T….