Futbol xəbərləri

Futbol x601;b601;rl601;ri

Tanınmış rumıniyalı mütəxəssis Laslo Boloni karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Bakı klublarından təklif alan 57 yaşlı çalışdırıcı baş məşqçi kimi ölkəmizdə işləməyə razılıq verib. Təmsilçimizlə ilkin razılıq əldə edən Boloni böyük məbləğdə əmək haqqı istədiyindən, danışıqlarda fasilə yaranıb. Paytaxt komandası məşhur məşqçinin istəyi üzərində baş sındırmaq üçün müəyyən vaxta ehtiyac duyub.

Futbolçu karyerasında bir neçə klubda oynamış Boloninin ən böyük uğurları “Styaua” ilə bağlıdır. 1984-87-ci illərdə şərəfini qoruduğu Buxarest təmsilçisində 3 dəfə ölkə çempionu (1984/85, 1985/86, 1986/87), 2 dəfə Rumıniya kubokunu (1984/85, 1986/87) qazanan Boloni, 1986-cı ildə Çempionlar kuboku və UEFA Superkubokunun qalibi olub.

Baş məşqçi karyerasına Fransanın “Nansi” klubunda (1994-2000) başlayan mütəxəssis 2000-01-ci illərdə Rumıniya yığmasını çalışdırıb. 2001-03-cü illərdə isə Boloni məşhur Kriştiano Ronaldonun çıxış etdiyi Portuqaliyanın “Sportinq” klubuna başçılıq edib. İlk mövsümdə daxili arenada mümkün olan bütün titulları qazanan Boloni Portuqaliya çempionu, kuboku və Superkubokunu qazanıb.

2003-06-cı illərdə Fransada “Renn”, 2006-da “Monako”, 2007-08-də BƏƏ-nin “Əl-Cəzirə”, 2008-10-da Belçikanın “Standard” klublarını çalışdırıb. 2007-ci ildə Asiyada Körfəz çempionlarının kubokunu qazanan Boloni, ötən il Belçikada çempionluq və kubok sevinci yaşayıb. 1977 və 1983-cü illərdə Rumıniyada ilin futbolçusu, 2009-cu ildə isə Belçikada ilin məşqçisi seçilib. Rumıniyalı bu il fevralın 10-da “Standard” klubundan istefa verib.

Daha bir dünya ulduzu ərəb çempionatında çıxış edəcək

taliya yığma komandasının kapitanı Fabio Kannavaro növbəti mövsümdən Birləşmiş Ərəb Əmirlikləri çempionatında çıxış edəcək.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2006-cı ildə dünya çempionu adını qazanan futbolçu Dubayın “Əl-Əhli” klubu ilə 2 illik müqavilə imzalayıb. Bunu 37 yaşlı Kannavaronun meneceri Andrea D`Amiqo da təsdiqləyib. O, əfsanəvi müdafiəçinin Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatından sonra yeni komandasına qoşulacağını bildirib: “Kannavaroya son mövsümdə şərəfini qoruduğu “Yuventus”dan heç bir təklif gəlmədi. Onu İtaliyanın digər komandaları və Amerika klubları heyətində görmək istəsələr də, ərəblərlə müqavilə imzalamağa razılaşdı”.

Qeyd edək ki, 2006-cı ildə dünya çempionatında İtaliyanın kuboka yiyələnməsində böyük pay sahibi olan Kannavaro həmin il mundialın və dünyanın ən yaxşı futbolçusu seçilib.

Bernd Şuster “Beşiktaş” klubunun baş məşqçisi təyin olunub

“Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul təmsilçisini növbəti 2 ildə almaniyalı mütəxəssis Bernd Şuster çalışdıracaq.

“Beşiktaş” rəhbərliyi ilə Şuster arasında 6 saat davam edən danışıqlardan sonra müqavilənin imzaladığı bildirilir. 2012-ci ilədək baş məşqçi işləyəcək Şuster ilinə 2,5 milyon avro qazanacaq. O, bu postda az öncə istefa verən Mustafa Dənizlini əvəzləyib.

Qeyd edək ki, Madrid “Real”ına son çempionluğunu 2008-ci ildə məhz Şuster qazandırıb. O, həmçinin “Xeres”, “Levante”, “Xetafe” və “Şaxtyor” klubunu da çalışdırıb..

FİFA-nın sabiq vitse-prezidenti: Azərbaycanla oyun utandırıcı idi

16 il (1980-1996-cı illərdə) FİFA-nın vitse-prezidenti işləmiş, 2000-ci ildə UEFA İcraiyyə Komitəsinin üzvü olan tanınmış futbol funksioneri Azərbaycan yığması ilə rəsmi oyunlarını yada salıb. Koloskovun fikrincə, rusların ötən seçmə mərhələdə Bakıda yığmamızı məğlub edə bilməməsi (1:1) utandırıcı nəticədir: “Hiddinklə Hollandiya yığması ilə oyun istisna olmaqla əməlli-başlı bir güclü komandanı uda bilmədik. Almaniya və İspaniyanın hərəsinə iki dəfə uduzduq, İngiltərə, Argentina, Braziliya, hətta İsrailə yenildik. Bu, obyektiv mənzərədir və susmaq olmaz. Yeri gəlmişkən, fikrimcə, susmaq yığmamızın son oyunlarında ən ziyanverici rol oynadı. Hiddinki heç vaxt heç kim tənqid etməyib! Hiddinkin və məşqçilər korpusunun çatışmazlıqlarına diqqət yetirmək, uğursuzluqla bağlı ondan izahat tələb etməklə bağlı bütün cəhdlərim faydasız qaldı. Qorxurdular! Qorxurdular ki, gedəcək, onu qoruyurdular. Bu da sonda belə nəticəyə gətirib çıxardı. İnsana keçmiş xidmətlərinə yox, indiki işlərinə görə qiymət vermək lazımdır. Azərbaycanla oyunu yada salın. İndi hamı həmin utandırıcı görüş haqda susur. Fikirləşirlər ki, keçmişi nə eşələyəsən, stimul elə deyildi, başqa şeylər… Əvəzində Finlandiya üzərində qələbə ilə qəbul olundu ki, sanki Braziliya yaxud İngiltərəni yenmişik. Cəfəngiyyat!”

FeGo

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:

    tewekkurler xebere gore

  2. Pî§KøpÂT dedi ki:

    XEBERE GORE COX SAGOL

  3. pink_panther dedi ki:

    cox sagol xebere gore maraqli idi

  4. BadBoy dedi ki:

    Melumata Gore Cox sag Ol

  5. MMO dedi ki:

    idman gozel sheydir,ancaq futbolla nese maraqlanmiram,yenede coxsagol.

  6. RED DEVIL dedi ki:

    xebere gore sagol,ama fudbolnan maraqlanmiram

  7. Badi_Seba dedi ki:

    futbol menlik deyil amma yenede cox sagol

  8. _Aynur_ dedi ki:

    Xebere gore tewekkur…

  9. rihanna dedi ki:

    xebere gore cox sagol.

  10. Avtosh_227 dedi ki:
    xebere gore derin tewekkurler.cooooox sagol.qeweng xeber idi.cox sagol )))
  11. QEMLI_GECE dedi ki:

    cox sagol xebere gore

  12. IzYuMinKa dedi ki:

    Спасибки за труд!!!!

  13. Leonel-207 dedi ki:
    cox sag ol eziyyete gore bilirem hamisina tvde baxmiwam…