Kelamlar

alt

Allahdan qoxmayan qəlbdə, göz yaşı tökməyən gözdə, fayda verməyən elmdə xeyir olmaz.


Gücsüzlərə kömək etməyə aciz qalırsansa, onları şəfqətlə bağrına basmağın yetər.


Susanda düşünən, danışanda zikr edən və baxanda ibrət alan adam ağıllıdır.


Rəftarı ədalətli adamın məqamı uca olar.


Ən üstün insan, güc sahibi ikən xeyirxah olan, zəngin ikən kasıb kimi yaşayan və insaflı olan adamdır.


Başqlarına gösterdiyin nəcib rəftar, özünə etdiyin yaxşılıqdır. Özünə etdiyin bu yaxşılıq üçün başqalarından əvəz gözləmə.


Ömrünün keçən qismi, bitib tükənmiş bir zamandır, gələcək qismi bir ümiddən ibarətdir, içində olduğun an isə çalışma zamanıdır.


Dünya malına çox əhəmiyyət verən adamlarla yoldaş olma; kasıb olsan xor baxar, varlı olsan qısqanar.


Dünya birisinin əlində əbədi qalsaydi, ona sahib olma növbəsi sizə gəlib çatmazdı.


Dinlə – öyrənərsən, sus – qurtularsan.


Uğursuzluğun acisini görməsən, xöşbəxtliyin dəyərini anlamazsan.


Hirs düşməndir, onu özünə rəqib etmə.


Özün öz sirrini saxlaya bilmirsənsə, onu faş edən başqasını qinamağa haqqın yoxdur.


Yoxsulu güldürsən, özün gülərsən.


Kasıba əl tutsan, savab edərsən.


Bəzən süküt sözdən daha təsirlidir.


Istədiyini əldə edə bilmirsənsə, onda əldə etdiyini istə.


Insan iki cürdür: biri istər, tapa bilməz; digəri tapar, qane olmaz.


Zənginlikdən və bolluqdan sevinmə, kasıbçılıqdan və fəlakətdən dərdlənmə. Çünki qızıl odla, kasıb insan isə fəlakətlərlə sınanar.


Sənin sahib olduğun az başqalarının sahib olduğu çoxdan daha yaxşıdır.


Dünya bir yuxudur, ona aldanmaq peşmançılıq gətirər.


Allah bir qulunu bəyənərsə, onun qəlbini öz sevgisinə qərq edər.


Müsəlman ola bilmək üçün, özünə istədiyin hər şeyi başqaları üçün də istə.


Əməl olmadan dua etmək, yay olmadan ox atmağa bənzəyir.


Bir axmağa verilə bilən ən doğru cavab, ona cavab verməməkdir.


Dünya səni aldatmadı, sən özün aldandın.

Melekcik

Şərhlər:

  1. FeGo dedi ki:
    Biri də məndən


    Oyun bitəndə şah da,piyada da eyni qutuya qoyulur

  2. Dj_Robot dedi ki:

    Cox sagol xebere gore tewekkur

  3. QEMLI_GECE dedi ki:

    [color=#3333FF]Zənginlikdən və bolluqdan sevinmə, kasıbçılıqdan və fəlakətdən dərdlənmə. Çünki qızıl odla, kasıb insan isə fəlakətlərlə sınanar.

    cox sagol xebere gore

  4. pink_panther dedi ki:

    coxxx sagolun…

  5. _Aynur_ dedi ki:

    Kasıba əl tutsan, savab edərsən.

    Allah bir qulunu bəyənərsə, onun qəlbini цz sevgisinə qərq edər.

    Gozel kalamlardi cox sag ol…

  6. Avtosh_227 dedi ki:
    cox tewekkur edirem xebere gore.ellerin derd gormesin…
  7. Crazy dedi ki:
    Dьnya səni aldatmadı, sən цzьn aldandın.

    COX SAG OL XEYALE GOZEL KELAMLARDI.ALLAH SAVABINA YAZSIN
  8. the 13th Warrior dedi ki:

    Muellife tewekkurler.

  9. BadBoy dedi ki:

    Xebere Gore Cox sag Ol…..

  10. meymunka dedi ki:

    Heqiqetende Xeyosh ibratemiz sozlere gore teshekkurler….

    Bir axmağa verilə bilən ən doğru cavab, ona cavab verməməkdir.

  11. DaRk_AnGeL dedi ki:

    tewekkurler maraqli idi ellerine sagliq girl_ang

  12. Melekcik dedi ki:

    Sitat: FeGo
    Oyun bitəndə şah da,piyada da eyni qutuya qoyulur


    applause

    buyurun fikirlerinizi bildirin

  13. Leonel-207 dedi ki:

    Hirs dьşməndir, onu цzьnə rəqib etmə.

    cox sag ol ibretamiz sozlere gore..oxudum hamisni…ellerine sagliq…

  14. RED DEVIL dedi ki:

    Insan iki cьrdьr: biri istər, tapa bilməz; digəri tapar, qane olm

    BU KELAMLA CHOX RAZIYAM