Bir anlıq Qiyaməti təsəvvür etmək istədim


alt
Tam səssizlik, qəribə sakitlik və vahimə dolu sükunət, hər tərəfdə yalnız meyitlər və qəbrlər var. Canlı və tərpənən heç nə gözə çarpmır.
Zaman sona yetdi, vaxt keçdi getdi və bitdi.
Bərk, kəskin və tükürpədici bir qışqırıq səssizliyi parçaladı. Bütün üfüqə və bütün səmaya yayıldı, ölüləri diriltməyə başladı.
Qəbrlər parçalanır, yer hər tərəfdən yarılır, paralanır. Bəşər oğlu toz-torpağın altından qalxır.
Anadangəlmə lüt, üst-baş toz-torpaq, çaşqın, heyran və sarsıntı içində…

Hamı tələsir, bir tərəfə qaçır. Sərxoş kimi yan yörəyə baxır.
Üstündə gəzdiyimiz, yaşadığımız o yer həmən bu yerdirmi?! Bu torpaq həmin torpaqdırmı?!
Artıq Qiyamətdir, hər şey qiyam etmiş, dövran bitmiş, yeni həyat başlamışdır, amma tamam başqa bir “formatda”…
Dağlar param-parça, didilmiş vəziyyətdə, çayların ancaq cığırı qalmış, dənizlər sanki alovlanır, alışır. Yer lərzəyə gəlmişdir.
Bu yer həmin yer deyil, bu səma həmin səma deyil, heç kim qaçıb canını qurtara bilmir, hamı çağırışa gedir, nidaya tərəf yönəlir.

Qiyamət qopdu…
Hamı susur, heç kim danışmır, hər kəs özüylə məşğuldur, heç kim heç kimin vecinə deyil. Hamı öz müsibət və bəlasını düşünür.
Hamı toplandı, əskik qalan yoxdur, insan, cin, heyvan, yer üzü yaranandan nə var idisə… Hamı bir yerdə, bir torpaqda dayanıb.

Birdən!
Səma, dəhşətli və sarsıdıcı səslə yarılmağa başladı, səs artdıqca da daha qorxulu və vahiməli olur. Hamı əsir, titrəyir, şok içində gözlərini yuxarıdan ayıra bilmir.
Yuxarıdan aşağı, simaları ilk dəfə görülən mələklər enməyə başlayır.
Əsgərlər kimi bir cərgəyə sıralanıb, səssiz-səmirsiz, tam mütilik içində dayanırlar.
İnsanlar hətta mələklərə nəzər salıb, sual verici baxışlarla sanki “Rəbbimiz burdadır? Haradadır? Aranızdadır?” sorurlar.
Mələklər isə ardı-arası kəsilmədən gəlir, yığılır, cərgələrlə dayanırlar. Hamısından isə bir səs eşidilir. Onlar UCA RƏBBİN şəninə təriflər edir, Onun ucalığını zikr və Ona həmd edirlər.
Bu səslərin sədası altında, artıq Rəbbimiz də nüzul edir.
Artıq kim xeyir tapsa həmd etsin, kim xeyirdən başqa bir şey tapsa ancaq özünü qınasın!

Gözlər bərəlmiş, çaşqın halda, yayınır, bir tərəfə baxaraq qərar tuta bilmir.
Bu arada da günəş getdikcə yaxınlaşır, yaxınlaşır…
Sən, mən və biz, hamımız onlarla bir yerdə dayanıb hönkürtüylə ağlayır, dəhşətdən göz yaşlarını saxlaya bilmirik. Hamı kimi gözləyirik, hamı intizardadır, amma intizar bitmir, uzun uzadı vaxt keçir və keçir…

Əlli min il…
Əlli min il, bir qurtum su yox….
Ağız, dodaq, boğaz nəyinki quruyub, od püskürür…
Əlli min il…
Artıq bəziləri Allahın rəhmətini rica edərək ATƏŞƏ atılmaqlarını diləyirlər…
Bütün bu olanlardan qurtulmaq və ya harasa, kiməsə sığınmaq mümkündürmü?!
Təbii ki, yüksək şərəf lövhəsində adları olan, yüksək imtiyazlı, fərqlənmə statusu ilə onlara aid olmayan kimsələr vardır. Onlardan Rəbbinin kölgəsi altında olan 7 tip , 7 kateqoriyaya aid olanlar da var…
Bəs insanların qalanı?!

Hamı ilk atanı, Adəmi axtarır.
Mələklər səcdə etdirilən şəxs aranır.
Hamı ona tərəf qaçıb, ağlayaraq, yalvararaq, bir körpə kimi yardım diləyir, bu haldan qurtulmaq üçün bir şeylər etməsini istəyir.
Adəm isə Rəbbinin qəzəbindən halidir, elə bir qəzəb ki, heç bir zaman bu qədər qəzəblənməmişdir. Adəm da öz nəfsinin, öz canının hayındadır.
İnsanlar isə gah Musaya qaçır, gah İsaya yönəlir, gah da başqa peyğəmbərə üz tuturlar.
Sən də, mən də, hamımız onların arasında ora-bura qaçırıq.
Elə bir üzüntü, elə bir çaşqınlıq, elə bir sarsıntı içindədirlər ki, nə doğmalıq qalmış nə qohumluq, nə dostluq nə də tanışlıq, nə vəzifə nə də rütbə, nə pul para nə də mal-dövlət.
Bu arada insanlar bəşəriyyətin seyyidi, xeyirlisi və seçilmiş şəxsiyyəti Muhammədi (s.a.s) görürlər və Ona (s.a.s) tərəf tələsirlər. Hamı birdən Ona (s.a.s) üz tutub yardım istəyir. Yalnız Ona (s.a.s) şəfaət etmək üçün icazə verilir.

pink_panther

Şərhlər:

  1. pink_panther dedi ki:

    he xeberimi atdigin ucun cox sagol redakte deyissede yeri var

  2. BaCaRMaRSaN dedi ki:

    )))) Bu xeberi ozum buraxmiwam istesoz saytin menbeyinide deyerem )) Yenede geweng koplamisan ellerun var olsun )))

  3. BadBoy dedi ki:

    Maragli Bir Xeberdir

  4. pink_panther dedi ki:

    reylerinize gore twk…

  5. _Aynur_ dedi ki:

    Cox sag ol xebere gore…

  6. Leonel-207 dedi ki:

    eziyyete gore cox sag ol ozumuwam…

  7. Avtosh_227 dedi ki:
    tewekkurler xebere gore.ellerin derd gormesin.cox sagol…
  8. reyhan dedi ki:

    saq ol maraqli gorsenir kopir eledim computere oxuyacam gozlerim agrayir oxuya bilmirem saba oxuyacam eziyyete gore saq ol

  9. Crazy dedi ki:

    cox sag olun eziyete gore bir is gormemisden qabaq Axireti fikirlesib gormek lazimdir Calisaq sonradan pesmanciligin cekecek isler gormeyek

  10. MMO dedi ki:

    qiyamet,maraqlidir,amma bunu allahdan bashqa hec kim bile bilmez

  11. girl_from baki dedi ki:

    Allah razi olsun oxudum.Allah ozu bize komek olsun.amin

  12. JESSICA dedi ki:

    Xebere gore tewekkur…Allah razi olsun dostik…

  13. TORANLIQ dedi ki:

    amma men o gunleri hec tesevvur etmek istemirem

  14. qeribelik dedi ki:

    Hamı ilk atanı, Adəmi axtarır.
    Mələklər səcdə etdirilən şəxs aranır

    ALLAH RAZI OLSUN.MİNNETDARLIQ

  15. DaRk_AnGeL dedi ki:

    tewekkurler dosi cooox gozeldi Allah razi olsun heart

  16. morgan dedi ki:
    dehset bu deyil ee dehshet odur ki cox sheyin gunah oldugunu bile bile yene o gunahi edirik ele men ozum de angel
  17. buz_qelb dedi ki:

    yha dosi cox sagol xebere gore minnetdaram!!!

  18. MaLenKaya BuSinka dedi ki:

    flower cox saq ol

  19. ::HappilY:: dedi ki:

    maraqlidi cox sagol