Bürclər bu həftə nə vəd edir?

alt


QOÇ

Astroloji göstəricilərə əsaslansaq, bu həftə darıxdırıcı məqamlarınız xeyli səngiyəcək. Ətrafınızda olanlar tədricən sizi anlamağa başlayacaqlar. Amma ayın 23-dək qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi məsələlərə girişmək yolverilməzdir. Yaxşı olar ki bunu sonrakı günlərə saxlayasınız.

BUĞA

Bəri başdan nəzərinizə çatdıraq ki, bu aralıq sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın hər bir ünsiyyətdə mədəni davranış və zəkalı gedişlər edəsiniz. Gələcəyiniz üçün bu şanslardan yaxşı istifadə edin. Bacardığınız qədər əsas vaxtınızı istirahətə və ailə-sevgi münasibətlərinə həsr edin.

ƏKİZLƏR

İxtiyarınızda olan bu həftədə savab işlərinizin sayını artırmağa çalışın. Ələlxüsus da böyüklərin ağıllı məsləhətlərinə əməl edin. Bu, sonrakı proseslərin həllində sizə köməklik edəcək. Mövcud problemlərə görə isə narahat olmayın. Çünki istənilən sıxıntı bir imtahandır, ondan qorxmaq yox, ona hazırlaşmaq lazımdır. İmanınızı kamilləşdirin.

XƏRÇƏNG

Bu həftə ətrafınızda lazımi adamların olmaması, həmçinin əsəbi vəziyyətlər ovqatınızı korlasa da, özünüzü təmkinli aparmağa çalışın. Ağıllı riskdənsə qorxmayın. Məhz bu yolla vaxtilə sizə inamsız yanaşanlar fikir və düşüncələrinizi anlayacaqlar. Bu isə həyatınızın sonrakı mərhələsi üçün müsbət rol oynayacaq. Ailə üzvlərinizlə xoş davranın.

ŞİR

Təəssüf ki, “hakim” olsanız da, bu ərəfə bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun. Heç olmasa, günlərinizin maraqlı olması üçün müəyyən tədbirlər görün. Ayın 22-dən sonra fəaliyyətə ara verib bir qədər istirahət etmək olar. Doğmalarınızla tez-tez əlaqə yaradın.

QIZ

İxtiyarınızda olan həftənin əsas vaxtını istirahətdə keçirmək lazımdır. Ən azı ona görə ki, ulduzların düzümü darıxdırıcı bir ərəfə yaşayacağınızdan xəbər verir. Bir tərəfdən maliyyə problemlərinin qabarması, digər tərəfdənsə münasibətlərdə anlaşılmazlıqlar belə bir vaxtda sizi yora, eyni zamanda hər şeyə inamsız yanaşmağınız süstlüyünüzü daha da artıra bilər.

TƏRƏZİ

Yaxşı olar ki, bütün vacib işlərinizi iyunun 26-nə qədər başa çatdırasınız. Çünki sonrakı ərəfədə bütün cəhdləriniz boşa çıxa bilər. İnsanlarla xoş davranın. Ümumiyyətlə, çox məsələlərə görə, uğurlu ərəfə hesab etmək olar. Hansısa ciddi gərginlik və ya münaqişə gözlənilmir. Həmişə olduğu kimi indi də ulduzlar maliyyə məsələlərində qənaətcil olmağınızı məsləhət görür.

ƏQRƏB

Sürprizlərlə rastlaşma ehtimalınız böyükdür. Bu, daha çox şəxsi zəmində baş verə bilər. 21-25 iyunun aralığında şəxsi büdcənizin durumunu dəyişmək üçün gözəl imkanlarınız olacaq. Ulduzlar mülayim günlərdə uzaq yola çıxmağı, ələlxüsus da füsunkar ərazilərə getməyi məsləhət görür. Sükan arxasında oturmağı isə minimuma endirin. Bu həftə sevgidə də bəxtiniz gətirməlidir.

OXATAN

Bütün enerjinizi işə salıb qarşıda duran maneələri bir-bir dəf etməlisiniz. Düzdür, həmişə olduğu kimi, indi də yaxınlarınız, dostlarınız hər vəchlə sizə mane olmaq istəyəcəklər, buna baxmayaraq, belə hallar qlobal işlərinizin gedişatına pis təsir etməyəcək. Bu arada nüfuzlu və dəyərli insanlarla görüşmək, müqavilələr bağlamaq sizə böyük səmərə verəcək.

OĞLAQ

Ümumi məziyyətlərinə görə, uğurlu ərəfə hesab etmək olar. Konkret hansısa işə keçməzdən qabaq danışıqlar aparmaq, vacib adamları tapmaq, dönə-dönə ölçüb-biçmək lazım gələcək. Hətta ola bilər ki, buna görə aldığınız dəvətləri də təxirə salasınız. Iyunun 26-dən sonrakı müddət müəyyən gərginliklə müşahidə olunsa da, bu hal itkilərlə nəticələnməyəcək.

DOLÇA

Bu zaman kəsiyini bir qədər süst şəkildə başa vuracaqsınız. Düzdür, ciddi probleminiz olmayacaq, amma maraqlı bir hadisənin də iştirakçısı olmayacaqsınız. Ulduzlar yeni əlaqələrə can atmamağı tövsiyə edir. Ən azı ona görə ki, bu cəhdlərin nəzərəçarpacaq perspektivləri olmayacaq. Sizə konkret addım atmaq yox, yalnız götür-qoy etmək lazım gələcək.

BALIQLAR

Göy qübbəsi ürəyinizi sevgisiz qoymamağı tövsiyə edir. Ən azı ona görə ki, bu qarışıq dünyamızda ən güclü himayədarınız yalnız məhəbbət ola bilər; növlərini isə özünüz təyin etməlisiniz. Əgər ixtiyarınızda olan bu müddətdən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik məqamlar bəxş edəcək.

Leonel-207

Şərhlər:

  1. Decel_Kiz dedi ki:

    tewekkur edirem:))))))

  2. New_Moon dedi ki:

    QOЗ
    Astroloji gцstəricilərə əsaslansaq, bu həftə darıxdırıcı məqamlarınız xeyli səngiyəcək. Ətrafınızda olanlar tədricən sizi anlamağa başlayacaqlar. Amma ayın 23-dək qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi məsələlərə girişmək yolverilməzdir. Yaxşı olar ki bunu sonrakı gьnlərə saxlayasınız.
    Sagolun

  3. MMO dedi ki:

    men burclere inanmiram,hec vaxt duz cixmir. bash

  4. Leonel-207 dedi ki:
    REY YAZAN ELLERINIZ VAR OLSUN… SOZUN DUZU MEN BURCLERE INANMIRAM…
  5. Fidaska dedi ki:

    ay canim cox sagol icim rahatladi xeberive gore thanks

  6. buz_qelb dedi ki:

    Cox twkkrlr!

  7. Leonel-207 dedi ki:

    rey yazan elleriniz agrimasin…

  8. RED DEVIL dedi ki:

    ƏKİZLƏR
    İxtiyarınızda olan bu həftədə savab işlərinizin sayını artırmağa зalışın. Ələlxьsus da bцyьklərin ağıllı məsləhətlərinə əməl edin. Bu, sonrakı proseslərin həllində sizə kцməklik edəcək. Mцvcud problemlərə gцrə isə narahat olmayın. Зьnki istənilən sıxıntı bir imtahandır, ondan qorxmaq yox, ona hazırlaşmaq lazımdır. İmanınızı kamilləşdirin.
    CHOX SAGOL

  9. DJ_Layla_ dedi ki:

    QIZ
    İxtiyarınızda olan həftənin əsas vaxtını istirahətdə keçirmək lazımdır. Ən azı ona görə ki, ulduzların düzümü darıxdırıcı bir ərəfə yaşayacağınızdan xəbər verir. Bir tərəfdən maliyyə problemlərinin qabarması, digər tərəfdənsə münasibətlərdə anlaşılmazlıqlar belə bir vaxtda sizi yora, eyni zamanda hər şeyə inamsız yanaşmağınız süstlüyünüzü daha da artıra bilər.

    SAG OL

  10. Suphenallah dedi ki:
    BUĞA
    Bəri başdan nəzərinizə зatdıraq ki, bu aralıq sizin ьзьn daha зox maraqlı gцrьş və xoş təsadьflərlə yadda qalacaq. Зalışın hər bir ьnsiyyətdə mədəni davranış və zəkalı gedişlər edəsiniz. Gələcəyiniz ьзьn bu şanslardan yaxşı istifadə edin. Bacardığınız qədər əsas vaxtınızı istirahətə və ailə-sevgi mьnasibətlərinə həsr edin.

    sEVGIYE SERF ETMEYE BIR SANIYE BELE VAXTIM YOXDUR

  11. girl_from baki dedi ki:
    ƏKİZLƏR
    İxtiyarınızda olan bu həftədə savab işlərinizin sayını artırmağa зalışın. Ələlxьsus da bцyьklərin ağıllı məsləhətlərinə əməl edin. Bu, sonrakı proseslərin həllində sizə kцməklik edəcək. Mцvcud problemlərə gцrə isə narahat olmayın. Зьnki istənilən sıxıntı bir imtahandır, ondan qorxmaq yox, ona hazırlaşmaq lazımdır. İmanınızı kamilləşdirin.
    [center]

    gorek de rusi[/center]

  12. _Aynur_ dedi ki:

    QOC
    Astroloji gцstəricilərə əsaslansaq, bu həftə darıxdırıcı məqamlarınız xeyli səngiyəcək. Ətrafınızda olanlar tədricən sizi anlamağa başlayacaqlar. Amma ayın 23-dək qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi məsələlərə girişmək yolverilməzdir. Yaxşı olar ki bunu sonrakı gьnlərə saxlayasınız.

    Tewekkur Rusi…

  13. qeribelik dedi ki:

    OĞLAQ
    Ьmumi məziyyətlərinə gцrə, uğurlu ərəfə hesab etmək olar. Konkret hansısa işə keзməzdən qabaq danışıqlar aparmaq, vacib adamları tapmaq, dцnə-dцnə цlзьb-biзmək lazım gələcək. Hətta ola bilər ki, buna gцrə aldığınız dəvətləri də təxirə salasınız. Iyunun 26-dən sonrakı mьddət mьəyyən gərginliklə mьşahidə olunsa da, bu hal itkilərlə nəticələnməyəcək

    sag ol dostum leo.cooooox sag ol.ama inanmıyam men

  14. BaCaRMaRSaN dedi ki:

    Hamsi bow weylerdi ulduz allahin yazdigi talehi nece bilerki onun ozu 1 gunahdi cehenneme 5 addim yaxinlawir insan ona inan gunaha batar allahini tanimaz . . . . . bow bow weylerdir !!!

  15. pink_panther dedi ki:

    QIZ
    İxtiyarınızda olan həftənin əsas vaxtını istirahətdə keçirmək lazımdır. Ən azı ona görə ki, ulduzların düzümü darıxdırıcı bir ərəfə yaşayacağınızdan xəbər verir. Bir tərəfdən maliyyə problemlərinin qabarması, digər tərəfdənsə münasibətlərdə anlaşılmazlıqlar belə bir vaxtda sizi yora, eyni zamanda hər şeyə inamsız yanaşmağınız süstlüyünüzü daha da artıra bilər.


    ehh belede derd olar ulduzlar da mene protivdiyee :((

  16. star dedi ki:

    thanx,eziyyete gore.

  17. DaRk_AnGeL dedi ki:

    tewekkurler Rusi xebere gore heart

  18. Crazy dedi ki:

    XƏRЗƏNG
    Bu həftə ətrafınızda lazımi adamların olmaması, həmзinin əsəbi vəziyyətlər ovqatınızı korlasa da, цzьnьzь təmkinli aparmağa зalışın. Ağıllı riskdənsə qorxmayın. Məhz bu yolla vaxtilə sizə inamsız yanaşanlar fikir və dьşьncələrinizi anlayacaqlar. Bu isə həyatınızın sonrakı mərhələsi ьзьn mьsbət rol oynayacaq. Ailə ьzvlərinizlə xoş davranın.


    cox sag ol Ruslan

  19. TORANLIQ dedi ki:

    tesekkurler [color=#FF0000]

  20. Cristi dedi ki:
    XƏRЗƏNG
    Bu həftə ətrafınızda lazımi adamların olmaması, həmзinin əsəbi vəziyyətlər ovqatınızı korlasa da, цzьnьzь təmkinli aparmağa зalışın. Ağıllı riskdənsə qorxmayın. Məhz bu yolla vaxtilə sizə inamsız yanaşanlar fikir və dьşьncələrinizi anlayacaqlar. Bu isə həyatınızın sonrakı mərhələsi ьзьn mьsbət rol oynayacaq. Ailə ьzvlərinizlə xoş davranın.

    Cox sagol qaqaw