Baharda gələcəm demişdin…

Baharda gələcəm demişdin...

Soyuq bir payız axşamı idi. Hava qaralmış, yağış başlamışdı. Xəyallarımıza yağış yağırdı Gözlərin donuq bədənin halsız idi.Sən gedirdin.Sanki qalmaq istəyirdin. “baharda dönərəm” demişdini xatırlayırsanmı ?”Məni unutma gözlə.–” Mən səni unutmadım sevgilim, mən səni unutmadım. Bütün qış baharda dönəcəyin günün xəyalı ilə qızındım. Kiçik öpüşlərlə oyandırıb günəşin doğuşunu göstərəcəkdim sənə. Çiçəklərin, dənizin, günəşin dadına birlikdə baxacaq, gün batımlarında dənizlə birləşən üfüq xəttini birlikdə seyr edəcək, ay işığında xoşbəxtlik mahnımızı söyləyəcəkdik.

Baharda gələcəm demişdin...

Sənə bənzəyən hər şeyi sevdim mən. Sevdiyim hər şeydə səndən izlər vardı. Axtardığımı tapdım sandım amma yanıldım , tapdığım sən deyildin. Olmadıq zamanlarda ağılıma düşdün, vaxtsız yaralandım.

Hər səhər səni tapmaq üçün yollara düşmək gəldi içimdən amma gedə bilmədim. Təkliyin ağrısıyla tənha qaldım hər gecə.Unutdum pis sözlərini Unutdum qapında gözlədildiyimi. Unutdum telefonlarıma cavab vermədiyini unutdum. Bir tək səni unutmadım sevgilim, bir tək səni unuda bilmədim.Həmişə dönməyini gözlədim.

Öyrəşdim sevdiklərimin yoxluğuna. Amma təkliyə öyrəşə bilmədim, həsrətə öyrəşə bilmədim, sənsizliyə öyrəşə bilmədim.

alt

Həmişə dönməyini gözlədim. Ola bilmədi gülüm bir araya gələ bilmədik. Halbuki daha yolun başındaydıq, tumurcuqduq daha çatlamağa hazır. Bahar gəlmədən ayrıldıq. İndi artan təkliyim , böyüyən yoxluğun var içimdə. Divarlarda gözlərinin izi , qapı qollarında barmaq izlərin gizli.

Sən haradasan sevgilim, varlığın harada?.Bir fəsil keçdi, sən dönmədin.Yenidən yaz gəldi sən gəlmədin.Xəyallarım belə dağınıq deyildi əvvəllər. Həsrət bu qədər böyüməmişdi. İndi köçəri olmuş ürəyimlə hər səhər səni tapmaq ümidi ilə yeni səfərlərə çıxıram.Bir yaz səhəri inanıramki tapacam səni…

BadBoy

Şərhlər:

  1. MaLenKaya BuSinka dedi ki:

    badboy twekkurler maraqli xeberdi

  2. buz_qelb dedi ki:

    Eziyyete gore cox sagol dostik.

  3. azeri_gizem dedi ki:

    Когда находишь держи крепко. А потеряв не надо каяться. Прошлое,оно останется и его не вернуть и не исправить.

  4. MMO dedi ki:

    coxsagol,maraqli idi

  5. qeribelik dedi ki:

    Sənə bənzəyən hər şeyi sevdim mən. Sevdiyim hər şeydə səndən izlər vardı
    SAG OL İLHAMKA.YENE DE ROMANTİKA……… cry

  6. DaRk_AnGeL dedi ki:

    Ehhhhh sevgi artiq sevgiyede inam yoxdu.Tewekkurler xebere gore

  7. JESSICA dedi ki:

    Hee…Seni kimse bele aldadib qaqaw?Caan..Tewekkur dosi….

  8. _Aynur_ dedi ki:

    Maraqli xeberdi cox saq ol Ilham…

  9. pink_panther dedi ki:
    cox sagolun maraqli idi amma evveli neyse twk
  10. bakili balasi dedi ki:

    cox sagol xebere gore maraqliydi qaqulya

  11. reyhan dedi ki:

    saq ol eziyyete gore!!!!!!!!!

  12. girl_from baki dedi ki:

    İLHAm cox sag ol maraqli idi

  13. BadBoy dedi ki:

    Reylere Gore Tewekkurler