NIYE?

Niyə xarab olan avtobusun sərnişinləri bizim avtobusumuza köçürüldüyündə onlara mühacirmişlər kimi baxarıq?

Niyə restoranlarda “Səhərlər isti şorba vardır” yazar? Şorba əslində soyuqmu içilər, isti şorba bir fərqlilikdirmi?

Niyə avtobusda falan insanlar bir siqnal səsi eşidincə toplu halda səsin gəldiyi yerə baxarlar? Gedən vasitənin təcili yardım, xilasetmə ya da polis maşını olduğunu öyrənmək insana nə qazandırar?

Niyə netdəki anket suallarında “Fikirim yox” deyə bir variant vardır? Fikri olmayan adamın fikirinin olmadığını bilmək nəyi dəyişdirər?

Niyə hər gördüyümüz xəritədə dərhal Azərbaycanı tapmağa çalışırıq? Millət olaraq Dünyada itmə kompleksimizmi var?

Niyə insanlar bir-birlərini qucaqlayarkən sağa-sola yellənərlər?
Niyə imtahanlarda “4 səhv bir doğrunu aparır” şəklində bir tətbiq ilə şagirdlər cəzalandırılarlar, amma “4 doğru bil, bir doğru da bizdən” şəklində bir kampaniya başladılıb zəkaya və riskə girmə cəsarətinə mükafat verilmir?

Niyə insanlar bağlı bir sahədən yağış yağan sahəyə çıxınca başlarını əyərlər? Yağışa hiss edilən hörmətdənmidir yoxsa ondan diksindiyimiz üçündür?

Niyə dükanını bağlayıb gedən baqqal, qapıya “10 dəqiqə sonra qayıdacam” yazır, nə vaxt getdiyini anlamaq mümkünmüdür?

Televiziyaya çıxan insanlar niyə özlərini Azərbaycandakı bütün insanların izlədiyini düşünərlər? Məs: Bu anda 8 milyon adam bizi izləyir…

Niyə gözlərindən öpürəm deyilir? İnsan bədənində öpüləcək daha əlverişsiz bir yer vardırmı? Kimsə kimsəni gözündən öpübmü?

Niyə bəzi qadınlar həm mini yubka ya da dekolte (açıq yaxalı) köynək geyərlər, sonra da bunları ört-basdır etmək üçün orasını burasını çəkişdirərlər?

Niyə bəzi qızlarımız şirin bir heyvancığaz gördüklərində “ay ALLAH, inanmıram!” deyərlər, inanılmayacaq olan nədir?

Best my life

Şərhlər:

  1. Admin dedi ki:

    Maraqli idi tewekkurler muellife

  2. HosT (aLLiAnCe) dedi ki:

    Niyə insanlar bağlı bir sahədən yağış yağan sahəyə зıxınca başlarını əyərlər? Yağışa hiss edilən hцrmətdənmidir yoxsa ondan diksindiyimiz ьзьndьr?
    maraqlidir canim cox saq ol xeber gore

  3. e_s_k_a dedi ki:

    на Азери опать dontknow

  4. Avtosh_227 dedi ki:

    tewekkurler….