Vaxt var idi…


alt

Vaxt var idi…
Üzr istəmək böyüklük sayılardı. Bu addımı atan şəxs hörmət sahibi hesab olunardı. Niyyətlərmi dəyişdi insanlarmı? Indi üzr istəmək “alçalmış şəxs” olmaq deməkdir…

Vaxt var idi…
İnsanlar günlərini kitab və qəzet oxumaqla keçirərdi. Daha çox bilik əldə etməyə çalışardılar. İnsanlarmı dəyişdi, şəraitmi? İndi də jurnallar və qəzetlər oxunur. Amma daha çox “+18-ə” müraciət edilir.

Vaxt var idi….
Böyüyə, yaşlıya, körpəyə olan qayğı hörmət gözlənilərdi… İnsanlar daha ehtiyatlı davranardılar. İnsanlarmı dəyişdi davranışlarmı? İndi gördüyümüz, duyduğumuz hörmətsizliklər bizim üçün adi hal alıb…

Vaxt var idi…
İnsanlara ağlına, savadına, ədəb-ərkanına görə hörmət olunardı… Həmin insanlar cəmiyyət içində xüsusi izzətə sahib olardılar… İnsanlarmı dəyişdi imkanlarmı? İndi pulun varsa, hörmətin var deməkdir.


Vaxt var idi…
İnsanlarda “ Utancaqlıq” deyilən hiss var idi… Edilən hərəkətlərə, əməllərə daha çox diqqət yetirilərdi… İnsanlarmı dəyişdi mühitmi? İndi “ utanan” insanlara kompleksli insanlar adını verdilər.

Vaxt var idi…
Küçədə, nəqliyyat vasitələrində danışığa, deyilən sözlərə, “ özünü aparmaq” qaydasına fikir verilərdi… İnsanlarmı dəyişdi əxlaqmı? İndi düşünmədən danışmaq, şitlik, yersiz hərəkətlər, hətta söyüş bir çoxlarına xoş təsir göstərən hallardandır…

Vaxt var idi…
Qadınların qapalı geyimi: abır, ismət, gözəllik hesab olunardı. Qapalı geyim əsas gözəllik rəmzi idi. Insanlarmı dəyişdi dəbmi? Indi qapalı geyinən xanımlara el içində müxtəlif adlar verirlər…

Vaxt var idi…
Sevgi ən ülvi hiss hesab olunardı. Insanlar onu daim ilahiləşdirərdi. Onun ülviliyini, əlçatmazlığını qorumağa çalışardılar. İnsanlarmı dəyişdi hisslərmi? İndi qarşı tərəfi uzun müddətlik sevən şəxsə “ lağ obyekti” kimi baxırlar. Məsxərəyə qoyurlar…

Vaxt var idi…
Hər ailədə böyüyən uşağa müxtəlif oyuncaqlar alınardı… İndi uşaqların oyuncağı mobil telefondur… İnsanlarmı dəyişdi istəklərmi?
Uşaq dil açdığı zaman ona faydalı söz öyrədərdilər. Indi ilk olaraq söyüş öyrədilir.

pink_panther

Şərhlər:

  1. gulshan dedi ki:

    супер созлерди чох саг ог applause

  2. buz_qelb dedi ki:
    Cox sagol dosi!
  3. pink_panther dedi ki:

    reylerinize gore twkkk

  4. Fidaska dedi ki:

    super super ayri soz ola bilmez

  5. Avtosh_227 dedi ki:
    cox tewekkurler xebere gore.ellerine sagliq.cox sagol…
  6. qeribelik dedi ki:

    SAG OLUN PİNK_PANTHER.SİZİN XEBERLERİNİZ CHOX MARAQLI OLURapplause

  7. Cristi dedi ki:

    Coxxxxxxxxxxx sagol qaqaw!!! girl_ang Maraqli xeber idi!!!!

  8. DeSPaiR dedi ki:

    Vaxt var idi, insanlar yaxshilig edirdiler ama demirdiler… Sonra hem yaxshiligi elemeye, hemde demeye bashladilar…. indi ise etmirler ama deyirler….

    Xeber uchun chox sag olun….

  9. _Aynur_ dedi ki:

    Vaxt var idi…
    Ьzr istəmək bцyьklьk sayılardı. Bu addımı atan şəxs hцrmət sahibi hesab olunardı. Niyyətlərmi dəyişdi insanlarmı? Indi ьzr istəmək ”alзalmış şəxs” olmaq deməkdir…

    Maraqli xeberdi cooox sag ol!!!

  10. DaRk_AnGeL dedi ki:

    maraqli idi tewekkurler xebere gore ellerine sagliq

  11. girl_from baki dedi ki:

    BadBoy,
    canim sevgi deile,her terefliidi-)
    cox sag ol xebercun duzdu her wey deyiwir teessuf-(

  12. JESSICA dedi ki:

    axt var idi…
    Sevgi ən ьlvi hiss hesab olunardı. Insanlar onu daim ilahiləşdirərdi. Onun ьlviliyini, əlзatmazlığını qorumağa зalışardılar. İnsanlarmı dəyişdi hisslərmi? İndi qarşı tərəfi uzun mьddətlik sevən şəxsə ” lağ obyekti” kimi baxırlar. Məsxərəyə qoyurlar…

    Heee duzdu..Vaxt var idi…Teessuf smiles..Tewekkur dosi

  13. DJ_Layla_ dedi ki:

    ZAMAN VE SEVGI UFFF SAG OL

  14. MaLenKaya BuSinka dedi ki:

    Uşaq dil aзdığı zaman ona faydalı sцz цyrədərdilər. Indi ilk olaraq sцyьş цyrədilir.

    raziyam bu sozdernen

  15. BadBoy dedi ki:

    Ehhhhhhhhhhhh=((((((((((

    Sevgi Sevgi=((

  16. fanya_ya dedi ki:

    maraqli xabardi saol sozlara gora twk