İbretli hekayeler(3)

alt

Bişr Hafinin təsəvvuf yoluna necə qədəm qoyması barədə yazırlar:

Bir gün yol gedərkən, üstündə «bismillah» yazılmış kağızın yerə düşdüyünü görüb qaldırır. Dükandan bahalı ətir alıb kağıza səpir, sonra kağızı əl-ayaqdan uzaq, hündür bir hasarın üstünə qoyur. Həmin gün yuxuda qeyb aləmindən səs eşidir: «Ey Bişr, sən Mənim adımı ətirlədin. Mən də sənin adını dünyada və axirətdə şərəfli edəcəyəm».

Bir gün Şah Abbas iki ruhani vəzirlə – Şeyx Bəhai və Mir Damadla gəzintiyə çıxır. Mir Damadın mindiyi at Şeyx Bəhainin atından azacıq geri qalırdı. Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damada yaxınlaşıb deyir: «Görürsənmi, Şeyx Bəhai bizi saymır, özünü bizdən üstün bilir. Ona görə atını çapıb bizdən irəli düşüb». Mir Damad Şaha belə cavab verir: «Şeyx Bəhaidə günah yoxdur. Onun atı, belində bu cür alimi gəzdirdiyi üçün sevincdən qanad açıb uçur, ona görə də Şeyx Bəhai bizdən irəli keçib».

Sonra Şah Abbas atını sürüb Şeyx Bəhaiyə çatır və ona belə söyləyir: «Mir Damadı görürsənmi? Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə özünü kənara çəkib, bizdən arxaya qalıb». Şeyx Bəhai isə belə cavab verir: «Şah sağ olsun, Mir Damadın mindiyi at, onun elm və əxlaqının ağırlığından geri qalır. Görün, Mir Damadın atı nə böyüklükdə bir alimin yükünü çəkir. Ona görə heç təəccüblü deyil ki, onun atı bizimkindən geri qalır».

Şah Abbas başa düşür ki, vəzirlərin ürəkləri də elmləri qədər böyükdür.

Leysilər sülaləsinin hökmdarı Yəqub ibn Leys bir dəfə ağır xəstələnir. Ona məsləhət görürlər ki, zəmanəsinin məşhur sufilərindən olan Səhl ibn Abdullahdan onun barəsində dua etməsini xahiş etsin. Səhl ibn Abdullah əmirin sağalması üçün dua edir. Yəqub ibn Leys sağalandan sonra Səhl üçün pul göndərir. Lakin Səhl ibn Abdullah pulu geri qaytarıb, əmirə belə xəbər yollayır: «Mən indiyə kimi nə əldə etmişəmsə, sərvətlə yox, fəqirliklə əldə etmişəm. Əgər dünya malına aludə olsaydım, heç bir duam qəbul olmazdı».

Bir nəfər Həzrəti Muhəmməd Peyğəmbərin (s) yanına gəlib soruşur: «Mən niyə ölümdən qorxuram?». Peyğəmbər xəbər alır: «Var-dövlətin varmı?». O adam cavab verir: «Bəli, var». Peyğəmbər yenə soruşur: «Sərvətini özündən əvvəl göndərmisənmi? (Yəni kasıblara verib, özün üçün axirət azuqəsi toplamısanmı?)». Adam «Xeyr» deyə cavab verir. Peyğəmbər belə buyurur: «Bax, elə buna görə də ölümdən qorxursan!»

Məhəmməd Haşimi adlı bir nəfər belə rəvayət edir: Qurban bayramı günü anamın yanına gedib gördüm ki, köhnə əyin-başlı bir qarı ilə söhbət edir. Anam onu mənə göstərib dedi: «Bilirsənmi bu, kimdir? Bu, Cəfər Bərməkinin anasıdır». Mən qarını dindirdim, xeyli söhbət etdik. Soruşdum: «Bu dünyanın qəribə işlərindən yadında nə qalıb?». Cavab verdi: «Oğlum, vaxt var idi ki, elə bu Qurban bayramı günündə 400 kəniz mənə xidmət edirdi. Mən isə onların azlığından hey şikayət edib deyirdim ki, oğlum Cəfər mənə yaxşı baxmır. Yenə Qurban bayramı günüdür. Amma indi iki qoyun dərisinin arzusundayam ki, yatanda birini döşək kimi altıma sərim, o birini yorğan əvəzinə üstümə çəkim».

qeribelik

Şərhlər:

  1. New_Moon dedi ki:

    Bir nəfər Həzrəti Muhəmməd Peyğəmbərin (s) yanına gəlib soruşur: «Mən niyə цlьmdən qorxuram?». Peyğəmbər xəbər alır: «Var-dцvlətin varmı?». O adam cavab verir: «Bəli, var». Peyğəmbər yenə soruşur: «Sərvətini цzьndən əvvəl gцndərmisənmi? (Yəni kasıblara verib, цzьn ьзьn axirət azuqəsi toplamısanmı?)». Adam «Xeyr» deyə cavab verir. Peyğəmbər belə buyurur: «Bax, elə buna gцrə də цlьmdən qorxursan!»
    Sagolun Minnetdaram Allah Razi Olsun

  2. girl_from baki dedi ki:

    gozel ve menali sozleri var,ve eyni zamanda da ibretamizdi.cox tewekkur

  3. the 13th Warrior dedi ki:

    Allah sizden razi olsun.Cox ibretli hekayelerdi, birce bize lazimdi ki, bu hekayeleri heyatimiza tetbiq edek.
    BIR HEKAYENI DE MEN DANIWMAQ ISTERDIM:
    —Bir gun bir wexs tenha sehrada seyahete gedirdi, bunu goren wweytan, fursetden istifade edib, vesvese etmek isteyir ve insan cildine girib bu wexseyol yoldawi olmagi teklif edir.bu wexs ise razilawir.Bir nece gun yol getdikden sonra weytan hemen wexse deyirki men daha senle yoldawliq etmek istemirem. Hemn wexs sebebini sorucanda, weytan deyir:
    -Men weytanam seni yoldan cixatmaq isteyirdim, ancaq bir nece gundur seninle yoldawliq edirem, hec bir defe de olsun senin namaz qilmagini gormedim. Men birce defe Allaha secde elemekden uz cevirdim, Allah meni lenetledi, gor sen gunde bew defe namaz qilmaqdan uz cevirirsen, gor sen ne gundesen? hec sene vesvese etmeye ehtiyac yoxdu.

  4. MaLenKaya BuSinka dedi ki:

    tewekkurler oxudum yarsini yarsinda oxuycam

  5. pink_panther dedi ki:

    cox sagol gozel xeberee gore

  6. Cristi dedi ki:
    Allah razi olsun canim
  7. Angelocka dedi ki:
    heart qeribelik heart
    bacimm cox sag ol Allah senden razi olsunn..Inan oxuduqca insanin ureyi acilir ferahlanir..Ehvali duzelir..Cox beyendim..Ibretamiz bir hekayeler idi..Minnetdaram baci opucuk
  8. buz_qelb dedi ki:

    Allah senden razi olsun baciwim!

  9. МиниК_Сердце dedi ki:

    kiss_mini

  10. Dj_Robot dedi ki:
    cox sagol baci Allah razi olsun
  11. bakili balasi dedi ki:

    cox sagol xebere gore canim superdi oxudum her defe sanin xeberlerini oxuyanda cox xowuma galir var ol bol olsun bela xeberler

  12. МиниК_Сердце dedi ki:

    blagodaru.

  13. Leonel-207 dedi ki:
    redaktede oxumuwam Allah razi olsun…cox sag ol nesihetamiz xeber ucun…
  14. rihanna dedi ki:

    Cox sagol,…

  15. Avtosh_227 dedi ki:
    canim dostikim cox sagol.qeweng xeber idi.senin dini xeberlerine soz ola bilmez.superdir.cox sagol….
  16. BadBoy dedi ki:

    aLLAH rAZI oLSun

  17. gulshan dedi ki:

    oxudum . Allah razi olsun.cox saq ol

  18. Fidaska dedi ki:

    Bişr Hafinin təsəvvuf yoluna necə qədəm qoyması barədə yazırlar:

    Bir gьn yol gedərkən, ьstьndə «bismillah» yazılmış kağızın yerə dьşdьyьnь gцrьb qaldırır. Dьkandan bahalı ətir alıb kağıza səpir, sonra kağızı əl-ayaqdan uzaq, hьndьr bir hasarın ьstьnə qoyur. Həmin gьn yuxuda qeyb aləmindən səs eşidir: «Ey Bişr, sən Mənim adımı ətirlədin. Mən də sənin adını dьnyada və axirətdə şərəfli edəcəyəm».

  19. DaRk_AnGeL dedi ki:

    tewekkurler canim Allah razi olsun bele ibretamiz hekayeleri bizimle boluwduyun ucun

  20. ::HappilY:: dedi ki:

    cox sagol maraqlidi