Qirilmis qelbim…

alt

Tərəddüddə idim…Bir ağırlıq çökmüşdü ürəyimə. Unutmaq istəyirdim. Zamanın axışına buraxmaq…istəyirdim özümü. Ancaq alınmırdı… Vicdan əzabı deyəsən bu idi. İştaham qaçmışdı. Yemək belə yeyə bilmirdim. Düşüncələr və xəyallar gedərək məni əsir etmişdi. Artıq ruhumun düz ortasında məhkəmə salonu qurulmuşdu.

Nəfsim vəkil, vicdanım hakim, müttəhim mən, zərərçəkən bir Qırıq Qəlb…

Bir qəlb ki düz ortasından yarılıb iki yerə… Hər tərəfi yara içindədir. Əli ilə məni göstərir.

“Günahkar sənsən, məni qırdın” dedi.

Kimsə kənardan durmadan gülür, nəfsim isə məni müdafiə etməyə çalışır. Sən haqlı idin, haqlarını müdafiə etdin-deyir. Ancaq nəfsim nə qədər müdafiə etsə də, vicdanımın üzü gülmür. Nəfsimin səsi artıq batıb, ancaq məhkəmə salonunda hələ də məni müdafiə edir.

Qırıq Qəlb ortada dayanıb, gözlərindən yaş axır. Vicdanım məni günahkar bilir. Getdikcə böyüyən bir qayanı çiyinlərimə yükləyir. Daşıyacaqsan-deyir. Cəzam nə qədər davam edəcək deyə soruşuram. Qəlbi göstərir. “O qırıq olduğu müddətdə cəzalısan” deyir.

Bir qəlbə baxıram, bir də çiynimdəki qayaya.

Nə edəcəyəm-deyə düşünürəm. Bu zaman ağıl yanıma gəlib, qulağıma nəsə pıçıldayır. “Tək çarən var, get yanına, üzr istə, könlünü al” deyir.

Qürur çıxır qarşıma:

– Heç vaxt üzr istəmə, günahı var idi. Sən məni qırmamalısan.

– Bu daşı çiynimdən ala bilərsənmi? – deyə qışqırıram.

– Xeyr, əlimdən gəlməz – deyir.

– O zaman get!

Yenə qəlbə baxıram.O da küskün halda göz ucu ilə mənə baxır. Hafizəm qəlbin mənə etdiyi yaxşılıqları xatırladır. Getdikcə acım artır.

Səhər vaxtı iki ağ mələk yanıma gəlir. Biri təvazökarlıq, digəri mərhəmət. Qollarıma girirlər, vicdanım da arxadan itələyir, qəlbə doğru gedirəm. Yeridikcə ayağımıın altında səslər gəlir. Baxıram, qürurum və nəfsim ayaqlarımın altında parçalanır.

Qırıq Qəlbin yanına çatdım. Məsum gözləri yaşlar içində mənə baxır.

Peşimanlıq içində deyirəm:

– Əff et. Sən haqlı idin. Barışsan, söz verirəm, bir daha səni qırmayacağam.

Tərəddüdlə mənə baxır. Peşiman olduğuma inanır.

Barışaq deyirəm, boynunu qucaqlayıram. Ağlayıram. O da məni qucaqlayır. Göz yaşlarım Qırıq Qəlbin üzərinə töküldükcə, çatlaqları bağlanır. Əvvəlki halına dönür. Ancaq diqqətlə baxdıqda hələ də izləri görünürdü.

– Zamanla onlar da sağalacaq-deyir.

görürsənmi, bir qəlb qırdıqda nələr baş verir? Əgər bu dəqiqə qırdığın bir qəlb varsa, əmin ol ki,

təmir olunacağı anı gözləyir. Həm öz vicdanına, həm də qırdığın qəlbə bu qədər əzab vermə…

qeribelik

Şərhlər:

  1. New_Moon dedi ki:

    Oxuyuram Cox Sagol Minnetdaram

  2. DaRk_AnGeL dedi ki:

    ehhhh bir insanin qelbi qirildisa one temir etmek cooox cetin olur tewekkurler canim xebere gore

  3. Cristi dedi ki:

    Cox sagol canimmmmm opucuk

  4. MaLenKaya BuSinka dedi ki:

    maraqli olar yeqin oxuyuram heleki eziyyete gore tewekkurler

  5. qeribelik dedi ki:

    SIZ DE SAG OLUN DOSTLAR.BEYENMENIZ SEVINDIRDI

  6. qeribelik dedi ki:

    chox sag olun reyler ucun

  7. KIVANC dedi ki:

    oxudum sağ ol

  8. Dj_Robot dedi ki:

    Gцrьrsənmi, bir qəlb qırdıqda nələr baş verir?

    Cox sagol xebere gore

  9. Angelocka dedi ki:
    heart qeribelik, heart
    Cooxx sag ol Gunelim..Ellerine sagliq..Her zaman qelb qirmaqlarin eleyhineyem..Beiz insanlar var bundan zovq alirlar kimis eincitmekden..Ama belkede indiye kimi bilmedende olsa qelb qirmiwam deye bilmerem..Bile bile hec vaxt qelb qirmaram..Cunki pis birweydi..Menimde qelbimi qiriblar o qeder:(((((((((( Ama hec ne olmamiw kimide davam edirler herweye..Insan qelbi nazik ipden asilmiw bir tuk kimidi..ufursende qirila biler cox hessasdi..Caliwaq hec kimin qelbini qirib gunaha batmayaq..

  10. buz_qelb dedi ki:

    Maraqli xeber idi axiracan oxudum, cox sagol!

  11. bakili balasi dedi ki:

    cox sagol xebere gore ellerin var olsun maraqliydi

  12. BadBoy dedi ki:

    mELUMATA gORE SPS

  13. _Aynur_ dedi ki:

    Bir qəlb qırdıqda nələr baş verir? Əgər bu dəqiqə qırdığın bir qəlb varsa, əmin ol ki,
    təmir olunacağı anı gцzləyir. Həm цz vicdanına, həm də qırdığın qəlbə bu qədər əzab vermə..

    Cooooox saq ol canim xebere gore cox maraqli idi….Caliwaq ki hec kimin qelbini qirmayaq….

  14. Leonel-207 dedi ki:
    bu xeberi diqqetle oxuyun sevgi xeberi kimi verilsede cox ibretamiz bir hekayedir…
  15. pink_panther dedi ki:

    zoooooooooorr ela xeberdir coxx sagolun cox xowuma geldi

  16. _NaNi_ dedi ki:

    hmmmmmmmmmmmm qesey amma hecvaxt cunki menim qelbim qirildiqda heckim bu hereketi elemir 🙁

  17. gulshan dedi ki:

    men qelb qirmamisham ((menim qelbimi qiriblar ((. xebere gore cox saq ol

  18. MMO dedi ki:

    Maraqli idi oxudum,amma mence qelb esl qirildiqda onu mumkun olmur berpa edesen..Coxsagol ay wirinim.

  19. girl_from baki dedi ki:
    Əgər bu dəqiqə qırdığın bir qəlb varsa, əmin ol ki,
    təmir olunacağı anı gцzləyir. Həm цz vicdanına, həm də qırdığın qəlbə bu qədər əzab vermə…

    cox sag ol Gunel baciwim,xeber superdi
  20. Avtosh_227 dedi ki:

    Nəfsim vəkil, vicdanım hakim, mьttəhim mən, zərərзəkən bir Qırıq Qəlb…

    cox sagol.ellerine sagliq.cox sagol.dogurdan xowuma geldi.qeweng xeber idi.cox tewekkurlerrrrr. cry cry cry

  21. МиниК_Сердце dedi ki:

    tewekkur