Vefasiz

alt
Sevgilim bu gün düz üç ildir. Üç ildir ki, səadət yağışının nemətlərindən gələcəyin ümid dolu xəyallarından istifadə edərək yaşayıram. Bütün xatirələr yaşadığımız anlarda olduğu kimi təzədir. Kimsəsizliyin həzin və acı musiqi sədaları arasında səni düşünürəm. Bəzən isə səssiz sədasız qəlbimin narahat çırpıntıları arasında hüdudsuz və dərin xəyallara qapılıb özümü səninlə sənin yanında hiss edirəm. Və o günlər bir də gələcəkmiş kimi savadsız və təhsilsiz ruhanilər kimi “Amin” deyirəm. Bilirsənmi özüm-özümə gülürəm. Acizliyimə, səni unuda bilmədiyimə görə nifrət edirəm həyatıma. Batan günəşin səssizliyi ilə birlikdə sənsizliyin acı və iztirabları bütün çılpaqlığı ilə mən istəmədən qoynuma girir məni bir dəqiqə belə rahat buraxmır. Özümü qurumuş palıd ağacından sallanan bir yarpaq kimi hiss edirəm. Tutunacaq kimsəm, kiçicik arxam belə yoxdur. Ayrılıq adı ilə əsən zəif külək qarşısında aciz qalmış vücudumun titrəməsi sıxır məni. Sənin üçün ikimiz üçün nələr ümid etməmişdim?! Əlçatmaz arzulara belə səninlə olduğum anlarda ümidlə bağlanırdım. Əllərinin istisi, gözlərinin yorğunluğu mənə o qədər doğma idi ki, səndən ayrıldığım zamanda özümü kimsəsiz, yetim uşaq kimi hiss edirdim. Sənsiz bu dünya mənim üçün sanki məzardır. Bir günün yalnızlığından sıxılar, bezərdim. Sabahı tez açmaq üçün özümü aldadar vaxtın tez keçməsi üçün saatımı bir dala, bir qabağa çəkərdim. Misralarını belə bilmədiyim mahnılar mızıldanardım. Əbədilik yetim qoydun məni. Hər yerdə səni axtarıram. Sənin əvəzinə boş ümidlər qoluma girib şəhəri mənimlə birlikdə fırlanır. Gəzdiyimiz yerlərdən keçirəm. Sənli sənsiz xatirələr vardır hər yerdə. Qar altından baş qaldıran bənövşə kimi vaxtsız vidasız çıxırlar qarşıma. Budur hər zaman əyləşdiyimiz boş skameyka. Yadındadırmı adını adımın yanına yazmışdım o gün. Yoxdur. Silinibdir mənim adım. Sevinirəm. Balaca bir taxtadan adımı silməyə gücün çatıb. Bəs ürəyimdən? Ürəyimdən kim siləcək sənin adını. Baxışınla, gülüşünlə, küsüşün ilə, öpüşünlə ürəyimin ən dərin qatlarına cızmadan, sadəlik və mehribanlıq libasında yazmış olduğun adını kim siləcək? Sən bilib sənə bənzər çox insanların əlindən tutmuşam. Çoxunun dalınca qaçıb adını çağırmağıma peşman olmuşam. Gözüm uzanan yollarda qalıb. Nə üçün belə oldu? Günahım nə idi?
Özümü müttəhimlər kürsünə oturduram.
Günahım – Sevmək
Şahidim – Sevgim, iztirablarım
Hakim – Sən
Cəzam – Yenə də səni sevmək. Ölənə kimi. Səni sevəcəyəm sən sevməsən də. Nəfəsim adını hecalayacaq həmişə.

Bir sevgi nağılı bitdi beləcə
Yaşamaqmı gözəl ölməkmi səncə
Gözlərəm yolunu geri dönəndə
Gizlin döy qapımı “ey vəfasızım”

Nə etmək qismətim beləymiş gülüm
Fərq etməz mən artıq yaşayım ölüm
Təki sən xoşbəxt ol o gün
Mən ağlasam da olar “ey vəfasızım”

Canına can dedim canımı verdim
Canını canımdan daha çox sevdim
Bu yazıq canıma bax nələr etdin
Bumu əhdin sənin “ey vəfasızım”

Cavanlıq səhvimi desək biz buna
Lənət o fələyə saldı toruna
İndi sən yoluna mən öz yoluma
Görüşərik bir gün “ey vəfasızım”



Məni unuda bilməyəcəksən. Yanında, baş ucunda olacağam həmişə. Kim bilir həzin musiqilərin sətirlərində, gözünü zilləyib xəyallara daldığın kiçicik bir nöqtədə, bəlkə də “sevirəm” deyərək özünü aldatdığın insanın göz bəbəklərində tapacaqsan məni…

Cristi

Şərhlər:

  1. gulshan dedi ki:

    Canına can dedim canımı verdim beee
    Canını canımdan daha зox sevdim beee
    Bu yazıq canıma bax nələr etdin beee
    Bumu əhdin sənin \"ey vəfasızım\" beee

    super cox saq ol

  2. JESSICA dedi ki:

    Coox sag ol Cristi baciwkam…Canim bacim yeter bu qeder derd cekdiyin bir az gul xaxa

  3. Dj_Robot dedi ki:

    Sitat: Deli_oglan
    Cox sagol bacish ellerine saglik. Dogrudan da gozu yolda olmaq cox pis verdishdir. Allah hec kimi gozu yolda, intizarda qoymasin. Amin. . .

    Cox sagol teьekkkur

  4. Cristi dedi ki:

    gulshan, opucuk
    Badi_Seba, opucuk
    qeribelik,opucuk
    Fidaska,opucuk
    azeri_gizem,opucuk
    Avtosh_227, girl_ang
    Deli_oglan, girl_ang
    _Aynur_,opucuk
    DaRk_AnGeL,opucuk
    buz_qelb,opucuk
    Angelocka,opucuk
    Leonel-207, girl_ang
    pink_panther, girl_ang
    TORANLIQ,opucuk
    JESSICA,opucuk
    Dj_Robot, girl_ang
    BadBoy, girl_ang

    Sizlerde sagolunnnnnn. Rey yazan elleriniz dert gormesin heart

  5. Fidaska dedi ki:

    ay canim coxsagol

  6. RED DEVIL dedi ki:

    Bir sevgi nağılı bitdi beləcə
    Yaşamaqmı gцzəl цlməkmi səncə
    Gцzlərəm yolunu geri dцnəndə
    Gizlin dцy qapımı \"ey vəfasızım\"

    COX SAGOL

  7. ATILLA dedi ki:

    yaxwi xeberdi 1-2hefte olar mendede problemdi mende senin kimi 1ni cox sevmiwdim

  8. Cristi dedi ki:

    Fidaska, opucuk
    RED DEVIL, girl_ang
    ATILLA, girl_ang
    KIVANC, girl_ang

    sizlerde sagolun!!!

  9. pink_panther dedi ki:

    cox sagol dostik maraqli idi

  10. Leonel-207 dedi ki:

    cox sag ol eziyyete gore…

  11. Angelocka dedi ki:

    Nifret edirem her weye..!!!

    heart Cristi heart
    Cox sag ol bitanem..oxudum..Cox gozel yazilib..Minnetdaram.. opucuk
  12. Badi_Seba dedi ki:
    cooox sagol heyatim menimmm flower
  13. qeribelik dedi ki:

    Gьnahım – Sevmək
    Şahidim – Sevgim, iztirablarım
    Hakim – Sən
    Cəzam – Yenə də səni sevmək. Цlənə kimi. Səni sevəcəyəm sən sevməsən də. Nəfəsim adını hecalayacaq həmişə.

    SAG OL AY BACISH.MENALIDI.AH BU SEVGİİİİİİİ flower

  14. _NaNi_ dedi ki:

    menden cox uzaq olan cox qozel sozler 🙂

  15. azeri_gizem dedi ki:

    -Arzum sevmək ən bцyuk arzum sən tərəfindən sevilmək, Gunahım sevmək. ən bцyuk gunahım səni sevmək Dərdim yaşamaq, Ən bцyuk dərdim sənsiz yaşamaqdır…..

  16. Avtosh_227 dedi ki:
    tewekurler canim gozum.qeweng xeber idi.ellerine sagliq…
  17. Deli_oglan dedi ki:

    Cox sagol bacish ellerine saglik. Dogrudan da gozu yolda olmaq cox pis verdishdir. Allah hec kimi gozu yolda, intizarda qoymasin. Amin. . .

    Bir sevgi nağılı bitdi beləcə
    Yaşamaqmı gцzəl цlməkmi səncə
    Gцzlərəm yolunu geri dцnəndə
    Gizlin dцy qapımı "ey vəfasızım"

  18. _Aynur_ dedi ki:

    Cooox saq ol xebere gore…

  19. DaRk_AnGeL dedi ki:

    tewekkurler wirinka xebere gore ellerin derd gormesin

  20. buz_qelb dedi ki:

    heart coooox tewekkurlerrrr baciwwka!Ellerine saglik! heart

  21. fanya_ya dedi ki:

    Gozal xabar idi chox saq ol…

    twk