26 İyun Silahlı Qüvvələrin yaranması günüdür

alt

Bu gün Azərbaycanda Silahlı Qüvvələrin yaranmasının 92 illik yubileyi təntənəli şəkildə qeyd olunur. Ordunun yubileyi ilə bağlı «Azadlıq» meydanında hərbi parad keçiriləcək.


1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası (ADR) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görüb. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. ADR yaranan zaman Azərbaycanda milli ordu tamamilə yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Demokratik Respublikasını parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər. Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.

ADR hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.

1991-ci il oktyabrın 9-da ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edib.

Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Deli_oglan

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    butun gizir ve zabit heyetini o cumleden esger matros heyetini urekden tebrik edirem)))

    xebere gorede cox sag ol…

  2. TORANLIQ dedi ki:

    tebrik edirem

  3. qeribelik dedi ki:

    ALLAH BİZİM ESGERLERİ,ZABİTLERİ,GİZİRLERİ UMUMİYYETLE AZERBAYCAN XALQINI QORUSUN.BİZE SHEHİD LAZIM DEYİL.BİZE SAG-SALAMAT ESGER GEREKDİR.HEM DE BİZİM XALQDA ESGERE ONEM VERİCİ BİR XARAKTER YOXDUR.BİR SOZLE,BİZ SHEHİDİN CANINI FEDA ETDİYİ TORPAQDA YASAMAGA LAYİQ DEYİLİK.ONA GORE ALLAH ONLARI EVLERİNE VETENLERİNE SAG-SALAMAT,RUHU USTLERİNDE QAYTARSIN.AMİN İNSALLAH.
    DELİ OGLAN,SENE DE TSKLER XBR UCUN

  4. _Aynur_ dedi ki:
    Butun AZERBAYCAN oglanlarini tebrik edirem!!!
  5. Ayselka dedi ki:

    butun esgerlerimizi tebrik edirem

  6. MaLenKaya BuSinka dedi ki:

    Azerbaycan oglanlarini tebrik edirem flower

  7. Dj_Robot dedi ki:

    Tebrikler xebere gore teьekkur Murik

  8. BadBoy dedi ki:

    Cox sag Ol Gaga

  9. Cristi dedi ki:

    Cox sagol qaqaw

  10. N_I_C_L_E dedi ki:

    Her kesi tbrik edirem en coxda ozumu..vetenime canimi vermeye deyer..her zaman feda olsun…………

  11. QeMLi AuS(( dedi ki:

    deyirem axi

  12. pink_panther dedi ki:

    yenilmez qudretli

    AZERBAYCAN ORDUSU

  13. New_Moon dedi ki:

    Mence Azerbaycanda Elede Vetenperverlik Yoxdu amma Veteni Sevmek Lazimdi Cunki Bu Vetende Bizim Sevdiklerimiz Insanlar Yawiyir Onlara Gore Bu Veteni Hemiwe Qorumaliyiq

  14. the 13th Warrior dedi ki:

    Bayraminiz mubarek olsun

  15. Angelocka dedi ki:
    AZERBAYCAN XALQI..VETENPERVER IGID OGULLARIMIZ…BAYRAMINIZ MUBAREK…BIZ SIZINLE FEXR EDIRIK..HER BIRINIZLE QURUR DUYURUQBACARACIYIQ…GEC TEZ IWGAL OLUNMUW TORPAQLARIMIZI UZDEN IRAQ QONWULARIMIZIN ESARETI ALTINDAN XILAS EDECEYIK..BIR GUN O GUN GELECEKUMIDIMIZ SONSUZDU…
  16. DaRk_AnGeL dedi ki:

    Butun Azerbaycanlilari bayram munasibetile urekden tebrik edirem.Qoy Allahin bize bexw etdiyi butun nemetleri layiqince qiymetlendirek vetorpagimizin qedrini bilek.Inwallah iwgal olunmuw torpaqlarimizda gelecek nesiller vasitesile azad olunar.Amin..
    Xebere gore Deli_Oglana xususi tewekkurler

  17. buz_qelb dedi ki:

    Esgerlerimizin bayrami mubarek olsun.
    O gun olsun bu bayrami Qarabagda qeyd edek!!

  18. maNga_TNK dedi ki:

    TeBRiKLeeeeR -e mende qoshuluram friends

  19. Fidaska dedi ki:

    tsk dostik cox sagol butun burdan herbi quvelleri tebrik eleyirem

  20. KIVANC dedi ki:

    butun gizir ve zabit heyetini o cumleden esger matros heyetini urekden tebrik edirem)))