Şəri sual -cavablar(1-ci hissə)

alt

(ŞƏR`İ SUALLAR)

Sual: Zöhr və Əsr (günorta və ikindi) namazlarının vaxtı qürubadək, yoxsa məğrib (şam) azanınadəkdir?

Cavab: Məğrib azanınadək.

Sual: Əgər bir xəstə zərər qorxusu ilə namazı qiblənin əksinə qılarsa və namazı bitirdikdən sonra əbəs yerə qorxduğunu başa düşərsə, vəzifəsi nədir?

Cavab: Namazı təzələməlidir.

Sual: Xüms verməyən və xüms ili tə`yin etməyən kəs həmin pulla aldığı paltarda namaz qıla bilərmi?

Cavab: Xüms düşən və xümsü verilməmiş pul ilə alınan paltarla qılınan namaz batildir və bu libas qəsb olunmuş hökmündədir.

Sual: Bir şəxs dişlərini təmizləyərkən ağzı murdarlanarsa, namaz qılmaq üçün ağzını suya çəkməlidirmi?

Cavab: Ağızın çölü pak olarsa, namaz düzgündür.

Sual: Əgər ana, bədəni murdarlanmış uşağı namaz vaxtı qucağına alsa, namazı batildirmi?

Cavab: Əgər uşağın üstündə nəcasət və ya ayıb yeri örtə biləcək murdarlanmış (mütənəccis) libas olmasa, eybi yoxdur.

Sual: Əgər ata xüms verməsə, onun evində və döşənəcəklərinin üstündə namaz qılmaq olarmı?

Cavab: Əgər evin yerinə və döşənəcəklərə xüms düşdüyü bilinmirsə, namaz qılmağın eybi yoxdur.

Sual: Əgər namaz möhürünün bir tərəfi çirkli və bir tərəfi qeyri-hamarsa, çirkli tərəfə səcdə etmək düzgündürmü?

Cavab: Saf səthə səcdə etmək vacib deyil, alın ikiriyallıq (pul kəsi) qədər möhürə toxunarsa və düzgün səcdə edilərsə, namaz düzgündür.

Sual: Bə`ziləri namazda qunut tutarkən əqiq üzüyün qaşını üzüyuxarı çevirirlər. Bu hərəkətin əsası varmı?

Cavab: Bu barədə rəvayət mə`lum deyil. Amma həzrət Peyğəmbərin (s) buyuruğuna görə, əqiqə baxmaq bəyənilən işdir.

Sual: Bir şəxs neçə illər namaz qıldıqdan sonra başa düşüb ki, namazları səhv qılıb. Namazlarının qəzasını qılmalıdırmı?

Cavab: Əgər öyrənib düzgün qıla biləcəyi halda tənbəllik edib səhv qılmışsa, onları təzələməlidir.

Sual: Bir şəxs günortanın əvvəlində vətənində namazını qılmayıb, səfərə çıxmışdır. Hər hansı səbəbdən səfərdə olduğu vaxt da namazını qılmayıb qəzaya vermişdir. Vətənə qayıtdıqdan sonra həmin namazı tam, yoxsa şikəstə (yarı) qılmalıdır?

Cavab: Namaz səfərdə qəzaya getdiyi üçün şikəstə qılınacaq.

Sual: Meyit namazının qəzası üçün qadın əcir (muzdla qılan) edilə bilərmi?

Cavab: Əgər qadın qiraət və namaz məsələrini (namazın nə vaxt batil olduğunu) bilsə, qadınlıq hüquq və vəzifələri ilə zidd olmasa, bu namazları qıla bilər.

Sual: Məkkə və Mədinədə, xüsusi ilə Məscidül-həram və Məscidün-nəbidə sünnə əhlinə iqtida edərkən möhür qoymaq lazımdır, yoxsa yox?

Cavab: Lazım deyil. Məsciddəki həsir və ya daş döşəmədən istifadə etmək olar.

Sual: Bir xanım vətənindən kənara ərə getmişdir və hazırda ərinin vətənində yaşayır. Bu xanım anadan olduğu yerə gəldikdə namaz və orucunun hökmü nədir?

Cavab: Əgər bu xanım öz vətənindən çıxıb, həmişəlik ərinin vətənində yaşamaq qərarına gəlmişsə, ərinin vətəni ona vətən hesab olunar. Hər hansı bir məqsədlə müvəqqəti olaraq anadan olduğu yerə gəldikdə namazı şikəstədir və oruc tuta bilməz. Yalnız on gün qalmaq qərarına gəlsə, namazını tam qılar və oruc tuta bilər.

Sual: Tələbə bir yerdə on gün qalmaq qərarına gəlir. Amma dərs keçilmədiyi üçün on gün tamam olmamış səfərə çıxır. Belə bir müsafirətə icazə verilirmi?

Cavab: Eybi yoxdur.

Sual: “Böyük şəhər” (“bilade kəbirə”) dedikdə nə başa düşülür?

Cavab: Şimalından cənubuna, şərqindən qərbinə hərəkət “səfər” sayılan fövqəl`adə böyük şəhərlər “böyük şəhər” adlandırılır.

Sual: Dost-tanışların vəfat məclisində iştirak etmək üçün kitab əhli məscidə daxil ola bilərmi?

Cavab: Əgər məscidə hörmətsizlik sayılmazsa, bu işin qarşısını almaq vacib deyil.

Sual: Bir şəxs ramazan ayında sübh azanına 15 dəqiqə qalmış cənabətli halda yuxudan oyanır. 15 dəqiqə ərzində həm obaşdanlıq yemək, həm də yuyunmaq olmur. Vəzifə nədir?

Cavab: Obaşdanlıq yemədən oruc tuta bilərsə, əvvəlcə qüsl etsin. Amma yemədən oruc tuta bilmirsə, zərərdən qorxursa, yeməyini yesin, sübh azanından qabaq təyəmmüm etsin.

Sual: Qəməri təqvimlə həddi-büluğ olmuş şəxs xəbərdarlıq edilməsinə baxmayaraq, miladi (şəmsi) təqvimlə həddi-büluğ olacağını düşünür. Bu səbəbdən də həmin ilin orucunu tutmur. Bu şəxsin vəzifəsi nədir?

Cavab: Əgər dini vəzifəsini araşdırmaqda səhlənkarlıq, e`tinasızlıq etmişsə, qəzadan əlavə kəffarə də vacibdir.

Sual: Bir xanım dörd il oruc tutmayıb. Eləcə də özünə cehiz almalıdır. Oruca görə kəffarə vermək vacibdir, yoxsa cehiz almaq? Əgər hər gün üçün altmış fəqiri doyursa, cəmi nə qədər edir?

Cavab: Bu xanım tutmadığı orucların qəzasını tutmalı, hər gün üçün kəffarə olaraq 45 kq buğda və ya onun qiymətini nəzərdə tutub fəqirlərə çörək üçün ödəməlidir. Kəffarənin tə`xirə salınmasının səbəbi e`tinasızlıq deyilsə, eybi yoxdur.

Sual: Bir miqdar pul borc vermişəm. Xüms ilindən (günündən) qabaq almalı olsam da, pul yubanıb və xüms ilindən sonra əlimə gəlib. Bu pula xüms düşürmü?

Cavab: Əgər ilin qazancından olmuşsa, xüms düşür.

Sual: Həddi-büluğ olmamış uşağın qazandığı pula xüms düşürmü?

Cavab: Bəli, vacibdir ki, uşağın böyüyü bu pulun xümsünü versin.

Sual: Minik maşını, motolet və velosipedə xüms düşürmü?

Cavab: Sayılanların hər biri qazanc üçün olmasa, insana gərək olsa, onun şə`ninə uyğun gəlsə, ilin qazancından alınsa da xümsü yoxdur.

Sual: Ata evində yaşayan qız işləyir və aylıq qazancından cehiz və digər yaşayış ləvazimatı almaq üçün bir miqdar pul toplayır. Bu pula xüms düşürmü?

Cavab: Əgər bu xanımın ehtiyaclı olduğu, şə`ninə uyğun cehizi almaq üçün başqa heç bir yolu yoxdursa və bir dəfəyə cehiz ala bilmirsə, yığdığı pula xüms düşməz.

Sual: Vəliyye-fəqihə təqlid edənlər və etməyənlər üçün onun hökmünə itaət etmək vacibdirmi?

Cavab: Hamıya vacibdir.

Sual: Əmr be mə`ruf və nəhy əz münkərin şər`ən vacib olduğunu nəzərə alsaq, eyş-işrət məclislərinə münasibətdə insanın vəzifəsi nədir?

Cavab: Öz nəsihətinizin tə`sir edəcəyini ehtimal etsəniz, pis işin qarşısını almalısınız; bəli, mülayim şəkildə nəsihət etmək lazımdır.

Sual: Əgər mindiyimiz maşında haram musiqi oxudulursa və nəhy əz münkərin tə`siri ehtimal olunmursa, vəzifəmiz nədir?

Cavab: İmkan varsa, maşından düşmək lazımdır. Əgər mümkün deyilsə, diqqətinizi başqa işlərə yönəldin. (h.m.s.947)

Sual: Hazırda bə`zi toy mərasimlərində haram musiqilər səsləndirilir. Bu məclislərdə iştirak etməmək qohumluq əlaqələrinin zəifləməsinə səbəb olur. Əgər nəhy əz münkər faydasızdırsa, bu məclisdə iştirak etmək olarmı?

Cavab: Əlaqələr zəifləsə də iştirak etmək olmaz.

Sual: Batil lent yazıları və filmlərlə məşğul olan adamlarla təmas olarmı? Nəsihət məsxərə ilə qarşılansa necə?

Cavab: Belə adamlarla təmas işə təşviq və e`tinasızlığa səbəb olursa, caiz deyil.

Sual: Bir qadın naməhrəmlə münasibətdə, öz geyimində qorunmursa və bu barədə ərinin sözlərinə e`tina etmirsə, ərin vəzifəsi nədir?

Cavab: Nəsihət və mümkün bir yolla qadın şər`i hökmlərə də`vət olunmalı və günahın qarşısı alınmalıdır.

the 13th Warrior

Şərhlər:

  1. the 13th Warrior dedi ki:

    Redakteye gore Leo Qardawima tewekkurumu bildirirem. Allah razi olsun senden qardawim.

  2. morgan dedi ki:
    duzu men mohurle qilmiram ve mohurun vacibliyini de kimseden oyrene bilmedim men ele basha dushurem ki onun hhikmeti odur ki namazda alnimiz temiz yere deysin ve yalniz bir yere baxaq men bele eshitmishem
    amma hec kim mene gostermeyib ki mohursuz namaz batildir
  3. gulshan dedi ki:

    cox saq ol bilmediqlermide oyrendim

  4. the 13th Warrior dedi ki:

    JESSICA
    morgan
    rihanna
    qeribelik
    IzYuMinKa
    RED DEVIL
    girl_from baki
    gulshan
    Ezizlerim, haminiz cox sag olun, Allah haminizdan razi olsun. Rey yazan elleriniz var olsun.
    morgan —-Namaz qilmaqa bawlayanda, ellerini qulaginin dibine apararaq Allahu ekber demekle, sen dunyadan ayrilirsan namaz esnasinda da dunya malina, yeni geveye asecdeye gedirsen, o da duzdun deyil. Hem deki, Quranda buyrulubki, pak yere secde edin. umdaki, hem pakdir, hemdeeeeki paklayicidir.

  5. buz_qelb dedi ki:
    Cox sagol qaqaw, Allah razi olsun!
  6. _Aynur_ dedi ki:

    Cooox saq ol maraqli ve lazimli xebere gore …ellerine saqliq… Allah senden cox cooox razi olsun…

  7. the 13th Warrior dedi ki:

    buz_qelb
    _Aynur_
    Her ikinize minnetdaram. Cox sag olun.

  8. morgan dedi ki:

    Sitat: the 13th Warrior
    morgan —-Namaz qilmaqa bawlayanda, ellerini qulaginin dibine apararaq Allahu ekber demekle, sen dunyadan ayrilirsan namaz esnasinda da dunya malina, yeni geveye asecdeye gedirsen, o da duzdun deyil. Hem deki, Quranda buyrulubki, pak yere secde edin. umdaki, hem pakdir, hemdeeeeki paklayicidir.


    bes onda dash dunya malid deyil ki

  9. MaLenKaya BuSinka dedi ki:

    Allah razi olsun maraqli xeber ucun tewekkurler

  10. Dj_Robot dedi ki:

    Cox sagol Allah razi olsun

  11. Cristi dedi ki:
    Allah razi olsun
    girl_ang
  12. girl_from baki dedi ki:

    Allah razi olsun sizden ,cox beyendim beel xeberlerin cox olmagi cox xowdu

  13. RED DEVIL dedi ki:

    chox sagol maraqliydi

  14. IzYuMinKa dedi ki:

    the 13th Warrior,
    Чоооооооох саг ол.Аллах разы олсун!!! Басардыгча беле хеберлери чох атын сайта!!!

  15. pink_panther dedi ki:

    cox sagol xebere gore coxxx gozel ve xeyirli xeberdir cox sagol…

  16. Leonel-207 dedi ki:

    Sitat: the 13th Warrior
    Redakteye gore Leo Qardawima tewekkurumu bildirirem. Allah razi olsun senden qardawim.


    deymez qaqam..eslinde cox sag ol ki bele gozel ve vecib xeberi bizle boluwdun..Allah savabina yazar inwallah…Allah razi olsun oxudum redaktede…bir iki mesele qaranliq qaldi aydinlawdirdim onlarida sayende cox sag ol…

  17. Avtosh_227 dedi ki:
    cox sagol qaqaw.ellerine sagliq.ALLAH senden razi olsun.cox sagol..
  18. the 13th Warrior dedi ki:

    pink_panther –Deymez qardawim, xowdu.

    Leonel-207 —-Alllah razi olsun. Cox wad oldum ki, bir az da olsa, xeyri deydi.

    Avtosh_227 — Deymaz qardawim.

  19. DaRk_AnGeL dedi ki:

    tewekkurler dosi Allah razi olsun xebere soz ola bilmez bele gozel xeberi bizimle boluwduyun ucun sene tewekkurler girl_ang

  20. Fidaska dedi ki:

    cox sagolun Allah razi olsun

  21. the 13th Warrior dedi ki:

    DaRk_AnGeL
    Fidaska

    Her ikinize tewekkurler, rey yazan ellerininziz agrimasin.

  22. JESSICA dedi ki:

    Tewekkur..Allah razi olsun dostik…

  23. morgan dedi ki:
    ctrl+c
    ctrl+v
    kopyaladimeee
  24. rihanna dedi ki:

    cox sagol.maraqlidi.

  25. qeribelik dedi ki:

    Xьms dьşən və xьmsь verilməmiş pul ilə alınan paltarla qılınan namaz batildir və bu libas qəsb olunmuş hцkmьndədir.

    SAG OL DOT.ALLAH MİN DEFE RAZI OLSUN.İNSALLAH SAVAB DEFTERİNE YAZILAR.

  26. Fidaska dedi ki:

    hmm cox sagol . ALLAH razi olsun.