Sizin belə dostunuz olubmu?

alt

Daim düşüncəli idi.

Susmağı danışmağından uzun çəkərdi.

Lazımsız yerə danışmazdı.

Danışarkən nə həddindən artıq, nə də ək söz işlədərdi.

Dünya işləri üçün heç özündən çıxmazdı.

Öz mənafeyi üçün əsla hirslənməz və qisas almazdı.

Pis söz söyləməzdi.

Bağışlamaqda səmimi idi, intiqam almazdı.

Düşmənlərini sadəcə bağışlamqla kifayətlənməz, onlara şərəf ve dəyər də verərdi.

Özünü 3 şeydən məhrum etmişdi:

1.Kimsə ilə münaqişə etməzdi.

2.Çox danışmazdı.

3.Boş şeylərlə məşqul olmazdı.

Ümüd edəni ümüdsüzlüyə salmazdı.

Heç kimi nə üzünə qarşı, nə də arxasınca qınamaz qüsurlarını deməzdi.

Xoşuna gəlməyən bir şey haqqında susardı.

Heç kimin qüsurunu araşdırmazdı.

Heç kimsə haqqında xeyirli olmayan söz söyləməzdi.

Yanında en son danışanı birinci danışan kimi dikqqətlə dinləyərdi.

Həmişə ciddi və təmkinli idi.

Danışarkən ətrafındakıların diqqətini cəlb edərdi.

Sözləri parıldayan inci dənələri kimi xoş və aydın idi.

Yeriyərkən ayaqlarını yerdən nizamla qaldırar, sağa-sola yellənməzdi.

Addımlarını geniş atar, yüksək bir yerdən enirmiş kimi önə doğru əyilərdi.

Təmkin və rahat yeriyərdi.

Qapısına gəlib kömək istəyəni boş qaytarmazdı.

Dostlarına belə deyərdi: “Dünyada qərib yolçu kimi ol!”

Hər zaman hüzünlü, lakin təbəssümlü bir halda dayanardı.

Adət üzrə işlədilən heç bir pis sözü dilinə gətirməzdi.

Sıxıntılı anlarında kobudlaşmaz, qışqırmazdı.

Kasıblarla birlikdə yeyərdi və onlardan ayrı oturmazdı.

Sadə paltar geyinər özünü göstərməkdən xoşu gəlməzdi.

Danışarkən üzünü başqa tərəfə çevirməzdi.

Olduğu məclisdə xüsusi bir yer seçməzdi.

Səhərlər evindən çıxarkən belə deyərdi:

-Allahım, doğru yoldan çıxmaqdan və çıxardılmaqdan, aldanmaqdan və aldadılmaqdan, haqsızlıq etməkdən və haqsızlığa uğramaqdan, hörmətsizlik etməkdən və hörmətsizlik görməkdən Sənə sığınıram!

Bu, o idi – Allahdan başqa yer əhlindən heç kimi özünə dost tutmayan Allahın qulu və rəsulu Muhamməd (s.a.s)!

Bəz sizin necə, belə bir dostunuz oldumu?

qeribelik

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    ayda cox gozel ve ibretamiz xeberdir heqiqetendede….yene cox pis oldum amma(((((….deyirem o dovrde bu cur insanlar olubdur…bes axi ne ucun cox demirem Muhamməd(s.a.s)-da olanlarin birce faizi indiki insanlarda olardi cox yox birce faizi …cox sag ol xebere gore Allah savabina yazar inwallah…
  2. МиниК_Сердце dedi ki:

    applause canim

  3. Hase_721 dedi ki:

    allah razi olsun
    cox sagol xebere gore applause

  4. gulshan dedi ki:

    cox saq ol Allah razi olsun

  5. qeribelik dedi ki:

    Angelocka,
    sen de sag ol tatliskom.Allah sizi daima sadiq dost elesin.amin

  6. Angelocka dedi ki:
    heart qeribelik, heart
    Cooooooxx sag ol baciwim..Allah senden razi olsun..Allah senin daima komeyinde olsunn..Bele gozel xeberi bizlerle paylawdigin ucun Allah senin yolunu daima aciq ve nurlu etsin..Aminn…Indi bele dost tapmaq cetin olsada menim bele bir dostlarim var…Burda yazilanlarr eyni ile menim bir canda iki ureyim olanlarda cemlewib..Onlar menim canimdi ikiside…Badi_Sebam ve Izyuminkam..Canlarimmmmm sizin ikinizide cox sevirem daima menimle olunn…Onlar bax bele dostlardan ve refiqelerden hetta bacilardandii..Canlarim menimm..Sizin ikinizide cooooooxxxx lap cooxxxx seviremmmm…Meleyimmm ve Awkitommmm
  7. qeribelik dedi ki:

    Allah sizlerden de razi olsun

  8. MMO dedi ki:

    Dinle maraqlananlar ucun bu maraqli olar

  9. bakili balasi dedi ki:

    cox sagol xebere gore ellerin var olsun Allah razi olsun men hemiwe demiwem indide deyirem men senin xeberlerivin vurgunuyam cox olsun bela xeberler

  10. xerceng dedi ki:

    ……………Eh……………….sagol…………

  11. Cristi dedi ki:

    coxxxxxxx sagol canim menimmmm

  12. Melekcik dedi ki:

    coox sagol bacim maraqli xebere gore ALLAH razi olsun

  13. New_Moon dedi ki:

    Xebere Gore Minnetdaram Amma Indi Ele Dost Cetin Tapilar
    Menim Bele Dostdum Olmagini Ve Ozum Kiminse Bele Dosdu Olmagimi Isterdim

  14. KIVANC dedi ki:
    Sag ol super xeberdi

    applause

  15. Ayselka dedi ki:

    cox sagol maraqli idi

  16. Camka dedi ki:

    xebere gore sag ol,cox maraqlidir,Allahteala bizim her birimizi qorusun!amin applause

  17. pink_panther dedi ki:

    coxxxxxxx mohtewem bir xeberdirr coxxxx sagolll Allah Razi Olsun bu cur gozel xebere ancaq applause duwur …

  18. qeribelik dedi ki:

    Bəz sizin necə, belə bir dostunuz oldumu?
    Hec vaxt