“DoĞuLduĞuN GüN ÖlDüRduM SəNi SevGi”…

"DoĞuLduĞuN GüN ÖlDüRduM SəNi SevGi"...

Səbəbini bilmirəm, Amma

Bu gün həmişəkindən daha çox ehtiyacım var SəNə

Bəlkədə özümü aldadıram? Səbəbini bilmirmiş kimi aparıram özümü? Yox!!! Əslində bilirəm. Səbəbi bugün SəNin həyatıma gəlməyinin artıq 1 ili tamam olduğu üçün. Qaranlıqlarımda zülmət dolu yola çıxarkən, özümü tənhalığın qoynuna atarkən SəN gəldin dünyama. Və məni ordan çəkib çıxartdın. Qaranlıq gecələrimə işıq, günəşsiz sabahlarıma günəş oldun. SəN həyatımdakı yaşamı rəngləndirən bütün rənglər məni bir-bir tərk etdiyi an həyatıma çağrılmamış bir qonaq kimi gəldin.SəN gələndə bir tək qara və boz rənglər var idi həyatımda.Amma sonradan bütün qara və boz rənglər SəNinlə birlikdə canlı rəngarəng rənglərə çevrildi.Sevgidən əlimi üzdüyüm an gəldin.Artıq bütün yaşama sevincim tükəndiyi an gəldin.Daşlaşmış, buz bağlamış qəlbimə öz sevginlə sızdın.Daş qəlb bir anda çiçək açmağa başladı SəNin varlığınla.Sevgin buz bağlamış ürəyimi bir anda isitdi.SəN varkən, dünyayla bütün əlaqələrimi qoparırib SəNin dünyana ucalaraq sevgimi orda yaşayırdım mən…İndi isə bütün bu olanların ardından sadəcə şirin bir xatirə olaraq anmaq qalır mənə.Bu gün SəNə bir gülün suya ehtiyacı olduğu kimi ehtiyacım var. Amma hər şey düşündüyümdəndə fərqli oldu. Başqa cür təsvir edirdim hər şeyi. Özümə SəN dolu rəngli xəyallar qurmuşdum. Hər xəyalımın əsas qəhrəmanı SəN idin. SəNi tanıyandan sonra heç bir xəyalım SəNsiz olmadı. Amma artıq xəyal belə qura bilmirəm. Qorxuram. Xəyallarımın xəyal olaraqda qalacağını bilə-bilə Xəyal qurmaq istəmirəm. Yoruldum artıq:((( BilirSəN bu günü birlikdə qeyd edəcəyimizi düşünürdüm. Amma sadəcə buda SəNə adi gələn xəyallarımdan biridi elə deyilmi?Hmmm..Düzdü adı üstündə xəyal. Xəyal…Reallaşmayan adi rəngsiz bir xəyal. Özümü sanki köhnəlmiş əşya kimi hiss edirəm bu gün. Pəncərədən baxıram. Yenə günəş öz yatağına çəkilir. Yerini Ay ilə dəyişərək batır. Yavaş yavaş sanki nədənsə qorxarcasına gizlənir buludların arxasında. Günəşin batımı ilə birlikdə solur, yox olur bütün müqavimətim, itir bütün ümidlərim. Birdən qələmimi yavaşca yerə qoyaraq düşünürəm. Əllərimi üzümə tutaraq sakitcə deyirəm ürəyimə “Mən artıq onsuz edə bilirəm. Çətindi…” Sanki ürəyim səsimə səs verərcəsinə mənə pıçıltı ilə cavab verir. “Çətində olsa bacarmalısan. Başqa çıxış yolun yoxdu” Yazıram…Yazıram amma hər yazdığım kəliməm mənə yaşanan hər günü, hər saniyəni, hər dəqiqəni, hər saatı xatırladır. Hətta yaşadığmız hər fəsilidə. Günlər bir-birini qovalayır beynimdə. Düşüncələrim qarışıb bir-birinə. Sanki hər düşüncəm bir təqvim yarpağı kimi yaşadığmız gözəl günləri mənə xatırladaraq bir-bir düşür yerə. Həmin günlər artıq toz olub yapışır yenə boğazıma.Tüstü olub hopur yenə canıma. Bilmirəm amma bugün nədənsə çox səsizəm. Susuram. Saatın əqrəblərini izləyirəm. O qədər sakitlikdi ki hətta ürək döyüntülərimin səsini açıq aydın duyuram, hiss edirəm. Səsizliyim məni incidir amma sadəcə yazıram. Yazıram ki hisslərimi ən sadiq dostlarım Qələm və bir parça kağızla bölüşüm. Dərin düşüncələrə dalaraq hərdən pəncərədən insanları seyr edirəm. Bugün yaşadığım ən ağır günlərimdən biridir deyə bilərəm. SəNsizliyimə görə ürəyim fikirlərimə qarşı üsyan qaldırıb içimdə. Tuta bilmirəm SəNsizliyin üsyanını bu gün! Alınmır. Bugün sanki buz bağlayıb Ürəyim, beynim. Hər biri günahı məndə görür. Hər biri qışın sərt küləyi kimi üzərimə gəlir. Çox qorxuram. Onlara necə hesab verəcəm indi? Qırıldıqlarını deyirlər mənə. İncidildiklərini deyirlər mənə. Və tək səbəbkarda Məni görürlər. Bəs mən kimdə axtarım günahı? Mən yaralanmadımmı? Mən acı çəkmədimmi? Günahım sadəcə SəNi sevmək oldu? SəNi sevdiyim üçün bütün bunları mənə laiq görüb yaşatdın? Axı niyə?:(((( Artıq saxlaya bilmirəm göz yaşlarımı. Damla-damla axır gözyaşlarım. Bir damlası düşdü ağ vərəqin üzərindəki mürəkkəbin üzərinə. Bir damla göz yaşımla mürəkkəb qarışdı bir-birinə.. Sanki illərcə bu günü gözləyərcəsinə. Həsrətlə bölüşdülər sevgilərini. Qovuşdular bir-birlərinə. Amma Ağ vərəq ləkələndi:(((Çünki mürəkkəb göz yaşı ilə qovuşduğu üçün ləkələdi günahsız ağ vərəqi. Onlarda eqoistcəsinə öz sevgilərini düşündülər. Amma günahsız ağ vərəqi düşünmədilər. Düşünmədilər ki axı ağ vərəq ləkələnəcək. Niyə belə edirik? Heç nəyə fikir vermədən sevgiləri ilə yayıldılar vərəqin tam ortasına kimi. Amma bir dəqiqə bəs nə oldu o böyük sevgiyə? Sadəcə 1-2 dəqiqəlik idi? Heyranlıqla izlədiyim sevgi bir anda yox oldu. Göz yaşı qurudu. Mürəkkəb onun yoxluğundan solub məhv oldu. Sevgiləri elə bu qədər idi? BilirSəN bunu SəNə bənzətdim. Mürəkkəb və Göz yaşının sevgisi…

Eyni ilə SəNdə beləSəN. Sadəcə bir müddətlik sevgi hissləri mövcuddu SəNdə. Əbədi hissləri olmayan insan məncə ən aciz insandı. Düzdü bu sevgidə hər zaman tək oldum. Amma heç nə olduğu kimi görSəNmir. Sadəcə qıraqdan durub tamaşa edərək fikirlər irəli sürmək ən asand bir vasitə kimi görünür. Amma lazım deyil. HadiSəNin nə yerdə olduğunun belə SəN özündə fərqində deyilSəN. Amma yenədə göz yaşlarıma hakim olmağı bacara bilmədim. Özümü çox yalnız hiss edirəm, kimsəsiz hiss edirəm bugün. Sanki evsiz bir insan kimiyəm. Torpaqsız çiçək kimiyəm. Susuz ağac kimiyəm. Günəşsiz səhər kimiyəm. Aysız gecə kimiyəm. Haqlıikən haqsız kimiyəm. Doğruikən yalan kimiyəm Bugün… Hər kəs sığınacaq bir dam tapdı özünə gerçək mənliklərdə. Mən isə SəNsizliyin şəxsiyyətsiz damına sığındım yenə. SəNə gələn bütün yollar,döngələr bağlandı. Yolsuz qaldım dönə bilmədim. Yoxsa çıxmaz yoldan çıxış yolunu tapa bilmədim özümə? Bilmirəm səbəbini, amma, çox təkəm çox yalnızam kimsəsizəm bugün…Sanki açılmayan düyünəm. Çıxılmaz çətinliklərlə dolu bir yolu olan labirintəm. Sübuta yetirilə bilinməyən cinayətlər kimiyəm. SəNliykən SəNsizəm. Artıq gücüm çatmır yaşamağa. Nəfəs almaq belə çətin gəlir mənə. Baş başayıq bugün. Sevgimin doğum günündə Bir mən bir də SəNsizlikSəbəbini bilirəm. Bilirəm amma yenədə bilməməzlikdən gəlirəm. Çox sıxır bugün məni hər şey. Düşüncələrim, fikirlərim, ürəyim. Bütün bu yaşadığım naməlumluq canımı acıdır! Bir sual verirəm özümə: Necə Olduda İtirdim SəNi? Səbəbini anlamıram. Düşünürəm… Düşünürəm… Axı SəNi unutmağa çalışırdım. Mən artıq SəNsiz qala bilirdim. Off yenə nə oldu axı mənə? Niyə yenidən hər şeyi xatırlayaraq özümədə, duyğularımada əzab verib incidirəm? Axı onlar artıq neçənci dəfədi incinib, qırılıblar. Niyə yenidən yaşadıram o hissləri onlara? Düşünürəm…Düşünürəm…Amma cavabı tapa bilmirəm. Həyatımın mənasıydın. Qəlbim tək SəNin sevginlə döyünürdü. Necə olduda itirdim SəNi? Eee bəsdi artıq!!! Bu cavabsız suallardan bezdim. GörəSəN yenidən həyatıma gəlSəN bunu nəyə borclu olardım? İçimdəki SəNsizliyə yoxsa Sonsuz sandığım, hələdə acı xatirələrlə qəlbimi qovurub kül edən Sevgimə??!! Düşünürəm…Düşünürəm… Amma cavabını tapa bilmirəm:((( Bütün bunları yaşadıqlarımı, düşündüklərimi hər şeyi bir səbəbə bağladım. Lakin bir SəNin yoxluğunu bağlaya bilmədim nəticəyə. Bəlkə də bunun üçün ağrıdır canım? Yaman sıxır incidir məni qəlbim?! Çox sevdim deyəmi itirdim SəNi? Yoxsa heç vaxt sevilmədiyim üçün itirdim SəNi? DeyəSəN cavabını tapdım. Həə SəNi Sevilmədiyim üçün itirdim. Sevilmədim amma ürəyimdə dərin sağalmaz bir yara açaraq çıxıb getdin. Ürəyim doludu amma yazdıqca yazıram. Heç cür cümləmi sonlandıra bilmirəm.SəNli cümlələrim heç vaxt tükənmir ki :(((( Bugün sanki günəşimi, nurumu itirmişəm. Elə bil günəşini itirmiş son bənövşə kimiyəm. SəNin istiliyinə və işığna ehtiyac duyan bir bənövşə. O zaman SəN ovuclarına günəşin istiliyini götür də gəl. Çünki soluram. Elə gəl ki: Ürəyimdəki sanki əsrlərcə qalan buzlar ərisin istiliyindən. Bugün budağı qırılmış ağacam kimiyəm. Bir yanı sınıq bir ağac. SəNin gəlişinə ehtiyacım var. Elə gəl ki : Budaqlarım həmişə SəNin gəlişinlə cücərsin. Bugün baharını itirmiş kövrək bir tumurcuq kimiyəm. SəNin təbəssümünə ehtiyacım var. SəN təbəssümünə baharını geyin də gəl. Elə gəl ki: Qışın çovğunundan çılpaqlaşmış üşüyən budaqlarım SəNin gətirdiyin xoşbəxtliklərə qərq olsun.
Artıq dözə bilmirəm. Bütün bunlar yaşananları bir anda silib atmaq asand deyil. Özümə bir cıxış yolu axtarıram bundan qurtulmaq üçün. Çünki Sevgilərim həmişə boğazıma düyünlənir. Haram olur mənə. Dağlar kimi möhkəm duyğularım məğlub olur yağış kimi incə, həssas yağan göz yaşlarıma. Bəzən ağlamaq bəzən də gülmək. Hər ikisini yaşayıram amma qərar verə bilmirəm gülsəmdə ağlayıram. Kaş ki bitsə artıq qaralan zülmət gecələrim. Artıq şəfəq üfüqini saçsa zülmət gecələrimə. Kimsəyə yalan danışmasam kaş. Çünki hər dəfəsnində yalandan yaxşıyam deməkdən bezdim. Kimsənin qəlbini incitmədən anlada bilsəm sıxıntımı. Amma ortada bir həqiqət var oda artıq öyrəşirəm SəNsizliyimə. Yavaş-yavaş öyrəşirəm SəNsizliyin soyuq toxunuşuna. Üşüyür qəlbim… Amma isidir qəlbimi şirin xatirələrin. Kaş ki yox olsa bütün kədərlərim, hüznlərim. Artıq xoşbəxtlik gəlsə. Bir anda peyda olsa həyatımda. Sadəcə arzulayarıam. Nə şəfəq öz nurunu səpir həyatıma nədə zülmət gecələrimə günəş doğulur.Gəl artıq… Nə olar gəl. Bax məhv olur bir can, bir həyat. Artıq bir-iki nəfəs qaldı tükənirəm. Tükənmək üzrədi həyatım. Bitir artıq hərşey. Yolun sonundayam. Mən tükənmədən yetişdir özünü mənə. Gəl son dəfə baxım sevgi dolu gözlərinə. Gəl mən məhv olmadan. Əbədi yuxuya getmədən gəl. Çünki artıq mən nəfəs ala bilmirəm. Çünki taqətim qalmayıb. Çünki bir duyğunun əsiri olub ağılım.Yalnız dəlicəsinə yaşamaq istəyirəm SəNi SəNinlə. SəNsizliyin ağrı dolu zülmətində qıvrılarkən düşüncələrim, həmişə SəN varsan düşüncələrimdə. Gözlərimdəki xəyalımsan, baxışlarımdakı əsassızlığımsan. SəN gecəm və gündüzüm kimiSəN. Tənha bir yolun başındakı qərarsızlığımsan.Tapmaq istədiyim amma tapmaqdan bir o qədər qorxduğum bir yolsan. Baxıram artıq qələmimdəki mürəkkəbim tükənir. Amma mən nədənsə SəNlə bağlı yazılarımı sona çatdırmağı bacara bilmirəm. Nöqtə qoymağı bacara bilmirəm. Bunu bacara bilmədiyim üçündə, duyğularımın əsiri olduğum üçündə özüm özümü məhv edirəm. Yenədə axdı gözlərimdən yaşlar:((( Payız yarpaqları kimi solub tökülürəm. Bilmirəm…bilmirəmmm:(((( Ürəyim sıxılır… Nə əllərimə, nə zehnimə, nədə ürəyimə söz keçirdə bilmirəm. Artıq hər zaman ümidsizliyim məni izləyir. Ətrafımdakı insanlara ümid etmək, inanmaq istəyirəm heç nəyə baxmayaraq. Amma alınmııırrr:(((( Görürəm ki hər nə olursa olsun,və insanların nahaq olmağına belə baxmayaraq həyat davam edir. Çox şən şəkildə… Hamı unudub bütün sıxıntılarını həyatına davam edir. Mən niyə bunu edə bilmirəm?:(((( Həmişə narahatçılıqla yaşıyıram. Nəsə pis bir şeyin baş verəcəyindən qorxuram. Bəlkədə qorxduğum üçündə elə həmişə pis birşeylər baş verir?:(( Deyirəm bəlkə sadəcə düşüncələrdi? Amma heç cür ağlımdan çıxarda bilmirəm bu qorxunc fikirləri. Deyirəm Sevirəm SəNi. Artıq tamam fərqli fikirlə çox duyğuzuscasına və heç bir hiss olmadan bu sözləri deyirəm. Sevgili deyirəm. Amma bu hissdən də çox uzağam. O qədər içimdə əziyyət çəkirəm ki, axırda birdən-birə coşuram. “Niyyətsiz, duyğusuz deyirəm bəzən öz-özümə. Sonrada heç nə olmamış kimi bu sloqanla yaşamağa davam edirəm”“Bax elə əsl məqsədimdə bu!” deyirəm. İlk dəfədir ki, belə eqoistləşirəm. Bir MəN, birdə SəN deyirəm. Geridə qalanlar özləri öz çarələrinə baxsınlar deyirəm. Bəzən hər kəsin kefi yerində olanda əsəbləşib hamını acılıyıram. Bəzəndə hamı gülərkən mən donub qalıram və onları başa düşə bilmirəm. Çünki fikrim tamam başqa yerlərdə olur. Bu ən çox SəNdən ayrı olanda və SəNinlə mübahisəm düşəndə olur. Bir gün SəNi görməyəndə daha çox belə olur. SəN məni belə etdin. Sənn:(((( Duyğusuz bir insana çevrilmişəm. Soyuqqanlı biri olaraqda yaşamağa davam edirəm. Artıq əvvəlki insan Yox olub!!! Sanki heç vaxt var olmayıb. Çox vaxt mahnı dinləyəndə fikirə gedirəm. Hər şeydən, hər kəsdən uzağa gedirəm. SəNinlə olan anlarım bir-bir gözümün önünə gəlir. Hanı o gülər üz, parlayan gözlərim və nurlu üzüm? Artıq fərqinə varıram ki, SəN yanımda olmayanda tamam ayrı insan oluram. İstəyirəm vaxt geri dönsün və etdiyim səhvləri bir-bir düzəldim. Elə gözəl günlərimiz olub ki. Yadıma düşdükcə: ((((((((( Amma mənə ancaq göz yaşı ilə anmaq qalır o günləri. Yenədə damla-damla süzülrSəN hə?!:(( Soruşuram SəNdən ey göz yaşlarım. Kimə görə damla-damla axıb süzülürSəN yanaqlarımdan? Nəyə görə? SəNi sevməyən biri üçün?!! SəNə dəyər verməyən biri üçün?!! Elə süzülürSəN ki, heç məni incitmədən yanağımdan aşağı süzülərək dodaqlarıma doğru enirSəN. Kim üçün həə..?!! Nə üçün axdığını bilirSəNmi heç?!! SəNinləyəmm eşidirSəN məni?!! Cavab ver!!! “Xeyir” deyərək yenədə səssiz səmirsiz süzüldün…Çox əsəbləşdim bu cavabına görə SəNə!!! Amma daha sonra bir cavab da verdin mənə. “Ürəyin yanır, mən isə yanan atəşə su səpmək naminə süzülürəm. Yanan ürəyini sakitləşdirmək istəyiylə süzülürəm”
SəNin bu cavabına sadəcə susaraq səssiz-səssiz süzülməyini seyr etmək qalır:((( İçimdəki yanğınları heç kim bilə bilməz Nə çəkdiyimi heç kim anlaya bilməz. Anladıqlarını deyirlər amma bunu yaşamayan anlamaz. Siz hec bilirsiniz? Qadağan olunmuş xəyalların arxasınca getmək nə deməkdi? Yox bilə bilmərsiniz. Mən onu yaşayıram. Bunu edirəm. Amma içimdə də böyük və ürəkdən acılarıma qışqırmaq arzusu var: Hardasan məni mənliyimdən qoparan insan?!! Deyə qışqırmaq istəyirəm. Elə bil böyük bir dünya müharibəsinin içindəyəm .Ölmürəm amma hiss edirəm ki, sürünürəm İçimdə, ürəyimdə SəNi yaşadıram. Bəlkədə mən SəNin içində çoxdan solub məhv olmuşam. Amma SəN günü-gündən içimdə böyüyürSəN. Ayrılıq insanı elə bil uzun yuxudan oyadır elə deyilmi? Birdən-birə şoka düşür insan və çalışır ki özünə təsəlli versin ki, buda keçər, öyrəşəcəm, hərşey yaxşı olacaq. Amma sonra başa düşürSəNki bu elə bir yoldur ki uzanır-uzanır. Heç cür sonu görünmür. Və bununla ömrünü bir başa vurursan… Necə qəribə bir hissdir nə sözlə, nə hərəkətlə başa sala bilmirəm. İnsan sevdiyindən ayrılsa belə onu düşünür və heç cür unuda bilmir. DüşünürSəN ki kiminləsə doldura biləcəkSəN onun yerini. Amma əsl sevən üçün bu yer həmişə boş qalacaqdır. Bu yazdıqlarım ürəkdən gəlib Sevdiyim bil. Və sətir-sətir oxu bu yazını. Bəlkə nə vaxtsa bu yazını oxuyarsan. Bu hissləri başa sala bilmirəm heç kimə.Başa salsamda bir uşağın özündən uydurduğu nağıl kimi anlayacaq çox insan Çünki saf insan, əsl sevən insan yoxdur artıq.Bəlkədə var bəlkədə yox:(((Bəlkədə həqiqətən bu bir nağıldı? Amma yox!! Bu mənim dünyamdı. Mənim kiçik sevgi dolu dünyamdı. Nəisə artıq susuram! Hər acı çəkdiyimdə yalnız ALLAHA sığınıram. Hər an, hər yerdə, ürəyimdə “O”-du. Yoxsa SəNin yoxluğuna dözə bilməzdim bu qədər. Öldürərdim özümü. Hansı uçurum olur olsun özümü atardım o uçurumdan inan heç fərq etməzdi mənim üçün.Ürəyin səsi hər şeyi bilir…Sadəcə çarəsizlikdən susur!Ürəyimdə necə əzab çəkdiyimi bilmirSəN. Ya SəNsiz olan günlərə lənət etdim yada talehimə küsdüm. Ürəyimin qırılmağının səbəbini heç kimdə axtara bilmirəm. İçin-için ağlayıram.Mən heç vaxt tənhalığımı tək qoymadım! Ən çox ona acıqlansamda, amma əsl sevgilim tənhalığım oldu. Həmişə mənim yanımda o olub, o məni heç tək qoymadı…Yatağımın üszərinə tökdüyüm göz yaşlarımı yalnız SəNin yoxluğun sildi! Çünki başqası ola da bilməzdi. İçimdə, ürəyimdə o qədər arzularım var ki, hansından danışım bilmirəm.Ürəyimə bomba qoysalar belə və o orada partlasa heç bir şey hiss etmərəm. Çünki onsuzda ürəyim parçalanıb. GörəSəN bir tək mənim sevgim belədi?! Xəbərin varmı ki, SəNi necə sevirdim? (Bəlkədə hələ ilk günki kimi sevirəm?:() Mən ilk dəfə cənnəti SəNinlə qarşılaşdığım gün təsəvvür etdim. Xəyalımda sakitlik,rahatlıq və bütün gözəlliklər cənnət deməkmiş.Desəm ki ürəyim yanır inanarsan? Bədənim yaşamaq fəaliyyətini rədd edir desəm? Ürəyim SəNsizliyə biçarədi desəm? Bütün gecələri SəNi düşünərək və SəNin simanı arzulayaraq keçir desəm?SəNcə yalan söyləmiş olaram? SəN söylə sevgilim?! Mən cənnəti SəNdə gördüyüm üçün sevdim rahatlığı və bütün gözəllikləri. İnanki heç yorulmadım SəNi sevməkdən.Bunu bil sadəcə çox sevdim..Artıq varlığım belə əzab verir bədənimə. Ruhum sanki qısılıb qalıb qaranlıqlar içində bir zindanda hiss edir özünü bomboş içimdə. Sonu görünməyən bir boşluq var artıq bədənimdə.Ruhum dəli divanə kimi gəzişir orda qidanlanmağa nə gözəl bir söz tapa bilir, nə də ülvi bir duyğu. Artıq yalanlar, hüsranlar, kədərlər soyub bütün mənəviyyatımı. Çılpaqlaşıb qəlbim payızdakı bir ağacı xatırladır. Ziddiyyətlər içində can çəkişir ruhum SəNsizlikdən.Boğulur ürəyim hüzün dolu sularda. Qışqırıqları eşidilməz olur o nəhəng kədər dəryasında. Böyük bir boşluqdadır hərşeyim. Beynim, qəlbim, yaddaşım, xatiratım. Artıq nə ağlaya bilirəm nə də ürəkdən gülə bilirəm. Hiss etmək istəyirəm yenidən ama görürəmki ruhum artıq yorulub taqətdən düşüb. Bir matəm havası var içimdə.Sanki dəfnə gedir bütün duyğularım. Ruhumun dəfni imiş qəlbimin ən gözəl guşəsində. Artıq yaşamaq mənim üçün əzabdan başqa bir şey deyildir bunu anladım ruhumun baş daşını qucaqlayarkən. Ağlamaqda əvvəlki kimi əzab vermir artıq mənə məzarımı göz yaşımla sulayarkən.Həyatdan zövq ala bilmirəm. Sevinib gülə bilmirəm. Anladım qəlbimdə yas olarkən.Gözlərimdə mənalı baxmır artıq donub qalmış bəbəklərim zamanın bir kəsiyində.Hiss edə bilmirəm artiq istini, soyuğu. Soyuq insanlar dondurmuş vücudumu. İçimdəki yasa, vücudumdakı yaralara, varlığımdaki boşluğa həbs olmuş bədənim. Canli ölüdən başqa heç bir şey deyil artıq. Hər nəfəs alışım bu son olsun deyə içdən-içə ağlayaraq qışqırıram artiq.Əzabdır bədənimə bitsin artıq deyirəm.
Hər ürək döyüntüm taqətdən düşmüş, ölü ruhumun soyuğundan üşümüş, ürəyimdəki yaralarıma örpək kimi bürünmüş qəlbimə iztirabdır.Sonsuza qədər sussun artıq. Damarlarımda axan qan vücudumun dərdini, qəmini bütün varlığıma daşıyır. Yenə kədər suları ürəyimə axır. Bu qan damarlarımda ya üsyan etsin coşub çağlasın, ya da bir dəfəlik dayansın! Istəyirəm!!! Ya mən yox olum bu dünyadan parça-parça olub qarışım torpağa yox olub gedim, ya da bu insanların göz yaşlarından kədər dolduran, sərxoşluqdan dönən dünya dayansın! Mən artıq ümid deyilən nağıllara inanmıram Hələki yatmış insanlar aldanıb SəNin vədlərinə, xoş üzünə və sözlərinə.Amma mən artıq oyanmışam bu yuxudan. İnanan da deyiləm. Daha inadım inaddır. Dönən deyiləm bu yalan dünyaya.Dönən deyiləm artıq o günlərə. Söz vermişəm hər şeyi yandırıb kül edəcəm qəlbimdə. Bir daha bərpa etməmək şərti ilə. Amma SəNə son sözlərim var:SəN mənimçün kitab oldun-Mən SəNi sonunacan oxudum, SəNin qəhrəmanlarının həyatı ilə yaşadım, onların həqiqətlərini axtardım və onların arzusu ilə arzuladım.SəNin arzuların ilə.SəN mənimçün bir dünya oldun-Mən bu dünyanı öyrəndim, sevindim, heyrətləndim, hər dəqiqəsinə heyran oldum.SəNinlə keçən dəqiqələrə.SəN mənimçün bir mələk oldun-Mən SəNi hiss etdim, hər sözünə aşiq oldum, qayğına qaldım.Möcüzələrinlə qanadlandım.SəNin qanadlarınla.SəN mənimçün müəllim oldun-Mən SəNə qulaq asdım, suallar verdim, cavablar aldım, yeni suallar verdim. SəNin bütün sözlərin mənimçün həqiqət oldu və heç vaxt SəNin fikirlərinə şübhə ilə yanaşmadım.Zaman keçdikcə özüm də o cür düşünməyə başladım.SəNin kimi SəN mənimçün yuxuoldun-Mən SəNi hər gecə gözlədim.SəNi gündəliyimə yazdım, nağıllar quraşdırdım, yeni obrazlar fikirləşdim,şəklini ruhuma çəkdim və fikirləşdim ki SəNdən işıqlı, nurlu sima yoxdur..SəNin şəklini..SəNmənimçün nəfəs oldun-Hər nəfəs aldığım saniyəmdə, dəqiqəmdə o nəfəsdə SəN vardın. SəNinlə aldım Nəfəsi SəNinlədə SoN qoyuram Nəfəsimə Bilirəm ki, bu əzab dolu sevginin dərmanı yoxdur Yenə çarəsizcəsinə gün batanda ağlayacam, yenə SəNi düşünərək göz yaşlarımla anacam, yenə hər mahnıda SəNi xatırlayacam, yenə hər gecə yuxularımda SəNi axtaracam.Hələ bilmirəm başıma nələr gələcək və hələ bilmirəm ki, bu günahsız göz yaşlarım hansı səbəbdən və nə vaxta kimi yenə belə ağlıyacaq..Yenə süzüləcək yanaqlarımdan. Səssiz səmirsiz Artıq bu dəfə ürəyim bu dualarla döyünür:ALLAHIM bir tək “O” xoşbəxt olsun.Özdə hər kəsdən və hamıdan çox.Zaman keçər, hər şey unudular, bir örtüylə örtülər ağrılarda, acılarda, iztirablarda, kədərlər amma.Bəzilərimizin həyatında elə bir hadisə baş verə bilər ki və ya elə bir insan olar ki, yada ele bir TARİX olar ki onu unuda bilmirik Sadəcə unutduğumuzu sanırıq. hardasa qəlbimizin dərinliyində silinməz bir yerdə əbədi həkk olunar. Hər nə olursa fərq etməz…Mən isə bu TARİXİ unutmayacam!!!28.06.2009!!! Çünki hər il bu tarix təkrarlandıqca içimdə lap dərinlikdə qəlbimin ən soyuq və kimsəsiz bir küncündə acı dolu bir sızıntı olacaq.Yaramı qanatmağa çalışacaq amma Ailəm sevdiklərim, dostlarım yanımda olduğu üçün Gülümsəyərək ötüb keçəcəm!!!

Muellif : AnGeloCKa

Angelocka

Şərhlər:

  1. Angelocka dedi ki:

    P.S Sizden artiq derecede xahiw edirem..hec kim oxumayibsa boyuk hecimli yazimi twk ve ya cox sag ol yazmasin!!! Cunki bu xeber adi xeber deyil. Bu xeberin menim ucun cox boyuk bir vacibliyi var..Oz yazdigim yazilarin en wah eseridi deye bilerem…InwAllah oxuyarsiz qiymetlendirersiz..Ama kim oxumursa cani sag olsun..Kopy edib kompda saxlayib oxuyarsiz sonra reyinizi bildirersiniz..Indiden tewekkurler.

  2. Fidaska dedi ki:

    canim hamisini oxuya bilmesemde yarisini oxudum cox qeseng yazmisan ellerine salik ellerin derde gormesin .Cox xosuma geldi sagol

  3. Black_Boy dedi ki:

    Sitat: meymunka
    Bunu bilki biz oz evvelki Vakoshumuzu isteyirik.Deyib-gulen ,shen,sevincli Vahidemizi qaytarmaq vaxti mence catdi….

    He Nermiwkam baciwim menim mende seninle raziyam ki catdi amma ki ……
    Amma ki Vakow evvelki wirin deyib gulen her soze bir soz deyen ve haminin qelbinde oz wen duzlu mezeli zarafatlarini yeniden gostermey isteceymi ? Bax esl sual burasidir Bacican . Sen de bilirsen Vakowda bilir ki onu burada olan insanlar ister pis ister yaxshi ister duwmen ister dost hami Vakowu nece isteyir. Mende Vakowu cox isteyirem . Bilmirem niye amma ki isteyirem . Belke Vakow bawqalarindan secilir belke de amma ki bilmirem . Her halda Mende Senle raziyam ki Vaxtdir artiq . Daha hemin o deyib gulen wirin Vakow qayitmalidir . Vakowum senden bunu gozdeyirik canim .

  4. aznetin_gozeli dedi ki:

    Səssiz səmirsiz Artıq bu dəfə ьrəyim bu dualarla dцyьnьr:ALLAHIM bir tək \"O\" xoşbəxt olsun.Цzdə hər kəsdən və hamıdan зox



    canim menim….wah esrin adlandirdigin bu yazini sonacan oxudum ve Nermiwle razilasiram ki, senin sevgin heqiqetdir , basqalarini inandirmaq ucun.amma mence buna o qeder de ehtiyac qalmir, senin ki ,sevdiyin birisine dunyanin herkesden ve herweyden xosbext olmagini arzulayan ureyin var, gerisi herwey ureyi9nce olacaq.Allah o icinde dasidigin balaca amma dunyani ozunde dasiya bilecek ve bele saf hissleri ozune sigdira bilecek ureyine gore versin gerisinde insaallah, verecek de , men buna eminem!
    seni cox cox cox cox lappp cox isteyirem, artiq nelerise tarixe yazmagin zamanidir, yeni heyata baslamagin zamani,amma icindeki bu gozel olanlari daim saxlayaraq, cunki bu cur seve bilmek Allahin hec de her kese vermediyi XOSBEXTLIKDIR!

  5. DaRk_AnGeL dedi ki:

    oyyy baciwkam yazini axira kimi oxudum ve cox uzuldum inan ki,xeberini oxuyanda aglmamaq isdedim heyatda bele gozel insana rast geldiyim ucun coooox xosbextem insan heyatda sevdikleri ile birge olanda her weyi qemi kederi unudur sen unutma ki,seni coooooooox isteyen dostlarin her zaman senin yanindadilar ve seni seven insanlar hemiwe sene dayaq olurlar heart heart heart

  6. Cristi dedi ki:

    Heyatim oxuyana qeder daaaaaaaaaaa oldum. Cox gozel xeberdi. Cox xowum geldi. Tesiredici sozleri coxdu.Seni coxxxxxxxxx istiyirem canim menimmmmmmmm opucuk

  7. Angelocka dedi ki:
    heart Black_Boy, heart
    Canimsannn cox sag ol islam sozlerien goree..Seni cox isteyirem opucukheart bakili balasi, heart
    Caaaan menim birdenemm..Kovrelmeee..seni cox isteyiremm deliwka opucuk heart meymunka, heart
    nermiwim canim omrummm heyatimm..inan senin yazdigin sozler qarwisinda cox acizemm inanilmaz derecede acizemm.Bil ki seni inanilmaz derecede cox sevirem.Canimsan menim.Hemiwe yanimda oldugun ucun cox sag ol omrummm..Birdenemsen seni cox sevirem coxheart aznetin_gozeli,heart
    Cooxx sag ol heyatimm.Gozel ve deyerli sozlerin ucun aciz qalmiwam sozler qarwisinda bilmirme ne deyimm cryheart DaRk_AnGeL, heart Cooxx sag ol bittowummmmm..Herweye goree seni coxx isteyiremheartCristi, heart
    Sende sagol bitanemm.mende snei cooox lap cox isteyiremm
  8. KIVANC dedi ki:

    SAG OL COX SUPERDİ UREYİM SUYULDU

  9. МиниК_Сердце dedi ki:

    inanmiram sevgiye.. menlik deyil

  10. Badi_Seba dedi ki:

    МиниК_Сердце,

    burda rey artirmaq namine rey yazmiriq ve ele reyler silinir…indi incime senin reyinn silinecek… ya_dobryi
  11. meymunka dedi ki:

    Vakosh lap evvelden axrinci kelmene qeder oxudumзdeyirsen eger birine anlatsan balaca bir korpenin uydurdugu bir nagila benzerзhec kim qelbinde cekdiyin acini bilmez!Yaza yaza sen qelbinde kiзbutun acini bu xeberde qoymusan.Menim ise senden isteyim bilirsen nedirзmen raziyam qelbinin derinliyinde her il cuzi shekilde sizlasin bu yara,amma shirin bir xatire olaraq sizlasin.Ureyinde ki agrinin,acinin boyukluyunun ferqine vardim.Ne sozler desem bele senin yazdigin sozler qarshsinda aciz oldugumu da bilirem.Amma,bunlarla beraber bildiyim dogrularimda var:bu dogrum ise senin guclu olmagindi,her kesden ve her sheyden.Icindeki hissden bele guclu olmagindi.Bilirsen her nagil bir qalibiyyet ile biter.Bu da senin nagilin ferli bir ugur , ferqli bir qelebe.Her kesden guclu oldugunu subut etdiyin an qelbinin gozelliyinide bize gosterdin.Hec kimin sahib ola bilmeyeceyi sevgiye sahib oldugunu gosterdin.Bilirsen bizler daim yanindayiq,senin bizim yanimizda oldugun kimi.Cunki,dogrumuzsan bizim.Eger biri ne vaxtsa yanimizda sevgi yoxdur deye dese,hemin insani susdurmaq ucun en boyuk dogrumuzsan!Bax ele bu gunden yeni bir kitabca ac,ve yazmaga bashla…Yeni heyata belece korpe kimi ilk qedemlerini qoy!Ve biz de bu qedemlerde,bu addimlarda sene komek edek,bir nov bir daha dostlugumuzu subut edek.Deyerlisen bizim ucun,hemde nece…Bunu bilki biz oz evvelki Vakoshumuzu isteyirik.Deyib-gulen ,shen,sevincli Vahidemizi qaytarmaq vaxti mence catdi….Seni cox isteyirem Vakoshum….Bunu tam semimi ve butun qelbimle deyirem….

  12. Badi_Seba dedi ki:
    cry cry cry
    oxumuwam amma ne deyim ne yazim bilmiremmm cry cry
    senin uzuntun menim uzuntundu..senin derdin menim derdimdi senin sevincin menim sevincimdi baciii.. biz her zaman bir aglayib bir gulduk …bir sevinib bir uzulduk…indi sen uzulursen bilirem senin qeder mende uzulurem baci… cry cry cry Amma yene deyirem ARTIQ HER WEYE SON QOYMAGIN vaxti catib…bunu tez bir zamanda senden gormek istiyirem…Yene deyirem sene her iwde bir xeyir var..xeyirlisi beledir baciii… cry cry cry
  13. Angelocka dedi ki:
    heart Badi_Seba, heart
    Sen menim canimin bir parcasisan..baci duz deyirsen.Biz her zaman bir aglayib bir gulduk..Derdimizi sevincimizi her zaman bolduk..Ve biz cox xowbext baciyiq ki bunu bacardiq..Indiye qeder cox hadiseler yawadiq..Ama bir yerdeyik..Allah seni mene cox gormesin bacii..Seni inanilmaz derecede seviremmm..Hedsiz derecede coxx..Canimsan menimmm canim canim canimmmmmmmmm..Heyatimsann…Yaxwiki varsan baciiiii..bax imzandaki soze… Mende Seni Seviyorummmm..Herweyden cokkkkkkkkk
    cry cry cry cry
  14. morgan dedi ki:

    canikom hami bilir ki men bele sherhlerin elyhineyem
    duzu uzundur oxumadim heqqi cox uzundur eeee

  15. Avtosh_227 dedi ki:
    cox sagol.cox uzun idid eye oxumadim axira qeder.eme eziyyetin ucun cox sagol.tewekkurler…
  16. BadBoy dedi ki:

    Cox sag Ol Vakow…

  17. Black_Boy dedi ki:

    Vakowcum Canim menim burada olan ilk dostlirmdan ve sirdawlarin biri hamisini birce birce oxudum . Inan ki ele oxudugum andan etibaren de cox uzuldum cry ve Senin yazdigin bu urey sozlerinden Senin o gozel qelbinde olan sevgiye sozun esl menasinda men heyranam . Cunki Sen cox gozel qelbe yazi terzine mailkSen canim menim . Senin o gozel qelbinde olan duygularin sevginin qarwisinda baw eyirem . Cunki cox sevgi hekayesi cox seven gormuwem amma ki Senin kimi sevgisine cavab almayan amma ki cavabsiz sevgilisini ozunden heyatindan hetda bele goz yawlarindan cox seven ikinci bir insan tanimiram Vakowcum . Inan ki artiq soz tapib Senin yazidigina cavab vere bilmirem . Cunki belke menimde demey istediyim sozleri Sen demisen menim yerime . Amma ki Canim Vakowcum Her zaman menim dediyim wuari yadindan cixartma . Sene men bir soz deyeceyem Vakowcum . Inwallah bu yaxinda sen istediyine sevdiyine qovuwasan . Sadece Sene bunu arzu edirem . Bilirem ki qovuwsan Senin xeyallarin Onun xeyallarina qariwib o Boz Qara xeyallarin rengareng olsunki Sen bu cekdiyin eziyyetin behresini gorub kecmiwi unudasan Vakowcum . Daha sozum qalmir yazmaqa cry

  18. bakili balasi dedi ki:

    canim Vakowum oxudum cox tesir eladi haqiqatan bilmirem ne yazim cox sagol xebere gore Allah ureyince versin ellerin var olsun cray

  19. New_Moon dedi ki:

    Səbəbini bilmirəm, Amma…
    Bu gьn həmişəkindən daha зox ehtiyacım var SəNə…
    EVVEL WIRIN BIR ZARAFAT IDI SONRA ACI HEQIQETE CEVRILDI >SEVGI< cry

  20. merry-girl dedi ki:

    SAG OL COX SUPERDİ UREYİM SUYULDU