Beləmi sevərlər Azərbaycanı?!

Beləmi sevərlər Azərbaycanı?!


XX əsrin sonunda Dağlıq Qarabağda etnik münaqişənin kəskinləşməsi Azərbaycan ədə biyyatında öz əksini tapmaya bilməzdi. Belə ki, Qarabağ mövzusu müasir ədəbiyyatımızda öz əksini tapmış aktual mövzulardan birinə çevrilmişdir.
Qeyd olunmalıdır ki, Qarabağa dair ədəbi əsərlər müxtəlif janrlarda yaradılmışdır. Lakin lirik canrlar üstünlük tə şkil etmişdir. Lirika vasitə si ilə Dağlıq Qarabağ probleminin müxtə lif aspektlə rini qə lə mə almağa müvəffəq olunmuşdur. Ədiblərimiz esərlərində Dağlıq Qarabağ mövzusunun müxtəlif tərəflərinə toxunmuşlar.
İlk növbə də qeyd etmə k istə yə rdim ki, poetik üslubdan ictimaiyyə tin diqqə tini Qarabağ probleminə cəlb etmək məqsədilə geniş istifadə edilmişdir. Həmid Abbas «Beləmi sevərlə r Azərbaycanı? ! » şerində yazırdı:

Dolur bulud kimi, dolur Qarabağ,
Atəşlərə hədəf olur Qarabağ.
Dörd ildir saçını yolur Qarabağ,
Soruşur: dərdimin varmı dərmanı?
Beləmi sevərlər Azərbaycanı? !

Bununla yanaşı, hərbi döyüşlərin gedişatı vətənpərvəlik mövzusunda tərtib edilən lirik əsərlərin canr xüsusiyyətlərinə önəmli təsir göstərmişdir. Təsadüfi deyil ki, 90-cı illərin əvvəllərində çoxsaylı marşlar və qəhrəmanlığı mədh edən lirik əsə rlərin yaradılmasına üstünlük verilmişdir. XX əsrin əvvələrində milli ədəbiyyatımızda intensiv inkişaf dövrünü yaşamış marş 90-cı illərdə yenidən dirçə lmişdir. Azərbacyan əsgə ri Əhliyyə Süleymanovun «Əsgər marşı»nın sədaları altında düşmənlə vuruşmuş və həmin əsərdən ruhlanmışdır:

Yastığımız Vətəndaşı, yorğanımız qar olsun,
Biz bu yoldan dönə r olsaq, namus bizə ar olsun.
Nə gözəldir ölmə k bizə sevimli Vətən üçün,
Yanar ürək yurd eşqinə daima için-için.
Marş irəli! Marş irəli!
Azərbaycan əsgə ri!
Dönməz geri, dönməz geri!
Azərbaycan əsgə ri!

Fikrimizcə , Dağlıq Qarabağ münaqişəsinin təsiri altında yaradılmış hərbi marşların birlikdə tədqiq edilməsi zəruridir. Bu zərurilik həmin əsə rlerdə müşahidə edilən ideoloji potensialın genişliyi ilə əlaqəlidir.
Qarabağın zəbt olunması ədəbiyyatımızda qəmli notlarla seçilən lirik əsə rlərin yaradılmasına təkan vermişdir. Şairlərimiz lirika vasitəsi ilə azərbaycanlıların Qarabağ həsrətini ifadə etmişdilə r. Ayrılıq hissləri, he min doğma torpaqla mənəvi əlaqələr müxtəlif şairlər tərəfindən qələmə alınmışdır.

Qarabağda qalam var,
Talan düşən talan var!
Qarabağ bir anadı,
Bəs deməzmi balam var!

Ağa Laçınlının «Qarabağda qalam var» şerindən olan bu sətirlərdə şairin doğma torpaqlarına məhəbbət hissləri dolğunluqla ifadə edilmişdir. Şairlərimiz ermənilə in haqsız, qəddar və amansız cinayətlərini öz əsərlə rində qeyd etməyə bilməzdilər. «Vahid Ermənistan» ideyası altında vəhşiləşmiş millətin mənəvi durumu ədiblərimiz tərəfindən əsərlərində qeydə alınmışdır:

Kim deyir Azərbaycanda Kərbala mövcud deyil,
Yol boyu qız-gə linlər yoxsa ki, qol-bud deyil,
Qan içənlər, baş kəsənlər, bəs nədir Namrud deyil,
Göz çıxardıb, ev yıxanlar haqq bilir məsud deyil,
Məsud olmaz, inşallah, olsa sultan erməni!

Müzəffər Şükür Məchulun «Müsibətnamə »sində ki bu bəndlə ermənilə rin əsil sifəti yığcam və aydın əks etdirilmişdir.
Azərbaycan lirikası Qarabağ itkisi kimi millətimiz üçün əhəmiyyətli mövzusundan yan keçə bilməzdir. Bu səpkidə olan əsərlər əsasən Azərbaycan millətinə ünvanlanmış çağırış formasında tərtib edilmişdir. Belə ki, Əflatun Saraçlı «Ya Qarabağ, ya ölüm! » şerində qeyd etmişdir:

Bu millət qol qoymaz şərəfsiz sülhə ,
Bu gədər alçalmaz vetənim, elim;
Ya Allah, ayağa qalxsın qoy ölkə :
Ya doğma Qarabağ, ya da ki ölüm! …

HosT (aLLiAnCe)

Şərhlər:

  1. love_krasotka dedi ki:

    саул….

  2. polo dedi ki:

    dogurdanda yaxsi xeberdi aze

  3. Best my life dedi ki:

    Sitat: HosT (aLLiAnCe)
    AZERBAYCAM_YEK


    HEC OLMASA YAZANDA DUZ YAZ AZERBAYCAM YOX AZERBAYCAN ………VAXTIN OLANDADA SAAT 6DAN SONRA AQENTE GEL SEENE SOZUM VAR

  4. VeFaSiz_Giz dedi ki:

    HosT (aLLiAnCe),

    Xebere gore Cox sag ol

  5. Admin dedi ki:

    Super maraqli xeber idi

  6. meymunka dedi ki:

    ok dostik superrrrrrrrrr

  7. e_s_k_a dedi ki:

    HosT (aLLiAnCe),
    cаул

  8. HosT (aLLiAnCe) dedi ki:

    AZERBAYCAM_YEK

  9. HosT (aLLiAnCe) dedi ki:

    SENDE SAQ OL REYLERINIZI GOZDEYIREM