Bariwib bariwmamaga aid hekaye

Orta məktəbdə müəllim tələbələrinə təklif edir: “Bir həyat təcrübəsində iştirak etmək istəyirsiniz?”

Şagirdlər çox sevdikləri müəllimlərinin bu təklifini tərəddüdsüz qəbul
edərlər. “O zaman” deyir müəllim. “Bundan sonra nə desəm edəcəyinizə də
söz verin.” Şagirdlər bunu da edərlər. “İndi yarınkı tapşırığınıza
hazır olun. Sabah hamınız bir torba və beş kilo kartof gətirəcəksiniz!”

Şagirdlər, bu işdən heç bir şey başa düşmürlər. Amma, ertəsi gün
hamısının partasının üstündə kartoflar və torbalar hazırdır. Müəllim
diqqətlə ona baxan şagirdlərinə belə deyir:

“İndi, bu günə qədər bağışlamaq istəmədiyiniz hər adam üçün bir kartof
götürün, o adamın adını o kartofun üzərinə yazıb torbanın içinə qoyun.”

Bəzi şagirdlər torbalarına üç-beş dənə kartof qoysa da, bəzilərinin torbası ağızına qədər dolur.

Müəllim şagirdlərinə ikinci tapşırığını verir:

“Bir həftə boyunca hara getsəniz bu torbaları da yanınızda
aparacaqsınız. Yatdığınız yataqda, mindiyiniz avtobusda,
məktəbdəykən… Həmişə yanınızda olacaq”

Aradan bir həftə keçir. Müəllim sinifə girən kimi, tapşırığı yerinə yetirən şagirdlər şikayətə başlarlar:

– “Müəllimim, bu qədər ağır torbanı hər yerə daşımaq çok çətindir”

– “Müəllimim, kartoflar iy verməyə başladı. Vallah, insanlar qəribə gözlərlə baxırlar mənə artıq.”

– “Həm sıxıldıq, həm yorulduq…”

Müəllim gülümsəyərək şagirdlərinə bu dərsi verər:

“Görürsünüz ki, bağışlamayaraq əsl özümüzü cəzalandırırıq. Özümüzü
ruhumuzda ağır yüklər daşımağa məhkum edirik. Bağışlamağı qarşımızdakı
adama bir lütfkarlıq olaraq düşünürük, halbuki bağışlamaq əvvəla
özümüzə etdiyimiz bir yaxşılıqdır.!”

Ayselka

Şərhlər:

  1. love_krasotka dedi ki:

    саул

  2. MILAQROS dedi ki:

    butun muellimler bele olsaydi…halaldi o muellimeye

  3. meymunka dedi ki:

    super ya ya_za MILAQROS,

  4. Optimist... dedi ki:

    maraqli….