Ömrümüzü necə uzada bilərik?

alt

Genetik olaraq insan 120 il yaşamalı olsa da, ömrümüz əslində çox qısalır. Orta hesabla yaponlar 79 il, yunanlar 78 il, amerikanlar 76 il, türk xalqları 67 il, nigeriyalılar və somalililər isə 47 il yaşayırlar. Beynəlxalq həkim, psixoloq və dietoloq dəstələri birlikdə “10 tələb” işləyib hazırlayıb ki, buna əsasən biz ömrümüzü uzada bilərik.

1-ci tələb

Həddindən artıq yeməyin! Adət etdiyiniz 2500 kalori əvəzinə 1500-lə kifayətlənin. Bu yolla siz hüceyrələrinizin işini yüngülləşdirəcək və onların aktivliyini saxlamış olacaqsınız. Hüceyrələr tez-tez yenilənir və orqanizm xəstəliklərə qarşı dözümlü olur. Tarazlaşdırılmış şəkildə qidalanın: nə az, nə də çox yeyin.

2-ci tələb

Menü yaşınıza uyğun olmalıdır. 30 yaşlı xanımlar müntəzəm olaraq qaraciyər və qoz yesələr, qırışları gec əmələ gələr. 40 yaşından yuxarı olanlar üçün betakarotin məsləhətdir. 50 yaşından sonra isə sümükləri formada saxlamaq üçün kalsium, ürəyin işini normallaşdırmaq üçünsə maqnezium mütləqdir. Bu yaşda balıq yeməklə ürək və qan damarlarını qorumuş olacaqsınız.

3-cü tələb

Özünüzə uyğun olan iş tapmağa çalışın. Fransızlar iddia edirlər ki, iş insanın cavan qalmasına səbəb olur. İşləməyən adam yaşından 5 il yaşlı görünür. Sosioloqlara görə, bəzi peşələr cavanlığı qorumağa kömək edir. Belə peşələrə dirijorluq, rəssamlıq və filosofluğu misal çəkirlər.

4-cü tələb

Həyatda yarınızı tapın! Sevgi və nəzakət qocalığa qarşı əla vasitədir. Həftədə iki dəfə intim əlaqədə olmaqla insan yaşından 14 il cavan görünür. Cinsi əlaqə zamanı orqanizmdə endorfin hormonu yaranır ki, bunu başqa sözlə xoşbəxtlik hormonu adlandırırlar. O, immun sisteminin möhkəmlənməsinə səbəb olur.

5-ci tələb

Hər bir şeyə şəxsi fikriniz olmalıdır. Həyatı dərk edərək yaşayan adam az hallarda depressiyaya düşür.

6-cı tələb

Hərəkət edin! Hətta gün ərzində 8 dəqiqə idmanla məşğul olmaq ömrü uzadır. Hərəkət prosesində böyümə hormonları çıxır. İnsan hərəkətsiz olanda 30 yaşından sonra bu hormonların inkişafı dayanır.

7-ci tələb

Sərin otaqda yatın! Sübut olunub ki, 17-18 dərəcə temperatur olan otaqda yatanlar daha çox cavan qalırlar. Bunun səbəbi ondadır ki, orqanizmdə maddələr mübadiləsi və yaş xüsusiyyətlərinin yaranması həm də ətraf mühitin temperaturundan asılıdır.

8-ci tələb

Arabir özünüzü ərköyünləşdirin! Bəzən sağlam həyat tərzinin əksinə gedərək istədiyiniz şirniyyatı yeyin. Əgər hansısa paltar və ya çanta çox xoşunuza gəlibsə, qənaət haqqında düşünməyin.

9-cu tələb

Həmişə qəzəbi özünüzdə boğmayın! Kimisi onu incidən şey haqqında danışmaqdansa, mübahisə etməkdənsə, həmişə özünü günahlandırır. Bu da müxtəlif xəstəliklərə, xüsusilə bədxassəli şişlərə səbəb olur. Beynəlxalq araşdırmanın nəticəsinə görə, 64% xərçəng xəstələri qəzəbi həmişə daxillərində saxlayıblar.

10-cu tələb

Beyninizi məşq etdirin! Arabir krossvord həll edin, kollektiv oyunlar oynayın, xarici dil öyrənin. Təkcə kalkulyatorla deyil, beyninizdə hesab aparın. Beynimizi işə salmaqla zehni imkanlarımızın deqradasiya prosesini zəiflədirik, eyni zamanda ürəyin, qan dövranı və maddələr mübadiləsinin işini aktivləşdiririk.

Leonel-207

Şərhlər:

  1. Angelocka dedi ki:
    heart Leonel_207 heart
    Derd cekme,qem cekme, hec neyi ureyine yaxin buraxma, dunya 5 gunlukdu taktikasi ile yawa alti-bazarida herden duwunerek istirahete get happy Sonra siqaret cekme,spirtli ickiler icme..Yaxwi ye ic..Ama qederinde tebii ki..Cix dag bawina duw awagii..Yenede cix duw.. laugh1 Get qubaya ismayilliya wamaxiya lenkerana oralarin havasin cek ciyerine..Yumurta ic ciy ciy. bad xaxa .Ineyin teze ciy sudunu ic. bad taunt .Her seherde bir qawiq xalis bal ye..Buda uzun ve gozel yawamin sirri..Vakowun Kitabindandi haa ele bele yerden deyill..Bu mexfi melumatlari mehz ozum kewf etmiwem..Rusim cox sag ol xebere gore:))
  2. Leonel-207 dedi ki:
    rey yazan elleriniz var olsun!!!
  3. morgan dedi ki:
    bunlarin hec biri omru uzada bilmez sadece cavan saxlaya biler
    deyerli melumatlardir
  4. gulshan dedi ki:

    cox saq ol maraqli melumat ucun

  5. aznetin_gozeli dedi ki:

    maraqli idi copy edib saxladim lazim olar, deyerli meslehetler idi heqiqeten de,thanks

  6. IzYuMinKa dedi ki:

    Angelocka,
    Awkitommmm hamsi nezerimdediiiiii kitabcama qeyd etdimmm….. deyerlei melumatlar ancaq ve ancaq sendedi))))))) opucuk opucuk opucuk

    Leonel-207,
    Senede tewekur maraqli melumatlara gore!!!!

  7. New_Moon dedi ki:

    Yawamax Ucun Tekce Sevgi Bes Edir Ondan Sonra Herwey Yolunda Gedir Sagolun Xebere Gore

  8. Angelocka dedi ki:

    Sitat: IzYuMinKa
    Angelocka,
    Awkitommmm hamsi nezerimdediiiiii kitabcama qeyd etdimmm….. deyerlei melumatlar ancaq ve ancaq sendedi)))))))

    Caaaaaann awkitosunun biricik awkitosuu:)) Bunlari qeyd et duz edirsen gelecekde lazim olacaq:)) opucuk
  9. Leonel-207 dedi ki:
    rey yazan her kese thanks..elleriniz var olsun…beyendiyinize sevindim))
  10. girl_from baki dedi ki:

    cox sag ol,melumatim var

  11. QEMLI_GECE dedi ki:

    maraqli melumata gore cox sagol

  12. pink_panther dedi ki:

    ehh hele qocalmaga varee neyse cox sagol

  13. JESSICA dedi ki:

    Maraqli melumatlara gore cox sag ol qaqulik

  14. MaLenKaya BuSinka dedi ki:

    tewekkurler xebere gore leonelcik maraqli xeberdi

  15. DaRk_AnGeL dedi ki:

    hele cavanam qocalanda belke bu meslehete ehtiyacim oldu tewekkurler Rusi xebere gore happy

  16. bakili balasi dedi ki:

    DaRk_AnGeL,
    tam raziyam cox sagol xebere gore ellerin var olsun

  17. Pozitivka dedi ki:

    maraqlidir pasib

  18. Fidaska dedi ki:

    yaxsi melumatlardi tsk

  19. МиниК_Сердце dedi ki:

    MARAGLIDIR TWK

  20. RED DEVIL dedi ki:

    COX SAGOL,MARAQLIYDI

  21. Cristi dedi ki:

    Maraqli xeber idi cox sagol qaqaw!!!! girl_ang