Mirt sms

 

Əvvəla
salam, ey mənim Marakana stadionu kimi möhtəşəm və əzəmətli sevgilim!
Sən hələ də inanmırsan ki, mən səni Fuad Musayev AFFA-nı sevdiyi qədər
sevirəm. Məni bu yoldan nə aldığım zədələr, nə də qırmızı vərəqələr
çəkindirə bilməz. FİFA-nın qərarlarına and olsun ki, sən mənim olanadək
hücumda olacaq və heç zaman offsayda düşməyəcəyəm. Unutma ki, bizim
sevgimiz Beckhamın Viktoriyaya olan sevgisi qədər məşhur olacaq və mən
sənə ürəyimdə Pelenin vurduğu qollar qədər yer ayıracağam.Düzdür hərdən
bu sevgidə Tərlan Əhmədov kimi avtoqollar vurmuşam, bəzən vurduğum
toplar qapı tirindən qayıtsa da, qətiyyən ruhdan düşməyərək hücumlarımı
davam etdirmişəm. Amma hərdən sənin mənim əsəblərimlə Amerikansayağı
futbol oynamağın da arzuolunan deyil. Mənə münasibətində Azərbaycan
futboluna edilməsi zərur olan dəyişikliklər etməni arzulayıram. Əminəm
ki, bu gündən möhkəm əsasları qoyulacaq sevgimiz Braziliya futbolu kimi
davamlı, Alman futbolu kimi dəqiq və səlis, Türkiyə futbolu kimi
coşqulu və ən əsası Azərbaycan futbolu kimi sürprizlərlə dolu olacaq.

Ayselka

Şərhlər: