QURD UREKLI AZERILER!

QURD UREKLI AZERILER!

1. Qurd yeganə yırtıcı heyvandır ki, onu əhliləşdirmək mümkün deyil. Qədim Azərbaycan Türk el məsəlində deyilir: “QURDU NƏ QƏDƏR ƏHLİLƏŞDİRSƏN, GÖZÜ YENƏ MEŞƏYƏ BAXACAQ”.

2. İlk qeydimiz isə özü ilə aşağıdakı məntiqi nəticəni gətirir: QURD hər zaman azadlığa can atır, onu qəfəsdə əbədi saxlamaq, zəncirləmək mümkün deyil. Qurdun evi meşələr olduğu üçün o hər hansı bir imkan düşüncə qəfəsini dağıdıb özünü “ev”inə çatdıracaq. Çünki o özünü yalnız öz evində sərbəst, azad hiss edir.

3. QURDlar hər zaman sürü ilə ömür sürürlər. Ova gedərkən, balalarını yem və yeni yaşayış yerləri ilə təmin etmək istərkən, eyni zamanda, digər yırtıcılardan öz evini, balalarını qoruyarkən QURD heç zaman təkbaşına hərəkət etmir. Sürü onun üçün kollektiv özünümüdafiə xarakteri daşıyır. Qurd qurdluğu ilə dərk edir ki, tək əldən səs çıxmaz və yalnız öz növündən olanla birləşdikdə qurd özündən qat-qat güclü olan istənilən canlını məhv etmək iqtidarında olur. Hər hansı bir kütləvi kənar təsir olan zaman QURD ulamaqla öz növündən olanları birləşməyə səsləyir.

4. QURD təbiətdəki qeyri-kamil olan hər şeyə qarşı dözümsüzlüyü ilə seçilir. Xəstəlik mənbəyi olan hər bir şeyi dağıtmağa hazırdır. Məhz bu cəhətinə görə qurdlar “təbiətin ən sadiq övladı” adlanırlar. Hətta yeni doğulmuş balasının şikəst yaxud zəif olduğunu görüncə QURD onu parçalayıb digər balalarına yedirdir. Bu baxımdan Qurdlar ən sağlam canlılardan sayılırlar. Qoyun sürüsünə soxulan zaman Qurd ilk növbədə xəstə, zəif qoyunları “qaralayır”. Qurdların parçaladığı heyvanların əksəriyyəti üzərində aparılmış tədqiqatlar göstərib ki, onların təqribən 90%-i xəstə, şikəst, zəif yaxud cəmiyyətə yararlı olmayan canlılardır.

5. Qurdu heç nə ilə qorxutmaq mümkün deyil. Qurbanının üzərinə hücum edərkən QURD ilk növbədə onun gözlərinə baxmağa və beləliklə də qarşısındakının qorxub-qorxmadığını, həmçinin, ona qarşı düşmən mövqedə durub-durmadığını dəqiqləşdirir. Əgər onun qarşısındakı canlı (fərq etməz bu canlı heyvandır yoxsa insan) özünü itirərək qorxuya düçar olursa, demək, Qurd onu zərərsizləşdirəcək. Və həmçinin, əgər həmin canlı Qurddan qorxmursa və üstəlik də ona qarşı əks həmləyə hazırlaşırsa, bu da Qurdun gözündən yayınmır. Qurd beləsi ilə “kişi kimi” vuruşmağa hazırdır və bu döyüşdə güclü olan da qələbə çalacaq. Yeganə çıxış yolu qurddan qorxmadığını və eyni zamanda, ona qarşı həmlə etmək istəmədiyini göstərməkdir. Bu zaman həmin canlı Qurdun özünəməxsus ulartısını (Tanrıya müraciət) eşidəcək və Qurdun sakitcə çəkilib getməsinin şahidi olacaq. Hər halda, müşahidələr deyilənləri tam təsdiqləyir. Qədimdə Azərbaycan kişisi qeyri-adi qorxmazlıq, igidlik göstərib hamıdan seçilərkən ona belə deyərdilər: “Sən lap qurd ürəyi yeyibsən”.

QURD UREKLI AZERILER!

6. QURD ailəsinə, evinə sadiqdir. Balalarının, “xanım”ının yolunda canını qurban verməyə hazırdır. Dişisi ölən qurd ömrünün sonuna qədər başqa bir dişi ilə “evlənmir”. Bu cür yalnız həyat tərzi Qurdlara YALQUZAQ adının da verilməsinə səbəb olub. Bununla belə, qeyd etmək lazımdır ki, Yalquzaq adi qurddan daha təhlükəlidir, çünki qəzəbləndikdə həyatın və təbiətin qanunları onun vecinə olmur. Bədbin təəssürat oyadan bu tip Qurdlar canı qədər sevdiyi ailəsinin “dağılması”nı, övladlarının, dişisinin ölməsini gördükdə bəlkə də bundan sonra həyatda nə üçün yaşadığını anlamır və “sağlam düşüncə”yə münasibətdə laqeydləşir. Burdan da aydın olur ki, ailə QURD üçün uğrunda özünü fəda etməli olduğu bir obyektdir.

7. Qurdun azadlıq sevən canlı olduğunu onun daha bir xüsusiyyəti sübut edir: pəncəsi tələyə düşən QURD öz pəncəsini dişləri ilə didib-dağıdaraq özünü tələdən qurtarır.

8. Tanrıya sevgi qurdun qanındadır. Üzü hər zaman Tanrıya doğru olan QURD ağzını göyə tutub uladıqda belə gözlərini yumur, bir növ “daxilən saflaşır” və “Tanrıya məxsus olduğunu” göstərir. Qurd hər zaman yüksək zirvələri sevir, bəlkə də bu Tanrıya daha yaxın olmaq istəyindən irəli gəlir. Hər halda, hansısa bir təpənin üstündə qürurla dayanmış və göylərə baxan Qurd təsviri Türklərin əsas simvollarından biri hesab edilir.

QURD UREKLI AZERILER!

9. QURDlar kütləvi şəkildə ulayarkən heç bir canlı onlara yaxın düşə bilməz. Bu, onları ?Tanrıya ibadətdən ayırmaq? deməkdir və onlar bununla heç vaxt razılaşmırlar.

10. QURD ən çox qarışıq “nigah”dan dünyaya gələn canlılara nifrət edir. Qan təmizliyi Qurd üçün ən vacib amillərdən biridir və qurd bu baxımdan hibrid canlıları, ələlxüsus da qatırı, çaqqalı, kaftarı bir növ “təbiətin səhvi” sayır.

11. Dişisini başqa bir erkək heyvanla görən QURD öz dişisini parça-parça edir, digər erkək canlıya isə çəkilib getməyə imkan verir. Həmin erkək canlı qurdun gözünün düşmənidirsə, deməli, o da Qurdun qəzəbindən qurtula bilməyəcək.

QURD UREKLI AZERILER!

12. Yaşadığı əraziyə, ailəsinə, öz növündən olan digər qurda təcavüz edilərkən qəzəbli Qurdun qarşısını heç bir canlı ala bilmir, hətta Aslan belə qisas hissi ilə hərəkət edən Qurddan çəkinərək qaçır.

13. Sürü ilə ovdan dönərkən, düşmən saydıqları canlıların üzərinə gedərkən və s. sürüdən geri qalan Qurdu “dəstə rəhbəri” parçalayır ki, rəqibin “əsirinə çevrilməsin”.

aznetin_gozeli

Şərhlər:

  1. BLACK STAR dedi ki:

    coxxx saol xanim…maraqlidu…….

  2. Camka dedi ki:

    cccccccooooooooox maraqlidir,oxudum ve beyendim!

  3. gulshan dedi ki:

    ellerine saqliqi can cox saq ol opucuk

  4. Fidaska dedi ki:

    canik cox sagol

  5. NeSKa dedi ki:

    Təşəkkьlər Allah razı olsun зox sağol

  6. Pestimist... dedi ki:

    azerbaycan turkiye

  7. _Aynur_ dedi ki:

    Cox sag ol xebere gore

  8. Badi_Seba dedi ki:

    Xeyiwim cox maraqli xebere gore tewekkurler Allah savabina yazsin heart

  9. Ayselka dedi ki:
    ona gore deyillere quzunu qurda tapwirma cox sagol
  10. qeribelik dedi ki:

    sag ol bacısım.AZERBAYCAN QURD UREKLİ,AMMA DUSHMENİ QURD DUSHUNCELİDİR.

  11. New_Moon dedi ki:

    \"QURDU NƏ QƏDƏR ƏHLİLƏŞDİRSƏN, GЦZЬ YENƏ MEŞƏYƏ BAXACAQ\".
    Azerbaycanda Indi Qurd Urekli Insanlar Azalib Coxusu Tulku Urekli Olub
    Xebere Gore Sagolun

  12. Melekcik dedi ki:

    Azerbaycan nomre birdi qurd ureylidi,,cox sagol baciw xebere gore

  13. BEAUTIFUL_LIFE dedi ki:

    cox sagol maraqlidi

  14. aznetin_gozeli dedi ki:
    QURD -heyvanlar icerisinde yegane heyvandir ki, onun erkeyinde qisqancliq hissi var.yegane heyvandir ki, disisini basqa erkeye vermez amammbutun heyvanlarda ele de ferq yoxdur bildiyimiz kimi.belke de bundandsri turkler qurdu totem olaraq secibler.
  15. ...::EMERALD::... dedi ki:

    EZIYYETE GORE SAG OL

  16. ..::DoN_CoRLEoNE::.. dedi ki:

    Cox maraglidi Tewekkurler xebere gore

  17. DaRk_AnGeL dedi ki:

    maraqli xeber idi cooox saol canim

  18. Cristi dedi ki:

    Cox sagol baciw.maraqli xeber idi