Çayı çox qaynar içməyin, xərçəng xəstəliyinə tutulmayın…

Çayı çox isti içmənin yemək borusu xərçəngi riskini artırdığı bildirildi.

Qara çayın çox istehsal edildiyi və dünyadakı yemək borusu xərçənginin ən çox görüldüyü ölkələrdən İranda elm adamları, spirt və siqaretin az içilməsinə baxmayaraq yemək borusu xərçəngi hadisələrinin qadın və kişilərdə həddindən artıq olduğu Gülustan vilayətində bu xəstəliyə tutulan 300 adam ilə sağlam 571 adamın vərdişlərini müqayisə etdi.

Bu vilayətdə yaşayanların nizamlı olaraq gündə ortalama bir litrdən çox qara çay istehsal etdiyi, bu kəslərin yüzdə 39unun çayı 60 dərəcədən az, yüzdə 39unun 60-64 dərəcədə, yüzdə 22-inin 65 dərəcənin üzərində içdiyi görüldü.

Qara çayın çox istehsal edildiyi İranda edilən araşdırmaya görə, çox isti olaraq tərif edilən 65-69 dərəcədə çay içmənin yemək borusu xərçəngini iki qat, 70 və üzəri dərəcədə isə 8 qat artırdığı təyin olundu.

Tehran Universitetindən elm adamları, qaynar çayın bu təsirinin, epitelyumu (damarları və bəzi kiçik boşluqları örtən bədənin xarici və iç səthini örtən toxu təbəqəsi) kanserojen təsirlərə daha həssas hala gətirə biləcək, təkrarlanan yanmaqla açıqlana biləcəyini vurğuladı.

“British Medical Journal” jurnalında nümayiş olunan araşdırmanı şərh edən Avstraliyadakı Queensland İnstitutundan David Whiteman isə çaxnaşmaya qapılmağa və çay zövqündən imtina etməyə gərək olmadığını, çayı qoyduqdan sonra 5-10 dəqiqə gözlənilməsinin kafi olacağını ifadə etdi.

Dünyada hər il 500 mindən çox adam yemək borusu xərçəngi səbəbiylə həyatını itirir. Avropa və Şimal Amerikada xüsusilə tütün və spirt istifadəsi bu xərçəngi tetikləyir. Yemək borusu xərçənginə yaxalanan kişilərin sayı qadınlardan daha çox.

Best my life

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Ay Allah shok ya 4ay inogda kak nalila to vse uje 4aya netu sorry

  2. IzYuMinKa dedi ki:

    vefasiz_giz,

    kak mojna tak bistro qoryaciy cay vipit rot sqarit heat

    xebere gore thanksss

  3. VeFaSiz_Giz dedi ki:

    Sitat: IzYuMinKa
    vefasiz_giz,

    kak mojna tak bistro qoryaciy cay vipit rot sqarit

    nea ne gorit smile

  4. meymunka dedi ki:

    ya vopshe lyublyu toplinkiy cay ne sovsem qoryaciy ne sovsem xolodniy normalnim pyu! tongue