Zebra tortu

 

Bu
tortu İngilis dilində olan bloquma qoyanda heç ağlıma da gəlməzdi ki¸
bloquma çox sayda oxucu cəlb edəcək. O vaxtlar bloqumu ziyarət edən az
idi¸ cünki hələ iki həftə idi ki, açılmışdı. Zebra tortu sayəsində
oxucularımın sayı artmağa başladı.

Zebra tortunu ailəcə çox
sevirik. Hər dəfə bu tortu sobadan çıxardıb kəsdiyimdə, əvvəlcə ona bir
xeyli müddət valeh olmuş gözlərlə baxıram. Yox yox¸ məni valeh edən
tortun necə yaxşı bişməsi deyil¸ əsl zebranı xatırladan ağ-qara
zolaqların gözəlliyidir.

Bu zolaqları “yaratmaq” göründüyü qədər çətin deyil. Prosesi sizin üçün
daha da asanlaşdırmaq üçün tortun hazırlanmasını addımbaaddım çəkdiyim
şəkillərlə izah edəcəyəm. Tortunuzu “zebralaşdırmaq” istəyirsinizsə¸
buyurun, mənə qoşulun. Peşman olmazsınız:)

alt

alt

ZEBRA TORTU

Ərzaqlar

4 yumurta

1 stəkan (250 qram) şəkər tozu

1 stəkan (250 millilitr) süd

1 stəkan (250 millilitr) bitki yağı

2 stəkan (250 qram) un

1/3 çay qaşığı vanil tozu

1 çay qaşığı soda

2 xörək qaşığı tünd kakao tozu

alt

1. Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə rəngi açılana qədər
çalın. Süd və yağ əlavə edin və yaxsı qarışana qədər çalmağa davam edin.

2. Ayrı qabda unu¸ vanili və sodanı qaşıqla qarışdırın.

3. Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin və mikserlə
ərzaqlar yaxşı qarışanadək (təxmınən 10 saniyə müddətində) çalın. Əldə
etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Şəkildə
gördüyünüz kmi.


<!–
TBegin
–>

<!–
TEnd
–>

Alınan qarışığı iki eyni hissəyə bölün. Bir hissənin üzərinə kakao tozunu əlavə edib qaşıqla yaxşıca qarışdırın.

5. Sobanı 180˚C-dək qızdırın.

6. Diametri 23 santimetr olan yumru tort formasını azacıq yağlayın və
dibinə perqament kağızı sərin. Ağ qarışıqdan 3 xörək qaşığı götürün və
formanın ortasına tökun. Üzərinə (ortasına) 3 qaşıq kakaolu qarışıqdan
tökün. Şəkillərdə gördüyünüz kimi. Qarışıqlar qurtarana kimi eyni
şəkildə dəyanmadan davam edin. Qarışıqları yaymayın¸ formanı
tərpətməyin – xəmir öz-özünə yavaş-yavaş yayılacaq.
<!–
TBegin
–>

<!–
TEnd
–>

 

Tortu
sobada 40 dəqəqə müddətində bişirin. Sobanı ilk 20 dəqiqə ərzində heç
AÇMAYIN, yoxsa tort qalxmaz. Tortun hazır olub olmamasını yoxlamaq üçün
içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸
tortunuz hazırdır. Tortu formasından çıxardın və soyumağa qoyun.
İstəyən soyumuş tortun üzərinə şəkər nişastası səpə və yaxud da
shokoladlı qlazur yaya bilər.

 


<!–
TBegin
–>

Ayselka

Şərhlər:

  1. Best my life dedi ki:

    offfffffffffffffffff YEYEREM EEEEEEEEEEEEEEEE BUNU SISDIM COX SAGOL

  2. meymunka dedi ki:

    hm mende lap tortikdan istedim eeeee Ayselka recepte gore coooox sag ol

  3. МиниК_Сердце dedi ki:

    mmm nyam nyam

  4. fanya_ya dedi ki:

    Chox saq ol malumata gora

  5. cecil dedi ki:

    etrafli resepte gore tesekkur edin.