Şou-biznes məşhurları yayı harada keçirəcəklər?

alt

Xalq artisti Nazpəri Dostəliyeva bağ evində ailə üzvləri ilə birlikdə istirahət edir. Müğənni istirahət vaxtlarında yaxın aylarda işıq üzü görəcək albomunun hazırlıqları ilə də məşğuldur.

Xalq artisti Zülfiyyə Xanbabayeva uzun müddətdir ki, ailəsi ilə birlikdə bağ evində dincəlir. Müğənni yaxın günlərdə xarici ölkələrdən birində istirahəti planlaşdırır.

Müğənni Röya Ayxan rayonlarda verəcəyi üç aylıq konsert turnesi müddətində həyat yoldaşı və körpə oğlu ilə birlikdə həm dincələcək, həm də gərgin iş qrafikini davam etdirəcək.

Röya Ayxan ilə birlikdə rayonları gəzib konsert verməyə hazırlaşan müğənni Zamiq Hüseynov da yay istirahətini rayonlarda keçirməli olacaq.

Müğənni Elnarə yeni albomunun hazırlıqları içində olduğu üçün hələlik istirahətə vaxt tapa bilməyib. Müğənni gələn ay ailəsi ilə istirahət etmək arzusundadır.

Xalq artisti İlhamə Quliyeva yayı Zuğulbada sevimli bağında keçirir. Müğənni yaz aylarından yayı yaxşıca dincələcəyini, payız aylarında isə konsert verəcəyini açıqlamışdı. Quliyeva konsert öncəsi yaxşıca dincəlmək əzmindədir.

Müğənni Lalə Məmmədova nın bu yay üçün xüsusi planı yoxdur. Müğənni bildirib ki, hər hansı bir işi görəndə əvvəldən düşünmür: “Vaxt nəyi göstərəcək, o vaxt biləcəm. Hələlik işlərmilə məşğulam”.

Xalq artisti Aygün Kazımova da yayı dincəlmək fikrində deyil, müğənni albom hazırlıqları ilə məşğuldur. Sənətçinin yay aylarını studiyalarda keçirdiyi deyilir.

Əməkdar artist Səməd Səmədov özü və prodüseri Rövşənin ailəsi ilə birlikdə Azərbaycanın səfalı guşələrində istirahət edəcək: “Bu yay Rövşən bizi ailəmizlə birlikdə öz rayonlarına aparacaq. Sonra da bir-bir səfalı rayonlarımızı gəzəcəyik”.

Müğənni Əli Mirəliyev də yayı öz ailəsi ilə birlikdə bağda keçirəcək.

Gənc sənətçi Kərim də toy qabağı istirahət etmək arzusunda deyil. Müğənni yəqin ki, evləndikdən sonra həyat yoldaşı ilə birlikdə istirahət edəcək.

Ailəcanlı Nadir Qafarzadə kasıb günlərinin acısını bu il də çıxaracaq. Müğənni ailəsi ilə birlikdə Qara dənizin sahillərində istirahət edəcək.

Müğənni Ayan ənənəsinə sadiq qalaraq xarici ölkələrdə istirahət edəcək.

Şou-biznesin “təhna qızı” işi ilə bağlı bu yay dincələ bilməyəcək, lakin gələn ay İsraildə 10-15 gün istirahət etmək fürsətini əldən verməyəcək.

Model və aparıcı Tunay bu yayın məşğul xanımlarındandır. Müğənni çəkilişlərdən və şəxsi işlərindən vaxt tapa bilsə, bir müddət Türkiyədə dincələcək.

“Çal-çağır”ın məşhur aparıcısı Dilarə Əliyeva avqust ayında ailəsi ilə birlikdə Azərbaycandan uzaqlaşacaq. Aktrisa həyat yoldaşı və övladları ilə birlikdə xarici ölkələrdən birində istirahət edəcək.


 

Leonel-207

Şərhlər:

  1. Ayselka dedi ki:
    pul olan yerede niye dincelmiyesen o gunler olsun xeber qoyasizki neheyet ayselkada oz isdeyine catdi oda antalyada sonrada bodrumda istirahet edecek bu yayi
  2. Fidaska dedi ki:

    mene onlar maraqli deyil ama yenede xebere gore thanks

  3. New_Moon dedi ki:

    Xebere Gore Sagolun

  4. МиниК_Сердце dedi ki:

    bizim mugenniler ozlerini ele aparirlar ki guya onlardan yoxdur. zehlem gedir… xebere gore twk..

  5. Dj_Robot dedi ki:

    Sitat: workaholic
    duzu meni hec maraqlandirmir olar harda dincelecek….

  6. workaholic dedi ki:
    duzu meni hec maraqlandirmir olar harda dincelecek….
  7. Bahadur_z.x dedi ki:

    Xalq artisti Zьlfiyyə Xanbabayeva uzun mьddətdir ki, ailəsi ilə birlikdə bağ evində dincəlir. Mьğənni yaxın gьnlərdə xarici цlkələrdən birində istirahəti planlaşdırır.

    Beli Artiq 3cu aydir ki, Zulya Zaqulbada istirahetdedir

  8. Leonel-207 dedi ki:
    rey yazan her kese tewekkurler…
  9. BEAUTIFUL_LIFE dedi ki:

    hmm twk xebere gore

  10. pink_panther dedi ki:

    hamisi cehenneme kii pull olan yerde niye de yoxx ??

  11. Cristi dedi ki:

    Cox sagol qaqaw

  12. Melekcik dedi ki:

    he lap yaxwi imtahani verim gedecem mende istirahete)))tewekkurler

  13. DaRk_AnGeL dedi ki:

    oyyyyyyyyyyy orda istirahet etmek var eeeeeeee inwallah gorekde belke bizde bir yere getdik girl_ang

  14. MMO dedi ki:

    Goresen Niyameddin Musayev harda olacaq)))))))))))

  15. _Aynur_ dedi ki:

    Cox sag ol xebere gore Rusi…..Mende istiraheti oz vetenimde kecirecem..Inwallah…

  16. gulshan dedi ki:

    varliqa ne darliq smile cox saq ol xebere gore

  17. ScReaM_eMo dedi ki:

    Ayselka,
    AYSELKA? BODRUMA GIDECEN? hande yenerin bodrum mahnisina qulaq as hersey duzelicey

  18. RED DEVIL dedi ki:

    MENE MARAQLI DEYIL KIM NECE KECIRECEY TETILI,YENEDE COX SAGOL