Vagzali

Vagzali

Vağzalı

Bütün sevgilərin axırı həm faciə, həm ayrılıq,
həm də iki sevənin bir-birinə qovuşması olur… allah bütün sevənləri
bir birinə qovuşdursun!!!

Azərlə Günel bir-birini dəlicəsinə sevirdilər. Hər günlərin i bir birilərinin ürəyində keçirirdilər.

Ancaq elə bir gün gəlir çatır ki, oğlana həkim deyir ki, sən xərçəng
xəstəliyinə tutulmusan. O, əvvəlcə inanmır, ama sora bunun doğru
olduğunu bilir. Bir müddət bunu qızdan gizlədir. Bilirki Günel bunu
bilsə özünə qəsd edəcək və onun qəlbini sındırmaq istəmir. Fikirləşir
ki, ondan ayrılsa yaxşı olar… və elə bir gün gəlir ki, o qıza onu
sevmədiyini və başqasını sevdiyini deyir. Qız bu xəbərə dözmür qərara
gəlir ki, özünə qəsd etsin. Fikirləşir ki, mən yanılmışamsa, əgər o,
məni sevmirsə, mən niyə yaşayıram…

Günel axşam özünə qəsd etmək istəyir və ölməkdən əvvəl vəsiyyət yazır… bu vəsiyyət onun valideynlərinə ünvanlanmış olur.

Vəsiyyətdə: ”xahiş edirəm sizdən ki, mənim ölməyimin səbəbini öyrənməyə
çalışmayasınız və məni son mənzilə aparan zaman xahiş edirəm vağzalı
sədaları altında aparın…”.

Həmin gün də Azər həkimdən onda xərçəng xəstəliyinin olmadığını, o
xəstəliyə çox oxşadığını, müalicəsinin mövcudluğunu öyrənir.
Sevindiyindən ayagı yerə göyə sığmırdı.

Bu xəbəri qıza çatdırmağa tələsir və üzünü düz qızın ünvanına tutur.
Qapılarına çatanda evdən fəryadlı ağlama səslərinin gəlməsini eşidir!
Çox qorxur, fikirləşir bəlkə də qızın qohumlarından kimsə rəhmətə
qovuşub. Ancaq yaxınlaşıb qızın öldüyünü öyrənəndə isə ALLAH deyir,
həmin an dünya gözündə qaralır. Həmin an vicdan əzabı çəkir. Onsuz bu
dünyada yaşamağın mənasını görmür. O, bu dünyada nazlı çiçəyinə görə
yaşayırdı. Çiçəyi həyatdan solandan sonra nə edə bilərdi ki? Oğlan
yerindəcə özünə qəsd etdi.

Qızın ölməmişdən əvvəl yazdığı vəsiyyəti valideynləri oxuyur. Ancaq
qızının bu vəsiyyətini heç də yerinə yetirmək istəmirlər. Qızın cansız
cəsədini son dəfə evdən qaldırıb SON MƏNZİLƏ apararkən vağzalı sədaları
altında getmirlər. Qızı qabaqda oğlanı isə arxada aparırlar. Bilinməyən
səbəbdən qızın cansız cəsədini aparan maşın anidən xarab olur və
dayanır. Nə qədər edirlərsə, maşın yerindən tərpənmir. Bu zaman arxadan
gələn – oğlanın cansız cəsədini gətirən maşın digərinə yaxınlaşır.
Nəhayət maşına çatan zaman maşın işə düşür. Qız və oğlanı son mənzilə
qoşa yola salırlar. Valideynlər hər şeyi başa düşür və qızın onlardan
etdiyi son vəsiyyətini yerinə yetirirlər! Qız ilə oğlanı son mənzilə
Vağzalı sədaları altında yola salırlar.

Ruhları şad olsun…

Allah heç kəsi belə sınamasın.

Ayselka

Şərhlər:

  1. meymunka dedi ki:

    Bьtьn sevgilərin axırı həm faciə, həm ayrılıq, həm də iki sevənin bir-birinə qovuşması olur… allah bьtьn sevənləri bir birinə qovuşdursun!!! meni bunu oxumushdum amma yenada coxxx sag ol cox tesirlendirici hekayedir! cray