Siqaretə rekord təzminat qərarı

Amerikan siqaret istehsalçısı Philip Morris şirkətinin,

ağciyər xərçəngindən ölən bir adamın yoldaşına 145 milyon dollar təzminat ödəməsinə qərar verildi.

ABŞda görülən bir iddiada, Amerikan siqaret istehsalçısı Philip Morris şirkətinin, ağciyər xərçəngindən ölən bir adamın yoldaşına 145 milyon dollar təzminat ödəməsinə qərar verildi.

Oregon Əyalət Yüksək Məhkəməsi, şirkətin etirazının rədd edilməsinə qərar verərək, 10 ildir sürən iddianı qərara bağlamış oldu.

Məhkəmə, 2007də Philip Morrisin 79.5 milyon dollar təzminat ödəməsi yönündəki qərarı təsdiqləmişdi. Siqaret şirkətinin etirazının rədd edilməsiylə, bu qərarın dəqiqləşməsinin ardından ödənəcək təzminatın faiziylə birlikdə 145 milyon dolları keçdiyi ifadə olunur.

Jesse Williams adlı siqaret narkomanı, 1997-ci ildə 67 yaşında ağciyər xərçəngindən ölmüşdü. 42 il boyunca Marlboro siqareti içən Williamsın ailəsi, 1999da məhkəməyə müraciət edərək təzminat istəmişdi.

Məhkəmə, Philip Morrisi günahkar taparaq təzminat ödəməyə məhkum etmiş, əvvəl şirkətin şikayət müraciəti qəbul edilmiş, ancaq 2006-cı ildə Oregon Yüksək Məhkəməsi, təzminat qərarını təsdiqləmişdi. Şirkətin qərara yenidən etiraz etməsini qiymətləndirən məhkəmə, 2007də qərarı təsdiqləmişdi.

Best my life

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    mas spasibo ))

  2. meymunka dedi ki:

    thankssssss no ya ne kuryu xaxa ya bi ne dala mojet bit ne kto je ne koqo ne zastavlyayet kurit!!!