Mimoza salati

Mimoza salati

Ərzaqlar

450 qram dərisiz və sümüksüz toyuğun döş əti

1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)

1/2 stəkan xırda doğranmış qoz ləpəsi

3 ədəd orta boy kartof

2 ədəd yumurta

3 ədəd orta boy yerkökü

zövqə görə duz

6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)

rəndələnmiş Holland pendiri


<!–
TBegin
–>

<!–
TEnd
–>

 

Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.

Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin
əvəzinə, duzlu siyənək balığından (rusca: selyodka) istifadə edin.

1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara
qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.

2. Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.

  
Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.


toyuq ətinin yarısı

xama-mayonez qarışığı

qozun yarısı

kartofun yarısı

duz

xama-mayonez qarışığı

yumurtaların yarısı

duz

yerkökünün yarısı

xama-mayonez qarışığı

Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.

4. Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı
sürtüb, üstünə Holland pendiri sərpişdirin (bəzən mən pendirin yerinə
nar dənələri qoyuram).

Nuş Olsun!

Ayselka

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Recepte gore Cox sag ol smile

  2. meymunka dedi ki:

    vefasiz_giz,
    Recepte gore Cox sag ol smile ya_za heqiqetende cooooooox sag ol

  3. Optimist... dedi ki:

    en sevdiyim salatdi…