Hezreti Eli subh namazina gederken

 

Bir
gün sübh namazı vaxtı Həzrət Əli məscidə gedərkən yolda bir ahıl kişiyə
rast gəlir. Onun ağsaqqallığına hörmət edib, qarşısına keçmir və
yavaş-yavaş ardınca gedir. Məscid qapısına çatanda yaşlı kişi məscidə
girməyib, yoluna davam edir. Sonradan Həzrəti Əli onun xristian
olduğunu başa düşür. Məscidə girəndə Peyğəmbər Həzrətlərini rukuda
görür. Günəşin çıxma vaxtı yaxınlaşmışdı. Həzrəti Əli camaata qoşulub
namaz qılır.
Namazdan sonra səhabələr Peyğəmbərdən soruşurlar: “Ya
Peyğəmbər! Birinci rukuda adətinizdən daha çox qaldınız. O qədər
durdunuz ki, hətta günəşin doğmağına az qalmışdı. Lütf edib, səbəbini
deyə bilərsinizmi?”

Həzrəti Mühəmməd Peyğəmbərimiz “Hər zaman olduğu kimi Səmi’allahülimən
həmidəh deyib, rukudan qalxmaq istəyəndə, Cəbrayil Əleyhissəlam peyda
olub qanadı ilə kürəyimdən basıb, başı ilə başınmı tutub qalxmağıma
mane oldu. Bundan başqa hikmətinin nə olduğunu mən də bilmirəm” –
buyurdu.

O an Allah Təala Cəbrayıl Əleyhissəlama əmr edir ki, “Həbibimə yetiş, səbəbini bildir. Əshabına bu sirri açsın.”

O saat Hz.Cəbrayıl Həbibullahın hüzuruna gəlib, xəbər verdi ki, “Ya
Rəsulallah! Mübarək başınızı rukudan qaldırmaq istədiyiniz zaman Allah
Təala mənə əmr etdi ki, yetiş, Həbibimi qoyma rukudan qalxsın. Mənim
qulum Əli yolda bir ağsaqqalın saqqalına hörmət edib yavaş yeridiyi
üçün camaat namazının savabından məhrum olur. Qalmasın. Həbibimə
çatsın. Mən də gəldim, Sultanımı rukuda tutdum, Əli gəldi. Allah Təala
məni sizi rukuda tutmağa göndərdiyi zaman, qardaşım İsrafili də günəşi
tutmağa göndərdi ki, Hz.Əli sizə çatana qədər çıxmasın. Budur hikmət.”

Ayselka

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Cox sag ol baci goodgood

  2. IzYuMinKa dedi ki:

    vefasiz_giz,
    ya_za thank_you

  3. meymunka dedi ki:

    vefasiz_giz,
    IzYuMinKa,
    ya_za