Şeytan kimin gözlərindən öpər?

alt

Bu gün mənim bir sualım olacaq hərkəsə.Və baxaq görək cavabını rahatca verəbiləcəksiniz, yoxsa başınızı aşağı salacaqsınız?

Məncə hər ikisi də gözəl nəticədir. Başınızı aşagi salıb düşünsəniz də gözəldir. Çünki düşünmək qədər faydalı bir iş ola bilməz. Cavabı həmin an versənizdə gözəldir. O zaman sualın cavabına zehninizi yoracaq qədər mövzuyla məşğul olursunuz deməkdir ki, bu da həqiqətən gözəldir. Bəli, indi yazımıza başlıq olaraq verdiyimiz sualı bir daha təkrarlayaq: Şeytan kimin gözlərindən öpər?

Bilirəm deyəcəksiniz ki, -Şeytan bir insanın gözlərindən öpərsə, o insan pis işlərlə məşğuldur deməktir. Çünki şeytanın gözlərindən öptüyü insan şeytanı məmnun edəcək həyat yasayır, əməllər edir ki, buna görə də şeytan onun gözlərindən öpür. Yoxsa şeytan hansı xeyirli işdən məmnun olub da saleh əməllər işləyən şəxsin gözlərindən öpər, ona dəstək olar və ya onu təbrik edər. Bəli bu düşüncə doğrudur. Şeytan həqiqətən də bir insanin gözlərindən öpürsə, o şəxs həyatını və əməllərini düşünməli, yaşayışına göz gəzdirməlidir Çünki şeytanın gözlərindən öptüyü insana mələk yaxınlaşmır, mələk təbrik etmir, yəni o şəxs mələyin yaxınlaşacağı bir həyat tərzi yaşamır deməktir. Sözü çox uzatmadan şeytanın gözlərindən öptüyü kimsələrə baxaq. Ancaq bunu mən söyləməyim, çünki mənim dediklərim çox da inandırıcı olmaya bilər.

Buyurun, Peyğəmbərimizin (sav) hədisindən bu mövzunu incələyək.

Baxaq Peyğəmbərimiz nə buyurmuşdur: -Kimin yaşı irəlilədiyi halda əməli geriləyərsə şeytan o şəxsin gözlərindən öpər! Bəli, şeytanın gözlərindən öptüyü insan elə məhz bu insandır. -Yaşı irəlilədiyi halda əməli, ibadəti iləriləməyən insan! Şeytan belə insanlardan o qədər məmnun olur ki, əyilib gözlərindən öpmə dərəcəsində yaxınlıq duyar, sən mənimlə dostsan, yaşın irəlilədiyi halda əməlin irəliləmir, getdikcə ibadətsiz, əməlsiz hala gəlir, sanki mənim kimi olursan deyib mədh edər. Hədisin davamında bu da əlavə olunur: -Yaşı qırxı keçdiyi halda xeyri şərrini keçməyən, hələ də xeyr əməli az, şərri çox olan insanın da gözlərindən öpər şeytan! Demək ki,insanın xeyir əməlləri getdikcə çoxalmalı, şərri də azalmalı ki, gedişi xeyrə dogru olsun. Yaşı qırxı keçən zaman insanın xeyiri az, ancaq şərri davam edirsə, Allah (cc) kömək olsun o irəliləyən yaş sahibinə. Hesabını verəcəyi bir həyatın sonuna doğru irəlilədiyi halda hazırlıgında bir irəliləmə görünmür. Çünki hər keçən gün xeyirli işləri çoxalacağına yerində sayır, şərli işləri çoxalir,o biri tərəfə hazırlıqsız gedir demekdir.Belə bir gediş isə xeyirli əlamət deyildir. Buna görə də Peyğəmbərimiz bizlərə xatırladır ki, yaş irəlilədikcə əməl geriləməsin, xeyirlər azalmasın, şərlər davam etməsin. Yəni irəliləyən yaşla bərabər şəkildə əməl də, yaxşılıqlar da irəliləyərək davam etməli, hər keçən gün gözəlliklər çoxalmalıdır.

Nə deyirsiniz, bəlkə iynəni başqasına, çuvalduzu özümüzə yönəldək .Və hansı vəziyyətdə olduğumuzu bir nəzərdən keçirək. Görəsən şeytan bizə də məhəbbət duyub, bizim də gözlərimizdən öpməyə niyətlənmiş olmasın!

qeribelik

Şərhlər:

  1. МиниК_Сердце dedi ki:

    Şeytan kimin gцzlərindən цpər??? hm.. faint

  2. qeribelik dedi ki:

    Suskun-Ruh,
    BİYYYYY NİYE AY QAQAM?
    REYLER UCUN TSKLER

  3. Fidaska dedi ki:

    hmm maraqliydi cox sagol dosi tesekurler.

    Allah razi olsun!

  4. Suskun-Ruh dedi ki:

    meni sheytan yoxee bu veziyetdee evde qartimish qizda opmezz heccc

  5. New_Moon dedi ki:

    Sagolun Minnetdaram

  6. morgan dedi ki:
    [/b]imansiz her kesin gozunde oper sheytan![b]
  7. xerceng dedi ki:

    Sagol Hardan tapirsan bele maraqli xeberleri))))))))))))))

  8. Ayselka dedi ki:

    sag ol maraqliydi

  9. ...::EMERALD::... dedi ki:

    ALLAH SHEYTANA LENET ELESIN

  10. BalaM dedi ki:
    menim gozlerimnen))))) Sagol baciw xebere gore give_rose
  11. Cristi dedi ki:
    COX SAGOL CANIM opucuk
  12. KIVANC dedi ki:

    heart

    Allah razi olsun

    heart

  13. fanya_ya dedi ki:

    Chooooooox saq ol