“PORT BAKU”

ƏN NÜFUZLU ÜNVAN

"PORT BAKU"

Neftçilər prospektində yerləşən “Port Baku Residence” kompleksi şəhərin ən qaynar ticarət mərkəzlərinin, müasir dükanların, əyləncə yerlərinin və ləziz restoranların lap yaxınlığında yerləşir. Bundan əlavə, Xəzər dənizinə açılan füsunkar mənzərə bu kompleksi şəhərin ən görkəmli və maraqlı yerinə çevirəcək.
PORT BAKU RESIDENCE
"PORT BAKU"

Mükəmməlliyin son ünvanı olan “Port Baku Residence” kompleksinə xoş gəlmisiniz! Bu kompleks Bakının nüfuzlu ünvanında, Neftçilər prospektinin ən gözəl güşəsində yerləşir.
Dünyanın ən məşhur memardizaynerlərindən ibarət beynəlxalq qrup tərəfindən layihələndirilmiş yaşayış kompleksi memarlıq sənətinin bütün incəliyini və kamilliyini özündə əks etdirən sənət əsəridir. Dəniz sahilində ucalan bu bina gələcək sakinlərinə xoş ovqat mühitində yüksək yaşam tərzi vəd edir. “Port Baku Residence” dəbdəbənin, zövqün və zərifliyin ən mükəmməl təcəssümüdür.
MÜKƏMMƏL GÖRÜNÜŞ

"PORT BAKU"

Memarlıq sahəsində bir çox mükafatlara layiq görülmüş Böyük Britaniyanın “Broadway Malyan” şirkəti tərəfindən layihələndirilmiş
“Port Baku Residence” kompleksi Bakının ən nümunəvi binası olacaq. Mükəmməl yaşayış evləri, dəbdəbəli butiklər, yüksək səviyyəli restoranlar, ruhunuzu oxşayan gözəl bağlar və ən keyfiyyətli xidmətlər eksklüziv olaraq binanın daimi sakinləri üçün nəzərdə tutulub.

Mükəmməlliyin son ünvanı olan “Port Baku Residence” kompleksinə xoş gəlmisiniz!

PODİUMUN 1-Cİ MƏRTƏBƏSİ.

* “THE AVENUES” ticarət mərkəzi
* Sakinlər üçün giriş
* Avtomobil dayanacağına giriş
* Tower A və Tower C yan tərəfdən giriş yerləri

PODİUMUN 2-Cİ MƏRTƏBƏSİ

* “THE AVENUES” ticarət mərkəzi
* “THE AVENUES” avtomobil dayanacağı
* Klub

PODİUMUN 3-CÜ MƏRTƏBƏSİ

* “THE AVENUES” ticarət mərkəzi
* “THE AVENUES” avtomobil dayanacağı

1-Cİ YAŞAYIŞ MƏRTƏBƏSİ

* 24 saat konsyerj
* Mənzillər
* 15.000 m² sahəsi olan yaşıl bağlar

LÜKS YAŞAYIŞ ÜÇÜN ZÖVQLÜ DİZAYN

"PORT BAKU"

“Port Baku Residence” kompleksi dəbdəbəni və yaşam tərzini yeni üslubda bir araya gətirir. Bu kompleksin inşasında dünyanın hər bir yerindən gətirilmiş yüksək keyfiyyətli material və qurğulardan istifadə olunub. Binaya daxil olan zaman dünyanın aparıcı interyer dizaynerləri tərəfindən mahir ustalıqla yaradılmış gözəl interyer elementləri sizi valeh edəcək.
Burada dünyanın ən fərqli keyfiyyətinə və əsrarəngiz gözəlliyinə malik daxili tamamlama işləri, elit ingilissayağı bağlara açılan heyrətamiz görüntülər bir araya gəlir. Bu, kübar və dəbdəbəli həyat tərzidir!

EKSKLÜZİV SAHƏLƏR

"PORT BAKU"

“Port Baku Residence” kompleksində xüsusi olaraq sakinlər və onların qonaqları üçün nəzərdə tutulmuş eksklüziv, dəbdəbəli sahələr olacaq.
Dizaynerlər, layihədə qarşılama və qəbul prosesinə çox böyük diqqət ayırıblar. Əzəmətli giriş qapısından başlayaraq son dərəcə gözəl tərtibatlı naxış və bəzək elementləri ilə zəngin olan əsas giriş vestibülündə 24 saat fəaliyyət göstərən konsyerjlər bina sakinləri və onların qonaqlarını qarşılayacaqlar. Burada incə tamamlama işləri, xüsusi sifarişlə hazırlanmış mebellər və mükəmməl işıqlandırma sistemi, bir sözlə, hər bir xırda detal xüsusi diqqət ilə seçilib.
Dizayn elementləri dəhliz və lift meydançaları da daxil olmaqla binanın hər bir yerinə gözəllik verir.

GÖZƏL BAĞLAR

"PORT BAKU"

“Port Baku Residence” kompleksində gözəl tərtibat işləri bağ və parklardan da yan keçməyib.
15, 000 kvadrat metrlik göz oxşayan bu bağların hər bir qarışı öz işlərinə sevgi ilə yanaşan dünya səviyyəli memar və landşaft dizaynerləri tərəfindən məhz sakinlər üçün hazırlanıb.
Digər sakinlərlə ünsiyyətdə olmaq üçün gözəl həyətyanı bağçalar, fəvvarələr və incəsənət nümunələri ilə bəzədilmiş yerlər, uşaqlar üçün oyun meydançaları ilə yanaşı, dünya şöhrətli landşaft dizaynerləri tərəfindən Sizin üçün özəl guşələr də nəzərdə tutulmuşdur.
Hər bir mənzilin öz fərdi terrası və ya eyvanı var. Burada sakinləri tər çiçəklər və yaşıllıq ilə əhatə olunmuş gözəl bir mənzərədə istirahət gözləyir.

KLUB

"PORT BAKU"

“Port Baku Residence” kompleksinin özəl “Clubhouse” klubunda sizi ən geniş çeşiddə müasir idman avadanlıqları və mükəmməl istirahət yerləri gözləyir.

Kluba aşağıdakılar daxildir:

* Müasir idman avadanlıqları ilə təchiz edilmiş idman zalı
* Dünya standartlarına cavab verən üzgüçülük hovuzu
* Gözləmə otağı
* İstirahət otağı
* Müasir kinoteatr
* Oyun və ailəvi əyləncə otağı
* Xüsusi tədbirlər üçün otaqlar
* Uşaqlar üçün oyun meydançası
* Körpələr evi

ASUDƏ VAXT

"PORT BAKU"

“Port Baku Residence” kompleksi asudə vaxtınızı səmərəli keçirmək üçün ən ideal məkandır. Oyun otağında əyləncə dolu bir gecədən, sakit otağa çəkilərək qəzet oxumaqdan, yaxud kinoteatra baş çəkib filmə baxmaqdan həzz alın. Daha geniş əyləncə mərasimlərinin keçirilməsi üçün burada xüsusi tədbirlər otağı var.

FƏAL İSTİRAHƏT

"PORT BAKU"

İndi yüksək səviyyəli istirahət klubunda dincəlmək və sərf etdiyiniz enerjini toplamaq imkanınız var. Siz ən müasir idman avadanlıqları ilə təchiz edilmiş idman zallarında aerobika kursları da daxil olmaqla istənilən növ idmanla, hətta yoqa ilə də məşğul ola bilərsiniz. Gərgin fiziki idmandan sonra, üzgüçülük hovuzuna baş vurun və ya yaxınlıqdakı “Port Baku Towers”-in eksklüziv “spa” otaqlarında ruhunuza və bədəninizə istirahət verin.

“PORT BAKU”– DA UŞAQLAR

"PORT BAKU"

“Port Baku Residence” kompleksinin yaşıl bağlarında yerləşən oyun meydançaları, “Port Baku Towers”-də körpələr evi və uşaq bağçası ilə uşaqların ən yaxın dostuna çevriləcək.
Orta məktəb məsələsinə qəldikdə isə, qeyd etmək lazımdır ki, Bakı şəhəri Azərbaycanın elm və təhsil mərkəzi sayılır. Bu baxımdan, kompleks ölkənin ən əsas ali təhsil ocaqlarının və orta məktəblərin lap yaxınlıgında olacaq.

24 SAAT KONSYERJ XİDMƏTLƏRİ

"PORT BAKU"

Bizim 24 saat konsyerj xidmətlərimiz sizin gündəlik məsələlərinizin qayğısına qalmaq üçün nəzərdə tutulub.
Konsyerjlər günün istənilən vaxtı sizin üçün:

* Restoranlarda yerlərin sifariş edilməsi, nəqliyyat sifarişi və bütün ziyafət axşamlarının təşkili
* Mənzillərə qulluq və təmizlik işləri
* Paltarların camaşırxanalara aparılmasını
* Səyahətlərin, görüşlərin və çatdırılmaların təşkilini yerinə yetirməyə hazır olacaqlar.

SİZİN TƏHLÜKƏSİZLİYİNİZ ETİBARLI ƏLLƏRDƏDİR

"PORT BAKU"

İndi siz tam arxayın dincələ bilərsiniz, belə ki, “Port Baku Residence” kompleksində təhlükəsizlik məsələlərinə çox ciddi yanaşılır. Binaya daxil olduqda sonra, sakinlər və onların qonaqlarını yüksək səviyyəli qəbul otağının gülərüz və mehriban işçiləri qarşılayacaqlar.
Bundan əlavə, ən müasir texnologiyalar, xüsusi təhlükəsizlik kameraları və CCTV izləmə monitorlar ilə təchiz edilmiş yeraltı avtomobil dayanacağı sizin istifadənizə veriləcək.

ZÖVQLÜ NAHAR

"PORT BAKU"

“Port Baku” kompleksində nahar unudulmaz təəsürrat bəxş edəcək. Səs küylü, gur kafelərdən tutmuş təmtaraqlı restoranlara qədər bütün iaşə obyektləri ən müxtəlif məqsəd və məramlara uyğun xidmətlərini təklif edəcəklər. Burada öz ailə üzvləriniz və ya iş yoldaşlarınızla nahar edə və ya günorta alış-verişindən qayıtdıqdan sonra dostlarınızla çay içərək ləziz şirniyatın dadına baxa bilərsiniz.
Kefiniz nə vaxt istəsə, dünya mətbəxinin ən geniş çeşiddə dadlı və ləziz yeməklərindən dadmaq imkanınız olacaq.

LÜKS TİCARƏT VƏ ALIŞ-VERİŞ

"PORT BAKU"

“The Avenues”, Bakı şəhərinin ən prestijli ticarət mərkəzinə çevriləcək. Tanınmış modelyerlərin butikləri və zövqlü aksesuar dükanları bu gözəl və muasir mühiti daha da əsrarəngiz edəcək. “Port Baku Residence” kompleksinin sakinləri bu dinamik ticarət mərkəzinin lap yaxınlığında yaşayacaqlar.
“The Avenues”–da geniş çeşiddə restoran və kafelər Sizin ixtiyarınızda olacaq.

YERALTI DAYANACAQ

"PORT BAKU"

Rahatlıq “Port Baku Residence” yaşayış kompleksinin əsas üstünlüklərindən biridir. Binanın daimi sakinləri və onların qonaqları üçün nəzərdə tutulmuş yeraltı avtomobil dayanacağı geniş və təmiz olmaqla yanaşı, ən müasir təhlükəsizlik texnologiyalarına malikdir.
Bütün təhlükəsizlik, rahatlıq və komfort amilləri nəzərə alınıb. Çox rahat və sürətli liftlərin qapısı düz mənzilinizin qarşısında açılacaq. Binaya daxil olduqdan sonra, sizi və qonaqlarınızı kompleksin qəbul otağının gülərüz və mehriban işçiləri salamlayacaqlar

ƏN GÖZƏL ÜNVANDA ƏN GÖZƏL DİZAYN

"PORT BAKU"

İndi müasir idman zalı, “spa” salonları və uşaq bağçası üçün başqa yerə getmək lazım gəlməyəcək. Öz ailəniz, iş yoldaşlarınız və ya müştərilərinizlə uzağa getmədən elə buradaca nahar edə biləcəksiniz. A kateqoriyalı ofis yerlərində dinamik və işgüzar atmosfer vəhdət təşkil edəcək.
“Port Baku Residence” yaşayış kompleksindən cəmi bir neçə addımlıqda yerləşən “Port Baku Towers” binasında ümumi ərazisi 70,000 kvadrat metr olan A kateqoriyalı ofis sahələri və mükəmməl istirahət guşələri, eksklüziv ticarət obyektləri və ləziz yeməklər təqdim edən dünya səviyyəli restoranlar fəaliyyət göstərəcək.

MÜKƏMMƏLLİYİN QORUNMASI

"PORT BAKU"

Beynəlxalq səviyyəli idarəetmə komandası göstərilən xidmətlərin, o cümlədən mənzillərə qulluq işlərinin lazımı qaydada yerinə yetirilməsinə nəzarət edəcək. Ümumi istifadə yerlərində daim ideal təmizliyə riayət olunacaq və kompleksə ən yüksək standartlara uyğun qulluq göstəriləcəkdir.
Mənzillərdə göstərilən təmizlik xidmətlərinə aşağıdakılar daxildir:

* 24 saatlıq təmizləmə və camaşırxana
* Tör-töküntü və zibillərin yığışdırılması
* Döşəmə və xalçaların tozsoranla təmizlənməsi
* Divar və mebellərin tozunun silinməsi
* Bütün avadanlıq və cihazlar üçün texniki xidmət

YÜKSƏK KEYFİYYƏT STANDARTLARI

"PORT BAKU"

Kompleks bütünlükdə beynəlxalq inşaat normalarına və aşağıda qeyd edilmiş standartlara müvafiq olaraq inşa edilib:

* Britaniya Tikinti Standartları
* Britaniya Yanğından mühafizə standartları
* Britaniya Layihə və Texniki Təhlükəsizlik Standartları
* Britaniyanın Keyfiyyətə Nəzarət Standartları
* Britaniya mənşəli elektrik avadanlıqları və materiallar
* Britaniyanın tullantıların idarə olunması sistemi
* ABŞ arxitektura-inşaat normativləri
* ABŞ zəlzələyə davamlılıq üzrə normativləri

Angelocka

Şərhlər:

  1. Angelocka dedi ki:
    Ugurlar..Allah komeyiniz olsun..InwAllah "Ustu bezek Alti tezek" meseli olmaz… Davamli ve mohkem binalar inwa ederler.
  2. gulshan dedi ki:

    mmm supeeeeeeeer. cox saq ol ellerine saqliq opucuk

  3. New_Moon dedi ki:

    Sagolun Xebere Gore Superdi

  4. Leonel-207 dedi ki:
    bir sozle supppper…heqiqeten elllaaa…deyiwek inkishaf edek…Wakosh bele gozel xebere ve gozel melumatlara gore cox sag ol ellerin derd gormesin…
  5. Fidaska dedi ki:

    seker cox xosuma geldi xeberin sagol

  6. Cristi dedi ki:

    cox sagol canim opucuk

  7. МиниК_Сердце dedi ki:

    yuxumuzda bele bakini gorerik ancag))

  8. ZoRRo_BaKu dedi ki:

    sagol ela idi

  9. BLACK STAR dedi ki:

    xi xi.))))papa uje mene bunu mene coxdan dimiwdi.))))))yenede xebere gore cox saol ciciwim.)))))

  10. Ayselka dedi ki:

    super adamin burda yeri olardi beh beh

    super adamin burda yeri olardi beh beh

  11. ...::EMERALD::... dedi ki:

    INSHALLAH…………..

  12. ScReaM_eMo dedi ki:

    baciw cok saol ellerine saglik

  13. qeribelik dedi ki:

    SHİRİNİM,YENE DE FERGLİ BİR XBRDİR.
    OZU DE MENİ İXTİSASIMLA ELAGEDAR OLARAQ,OZUNE LAP CHEKDİ.İNSALLAH ALLAH MENE DE BELE TİKİNTİ BİZNESİ QURMAQ GİSMET ELEYER.CHOOOOOOOOX SAG OL AY BACISIM

  14. Angelocka dedi ki:
    …::EMERALD::…,
    flower
    ScReaM_eMo,
    Sen sag ol bitanem. Deymez flower
    qeribelik,
    Amin canim bacimmm aminn. Sendeki bele urek var Allah sene qismet edecek bu arzunu reallawdiracaq Aminnnn
  15. Alone Life dedi ki:

    Bir Sozle Superrrrr

  16. МиниК_Сердце dedi ki:

    xebere gore twk canim mac

  17. DaRk_AnGeL dedi ki:

    oyyyyyyy ne gozlediler bele amma bizimkine cata bilmez tewekkurler canim superdi opucuk