İnternet nədir?

İnternet nədir?

[HIDE]
İnternet nədir?

  Texnologiyanın inkişafı ilə kompüterlərin şəbəkələrdə (ingiliscə network) birgə işləməsi mümkün oldu. Bir-birinə qoşulmuş iki şəbəkə isə artıq interşəbəkə (ingiliscə internet) əmələ gətirir. Beləliklə, İnternet sözü ən ümumi mənada qlobal şəbəkədə birləşdirilmiş kompüterlərin mcəmusu deməkdir. Faktiki olaraq İnternet bütün dünyada milyonlarla kompüter, proqram, informasiya bazaları, fayllar və əlbəttə ki, insanlar arasında əlaqə yaradan şəbəkələrdən ibarət şəbəkədir. 

  Hələ 60-cı illər RAND Corporation və bir neçə təhsil müəssisəsi – o cümlədən, Massaçusets Texnoloji İnstitutu (Massachusetts Institute of Technology, MIT) və Los-Ancelesdə Kaliforniya Universiteti (University of California at Los Angeles, UCLA) yeni şəbəkə protokolu üzərində işləyirdilər. Bu protokol hətta aralıq birləşmələrdən biri sıradan çıxdıqda iki qurğu arasında yüksəksürətli rabitəni təmin etməli idi. Yeni texnologiya ABŞ Müdafiə Nazirliyini (U.S. Department of Defence, DOD) maraqlandırdı, belə ki, krizis şəraitində rabitə xətlərinin davamlı işini təmin edə bilərdi.

  1969-cu ildə ABŞ MN Perspektiv Araşdırmalar Agentliyi (DOD Advanced Research Projects Agency, ARPA) yeni texnologiya əsasında ilk kompüter şəbəkəsini qurmağa başladı. İlk əvvəl agentliyin şəbəkəsi (ARPA Network, ARPANET) ABŞ ərazisində yerləşən yalnız dord superkompüteri birləşdirirdiyi halda 70-ci illərin ortasına kimi o, qarşılıqlı əlaqədə olan şəbəkələrin ümumdünya birliyi səviyyəsinə qədər genişləndi. Sonradan İnternet şəbəkəsi adını almış bu nəhəng müxtəlifcinsli toplum hər şeydən əvvəl təhsil və elmi-tədqiqat müəssisələrinin oz lokal şəbəkələrini ARPANET-ə qoşması nəticəsində əmələ gəlmişdi. 

  70-ci illərin sonu İnternet şəbəkəsində standart rabitə protokolu kimi TCP/IP (Transmission Control Protocol/Internet Protocol – ingiliscə Ötürmənin idarəolunması protokolu/İnternet protokolu) qəbul olundu. İnternet platforması kimi əsasən ancaq UNIX əməliyyat sistemi istifadə olunurdu. Qeyd etmək lazımdır ki, İnternetlə işləmək üçün vasitə və komandaların əksəriyyəti indi də öz üzərində bu əməliyyat sisteminin izlərini daşıyır. 

  80-ci illərdə elmi profilli açıq şəbəkə kimi ARPANET-in əvəzinə ABŞ Milli Elmi Fondu (National Science Foundation, NSF) tərəfindən qurulmuş yüksəksürətli NSFNET şəbəkəsi meydana gəldi. Elə həmin vaxt ABŞ höküməti ARPANET-in hərbi məqsədlər üçün istifadəsini dayandırdı və ABŞ MN öz qapalı şəbəkəsi MILNET-i qurmağa mcəbur oldu. NSFNET isə tezliklə öz lokal şəbəkələrini ümumi şəbəkəyə qoşan özəl şirkətlər və ictimai təşkilatlar arasında populyarlıq qazandı, biznes sahəsində İnternet xidmətləri verən ilk şirkətlər meydana gəldi. 

  1995-ci ildə NSF İnternetin maliyələşdirilməsini kəskin şəkildə azaltdı. O vaxtdan İnternetin işini əsasən özəl şirkətlər təmin edir. İnternetin ümumi qəbul olunmuş mənada sahibi yoxdur, buna baxmayaraq onun işlək vəziyyətdə saxlanması ilə məşğul olan təşkilatlar mövcuddur. İnternet Fəaliyyət Şurası (Internet Activities Board, IAB) ümumilikdə İnternetin arxitektura və strukturuna nəzarət edir və iki qrup – Araşdırma (Internet Research Task Force, IRTF) və Mühəndis (Internet Engineering Task Force, IETF) qrupundan ibarətdir. Bunların hər biri İnternetin uyğun sahədə perspektiv inkişafını müəyyənləşdirir, həmçinin yeni standartların təşkil olunması işini koordinasiya edir. 

  İnternetin əsası bir-biri ilə birləşdirilmiş regional şəbəkələrdir. Hər bir belə şəbəkə İnternetə giriş nöqtəsi (Network Access Point, NAP) adlanır. Bir qayda olaraq bu şəbəkələri müxtəlif İnternet xidmətləri təklif edən ticari şirkətlər idarə edir. Regional NAP ən azı digər iki NAP-la yüksəksürətli kanallarla əlaqəli olur. Sıravi istifadəçi İnternetə qoşulmaq üçün adətən İnternet xidmətləri təminatçısı (Internet Service Provider, ISP) ilə müqavilə bağlamalıdır. ISP regional NAP-la əsasən telefon xətləri ilə yüksəksürətli rabitə kanallarına malik yerli şirkət və yaxud qlobal xidmət ola bilər. 

  İnternet istifadəçisi şəbəkədə digər kompüterlərlə klient-server modeli üzrə mübadilə aparır. İstifadəçiyə İnternet resursları – informasiya və xidmətlərini server adlanan host-kompüter (host – ingiliscə sahib, yiyə, ağa) təqdim edir. İstfadəçi (klient) isə bu resurslara şəbəkə protokolu üzrə informasiyanın uyğun şəkildə gətirilməsini təmin edən klient-proqramlar vasitəsilə müraciət edə bilir. 

  Burada hər bir kompüter – həm server, həm də klientlər onu şəbəkənin digər kompüterlərindən fərqləndirən unikal IP-ünvana malikdir. IP-ünvan bir-birindən noqtələrlə ayrılmış dörd rəqəm qrupu şəklində (məsələn: 208.218.46.205) təsvir olunur. Lakin bu format istifadəçilər üçün əlverişli olmadığından daha anlaşıqlı domen adları sistemi (Domain Name System, DNS) işlənib tətbiq olundu. Məsələn, elə yuxarıda göstərilmiş IP-ünvana uyğun DNS-ünvan x-wing.cc.boun.edu.tr-dır (tr – turkiye, Türkiyə İnterneti domeni, edu – education, təhsil müəssisələri, boun – Boğaziçi Universiteti, cc – computer center, kompüter mərkəzi, x-wing – populyar Ulduz müharibələri – Star Wars trilogiyasında üsyançılaın döyüş uçuş maşını, burada host-kompüterin adıdır). Domen adlarının verilməsinə Şəbəkə İnformasiya Mərkəzi (Network Information Center, NIC) nəzarət edir. 

  İnternetdə təqdim olunan hər bir resursa müraciət etmək üçün onun unikal identifikatoru – universal resurs göstəricisi (Uniform Resource Locator, URL) adlanan İnternet-ünvanı (məsələn: http://x-wing.cc.boun.edu.tr/index.html) var. URL-nin birinci hissəsi (burada – http) serverin resursa müraciət üçün hansı üsuldan istifadə etməsini, ikinci hissəsi (burada – x-wing.cc.boun.edu.tr) isə host-kompüterin ünvanını göstərir. Serverin ünvanından sonra URL-nin əlavə komponentləri gələ bilər, adətən bu, serverdəki konkret resursun adı (burada – index.html faylı) olur. 

  Çox vaxt Internet termininə sinonim kimi WWW (World Wide Web – ingiliscə Ümumdünya toru) termini işlədilir. Həqiqətdə isə bu sözlər heç də sinonim deyil…

    Qeyd:Bu maraqlı informasiyaya görə www.ilkaddimlar.com saytına minnətdarlığımı bildirirəm smile
 Güman edirəm xoşunuza gəldi.
Buyurun rəylərinizi bildirin

[/HIDE] 

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    Bele maraqli xeberi yerlesdirmekle gozel dusunmusunuz.

    Xebere gore tesekkurler…

  2. CooL_Man dedi ki:

    cooox sag olun!

  3. ZoRRo_BaKu dedi ki:
    ..::Superdi Thank You::..
    twk twk twk
  4. RED DEVIL dedi ki:

    te6ekkur maraglidi))

  5. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler…

  6. meymunka dedi ki:

    sposibo ocen klyovo!!!

  7. merry-girl dedi ki:

    maraqli xebere gore cox sagol

  8. МиниК_Сердце dedi ki:

    Cox sag Ol

  9. KIVANC dedi ki:

    heart
    Thank you very very much

    [c enter]heart [/center]

  10. Melekcik dedi ki:

    maraqli xebere gore cox sagol

  11. BLACK STAR dedi ki:

    maraqlidi..!!!!

  12. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram sizlere!!!

    *ILHAM User ForGenc.net
    *User of ForGenc.net company
    *registered on 13 Dekabr 2009 13:09
    * User ForGenc.net team