Xarakterin nə rəngdədir?

alt

Xarakterin nə rəngdədir?

Həyatın müəyyən anlarında bu və ya digər rəngə üstünlük veririk. Bu gün yalnız göy rəng barədə düşünürük. Sabah isə qırmızı rəngdə geyim alırıq. Bir həftə sonra isə qara rəng diqqətimizi daha çox cəlb edir. Rənglərə olan ehtirasımız xarakterimiz haqda çox şey deyir. Rənglərin mənasını və psixikaya təsirini bilməklə müəyyən mənada əhvalı dəyişməyə qadir ola bilərik.

Şəxsiyyətin rəngli psixo-tipləri

Psixofizioloqlar və həkimlər uzun illərdir aşkara çıxarıblar ki, eyni rəng bütün insanlara eyni təsir qüvvəsinə malikdir: qırmızı coşdurur, göy sakitləşdirir, bənövşəyi həyəcan siqnalı verir, yaşıl isə həyatda stabillik və möhkəmlilik təsiri aşılayır.
Rənglərin insan psixikasına təsirini araşdıran məşhur mütəxəssislərdən biri Maks Lyuşerdir. O müəyyən edib ki, psixikası rənglə xarakterizə ediləcək minimum dörd tip mövcuddur.

Qırmızı psixo-tip: Bu tip insanlar çox aktivdirlər. Onlar daim həyəcan yaşamağa üstünlük verirlər. Həmçinin ehtiras və macəra dolu həyat yaşamaq arzusundadırlar. Buna görə də, tez-tez təngə gəlir, əsəbləri gərilir və həddən artıq gərgin olur.
Sarı psixo-tip: Bu tip üçün azadlıq və özünü təsdiqləmə daha vacibdir. Onlar dəyişiklikdən qorxmurlar, təcrübələri çox sevirlər. Digər tərəfdən isə azadlığı çox sevdikləri üçün asılılıqdan da qorxurlar. Buna görə problemi həll etmək əvəzinə ondan qaçırlar. Nəticədə sarı tip insanlar özlərini itmiş və kifayət qədər sevilməmiş hiss edirlər.
Göy psixo-tip: Bu tipə daxil insanlar “qırmızı” və “sarı” tiplərdən kəskin şəkildə fərqlənirlər. Onlar üçün həyatda ən əsası rahatlıqdır. Sakit həyat ritminə üstünlük verirlər. Bəzən bu, ifrat rahatlığa gətirir və nəticədə insan məqsədini nəyəsə yönəltməyə, vacib qərarlar qəbul etməkdən boyun qaçırır. Bundan əlavə, bu tip tez-tez darıxmaqdan əziyyət çəkir, yaxın insanların yanında özünü yad kimi hiss edir.
Yaşıl psixo-tip: Bu tip insanlar üçün istənilən vəziyyəti və özünü idarə etmək daha vacibdir. Əgər onlar nəsə planlaşdırırlarsa, öncədən hesablama aparırlar. Buna görə nə əldə edəcəkləri və nəyi qurban verəcəklərini öncədən bilirlər. Özünü itirmək onlara tamamilə yaddır. Nüfuzlarını və kəsb etdikləri əhəmiyyət üçün çox çalışırlar. Bahalı brendlərdən geyim almaq üçün çox şeyə gedərlər. Şəxsi statuslarını artırmaqdan heç zaman imtina etməzlər. Onlar bir prinsiplə yaşayırlar: “vəziyyət məcbur edir”. Timsah dərisindən çanta almaq istəmir, lakin almalıdır. Əks halda, istədiyi “mərtəbə”də olmaz.
Problemlərin rəngli diaqnozu
Xarakteri tam şəkildə psixo-tipə uyğun insan, demək olar ki, çox azdır. Adətən biz bir neçə tipin əlamətini birləşdiririk. Lakin hər birimizin həyatında konkret rənglərin üstünlük təşkil etdiyi dövrlər olur. Məsələn, bilirik ki, depressiya dövründə qara və ya tünd qəhvəyi rəngdə geyinməyi üstün tuturuq. Əgər bu mərhələdə həmin insanlar maşın alır və ya ev təmir etdirirsə, tünd çalarlara üstünlük verirlər. Rəng terapiyası nöqteyi-nəzərindən rənglər depressiya ilə mübarizə aparmağa kömək edir. Əhvalın pis olmasına baxmayaraq, insan müəyyən rəng siqnalları alaraq psixikasına təsir etməklə, onu sakitləşdirir.
Həmçinin bənövşəyi rəngə üstünlük verən insanlar mənəvi aləmlərinə xüsusi diqqət yetirməlidirlər. Bu rəng narahatlıq və həyacan rəngidir. Həddən artıq həyəcan isə məqsədlərə nail olmaqda ciddi səddir. Bu cür insanlar özlərini “o buna layiqdir, onda alınacaq” kimi suallarla daha da həyəcanlandırır. Düşündüyünü həyata keçirməkdə lazım olan enerjini həyəcan məhv edir.
Rəngli müalicə
Əhvalını daha da yaxşılaşdırmaq üçün rəng oyununa müraciət edə bilərsən. Bu zaman həyatında hansı rəng dövrü olduğunu müəyyənləşdirmək bir o qədər vacib deyil. Əgər sən özünü həyəcanlı və gərgin hiss edirsənsə, o zaman ətrafda qırmızı rəngi tamamilə ləğv et. Divara mavi və yaşıl tonda plakat as. Geyimdə də bu rənglərə üstünlük ver. Bu zaman həm özünə, həm də ətrafdakılara yaxşı təsir bağışlamış olacaqsan.
Əgər sən passiv və əzginsən, heç nə etmək istəmirsənsə, qırmızı rəngə üstünlük ver. Hətta iş masasında kiçik qırmızı suvenirlər psixikanıza oyanıqlıq gətirəcək

Best my life

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    cox saq ol mas

  2. EttO dedi ki:

    Hmmm maraqli idi thank

  3. Aelita dedi ki:

    hmm.tesekkurler