YAZDA DÜZGÜN QİDALANMA NECƏ OLMALIDIR?


alt

Qış mövsümünün ardından, yaz fəslində orqanizmdə yaranan fizioloji dəyişikliyə qarşı sağlam qidalanmaq və idman etmək məsləhət görülür

YAZ AYLARINDA ORQANİZMDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR HANSILARDIR?

Soyuq qış aylarından sonra havalar isinməyə başlayır və bir çox insanda halsızlıq, yorğunluq oynaq ağrıları, yuxu istəyi, yaddaşsızlıq, kədər, stress kimi hallar müşahidə olunur. Stress və yorğunluqla yanaşı qan damar sistemində də problemlər yaranır. Təzyiqin yüksəlməsi ,qanda şəkərin miqdarının dəyişməsi və insulin hormonunun miqdarının dəyişməsi kimi hallar müşahidə olunur.

YAZ FƏSLİNDƏ DÜZGÜN QİDALANMA NECƏ OLMALIDIR?

Hər dəfə yemək zamanı tərəvəzlərdən ya da salatlardan istifədə olunması daha yaxşıdır. Həftə ərzində ən azı bir dəfə mal əti, azı iki dəfə balıq, iki dəfə paxlalı bitkilərdən ,iki dəfə yumurta və hər gün iki fincan qatıq, yarım ovuca qədər fındıq və badam yemək məsləhətdır. Yeməkləri bişirdikdən sonra çox az miqdarda zeytun yağı əlavə etmək də çox faydalıdır. Çörək və qarğıdalı mənşəli kəpəkli məhsullardan uzaq durmaq məsləhətdir.
Yemək aralarındakı zaman ərzində isə mövsümə uyğun meyvələr qəbul olunmalıdır.

BƏS MAYE QƏBULU?
Havaların istiləşməsi ilə əlaqədar olaraq qəbul olunan mayenin miqdarı da müvafiq olaraq artmalıdır. Bu səbəblə də gündə ən azı 1,5 litr maye qəbul olumalıdır. Alkoqol və spirtli içkilərdən mümkün qədər uzaq durmalı, əvəzində rahatladıcı və immun sistemini gücləndirən bitki çaylarından istifadə olunmalıdır. Yaz aylarında orqanizmin A,B, və C vitaminlərinə bir çox minerallara olan tələbatı artır. Ona görə də, bu vitamin və minerallarla zəngin qidalara üstünlük verilməlidir.

BU VİTAMİNLƏRİN ÇATIŞMAZLIĞI NƏYƏ SƏBƏB OLA BİLƏR?

A vitamini çatışmayanda, böyümə və inkişaf zəifləyir, gözdə narahatlıq,hədsiz dərəcədə gecə korluğu, dərinin quruluğu yaranır.

B vitamini çatışmayanda ,iştahsızlıq, əsəbilik ,ürək döyüntüləri, eşitmə və görmə pozğunluqları yaranır.

C vitamini çatışmayanda diş ətində problemlər, immunitetin zəifləməsi, infeksiyalara qarşı həssaslıq, halsızlıq və iştahasızlıq baş verir.

A,C VƏ E VİTAMİNLƏRİ HANSI MƏHSULLARDA OLUR?

A vitamini süddə, yumurta sarısında, balıq və sarı-narıncı rəngli tərəvəzlərdə olur.

B vitamini isə buğda, kəpək, yaşıl tərəvəzlər və paxlalı bitkilərdə olur.

C vitamini naringi, portağal, limon bəzən təzə tərəvəzlərdə, cəfəri, balqabaq, soğan və pamidorda vardır

Best my life

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    cox saq ol mas

  2. deniz15 dedi ki:

    menim ucun ne yay ne yaz ne de ki qis ferq etmireeeeeee