REKORD

Hollywood’un məşhur cütlüyü Angelina Jolie ve Brad Pitt çoxmillətli ailələrini Hindistandan övlad götürəcəkləri bir uşaqla daha da genişləndirməyi düşünür.

Hindistan “Times”in xəbərinə görə Jolie bu planını, Oksan mükafatlı “Slumdog Millionaire” filminin Hindistanlı balaca ulduzu ilə görüşdüyü zaman açıqlayıb.

“Brangelina” adlandırılan cütlüyün, əslində 2006-cı ildə Hindistandakı bir yetimxanaya baş çəkdikləri zaman, buradan bir uşağı övladlığa götürməyi planlaşdırdığı, ancaq işləri həddən artıq çox olduğundan, planlarının yarımçıq qaldığı müəyyən olunub.

Qeyd edək ki, cütlük Kambocadan Maddox, Vietnamdan Pax və Efiopyadan Zaharanı övladlığa götürmüşdü. Onların həm də, Shilo və 7 aylıq Vivienne ve Knox adlı ekiz doğma övladları var.

Best my life

Şərhlər:

  1. BLACK STAR dedi ki:

    cox saol maraqli melumatdi…