Tarixin en qeyri-adi vesiyyetnameleri

Tarixin ən ədəbsiz vəsiyyətnaməsini Marselli ayaqqabı ustası yazıb.Vəsiyyətnamədəki 123 sözdən 94-nü ümumiyyətlə heç bir cəmiyyətdə səsləndirmək olmaz.
Ən qısa vəsiyyətnaməni isə Londonlu bir bankir yazıb.Vəsiyyətnamə 3 sözdən ibarət idi: “Mən tamamilə müflisəm.”

Ən uzun vəsiyyətnaməni ABŞ-ın əsasını qoyanlardan biri olan Tomas Cefferson yazıb.Mülkdən əlavə sənəddə Amerikanın tarixi haqda mülahizələr öz əksini tapmışdır.Bu vəsiyyətnaməyə əsasən Ceffersonun varisləri öz varislik paylarını yalnız öz qullarının hamısını azad etmək şərtilə ala bilərdilər.

Ən incidici vəsiyyətnamə isə bir fermer tərəfindən yazılıb.Orta əsr fermerlərindən biri öz həyat yoldaşına 100 livr qoyurmuş,əgər o ərə getsə daha 100 livr əlavə etməyi tələb edirdi,bununla o ona işarə edirdi ki,arvadının əri olacaq yazığın bu pula ehtiyacı olacaq.Təəssüf ki,o dövrdə boşanma qadağan idi.

Tarixi cəhətdən ən xeyirli vəsiyyətnaməni Vilyam Şekspir yazmışdır.O kifayət qədər xırdaçı tip kimi özünü büruzə verib və bütün əmlakına sərəncam verib mebeldən tutmuş ayaqqabıya qədər.Bu vəsiyyətnamə az qala yeganə mübahisə olunmaz sənəddir ki,Şekspirin mövcudluğunu sübut edir.

Başa düşülməsi ən çətin olan vəsiyyətnamə məhşur fizik Nils Borun labarantı tərəfindən yazılıb.Vəsiyyətnamədə o qədər xüsusi termin və mürəkkəb frazeoloji birləşmələr var imiş ki,oxunması üçün ekspert-linqvistlərə müraciət etmək məcburiyyətində qalıblar.

Ən böyük məbləğdə nəğd pul Henri Ford tərəfindən vəsiyyət olunub.O 500 mln dollar məbləğində pulu 4157 təhsil və xeyriyyə təşkilatı arasında paylaşdırmağı vəsiyyət edib.

Ən məhşur vəsiyyətnamə Alfred Nobel tərəfindən yazılıb.Bu vəsiyyətnamə dəyişdirilməsi üçün qohumları tərəfindən məhkəməyə verilib.Onlar yalnız yarim milion kron alıblar,qalan 30mln isə məhşur Nobel mükafatı təşkilatına verilib.

Ən gizli vəsiyyətnaməni miliarder Mişel Rotşild yazıb.Onda deyilirmiş ki:”Qəti və birmənalı şəkildə əmlakımın nə qədər olduğu ilə bağlı istənilən məhkəmə müdaxiləsini,əmlakımın açıqlanmasını qadağan edirəm”Buna görə də indiyə kimi mirasın real həcmi məlum deyil.

Heyvana qoyulan ən böyük miras.Həmçinin vəsiyyətnamə ilə bağlı ən axmaq hekayə də bununla bağlıdır.Milyonçu və kinoprodüsser Rocer Dorkas özünün 65mln dollar həcmində mirasının hamısını sevimli iti Maksimiliana vəsiyyət etmişdir.Məhkəmə belə qərarı qanuni sayıb,belə ki,sağ ikən Rocer Dorkas itinə insan sənədləri alıb.Arvadına isə Dorkas 1sent qoyubmuş.Amma arvadı elə həmin it sənədlərilə həmin itə “ərə gedib”və onun ölümündən sonra it vəsiyyətnamə qoymadığına görə mirasa sahib olub:)

Best my life

Şərhlər:

  1. Marewars dedi ki:

    Было бы отлично, если бы сайтов таких было бы побольше
    спасибо!

    Удачи и процветания Вашему сайту и конечно же его создателям во веки веков )))