6 yaşlı WUNDERKİND PRANAV VEERA

Amerikanın Ohaio ştatının 6yaşlı sakini Pranav Veera artıq 4 yaşından öz fenomenal yaddaşı ilə ətrafındakıları heyrətləndirməyə başlayıb.

O asanlıqla AG Evde olma ardıcıllıqları ilə ABŞ-ın bütün prezidentlərinin adını sayır.Uşaq sadəcə əlifbadakı hərfləri bilmir həm də hərfləri tərsinə ardıcıllıqla saya bilir.Əgər ona ilin istənilən gününü desələr o həmin günün həftənin neçənci günü olduğunu dəqiq deyə bilir.
Amma görünüşdən demək olmaz ki,bu oğlan həmyaşıdlarından nə iləsə fərqlənir.O küçədə dostları ilə oynamağı çox sevir və kompüter oyunları oynayır.

Amma Pranavın intellekti 176 bala bərabərdir.Statistikaya görə milyonda 1 insan belə göstəriciyə malik olur.Müqayisə üçün:Einstein_in IQ_sü 160 bala bərabər olub,ortastatistik insanın intellekt kovsenti isə 100-120 arasında dəyişir.
Valideynləri öz yaşına görə qeyri-adi yaddaşı olan ogullarının bu qabiliyyətini 4 yaşında görüblər.Əlifba kərpicləri ilə oynayanda uşaq konkret hərfin nə rəngdə olduğunu yadda saxlayırmış.

3 ay bundan əvvəl uşaq 1sıra İQ testlərindən keçib və nəticədə məlum olub ki,O fotoqrafik yaddaşlı Dahidir.

Rəqəmləri və onların ardıcıllıqlarını yadda saxlamaq Pranavın xoşuna gəlir.Uşaq baxçasının başlanğıc qrupunda tərbiyəçilər maraq üçün uşaqdan tam ədədləri bölməsini və saatın neçə olduğunu deməsini istəyirmişlər.Artıq hazırlıq qrupunda o miliona qədər saya bilirmiş.

Belə göstəricilərlə təhsil almaq 6 yaşlı Pranav üçün çox asan olacaq.O məktəbi eksternlə də bitirə bilərdi.Amma valideynləri buna tamamilə qarşı çıxırlar.Onlar övladlarının”normal”,ünsiyyətcil və açıq uşaq olaraq böyüməsini istəyirlər.

Yeri gəlmişkən WUNDERKiNDiN atası elmlər namizədidir.Anası isə 2 Ali məktəbi əla qiymətlərlə bitirib:)


Best my life

Şərhlər: