Bilirsinizmi?

Herbert Hubom. O, bir almandır. 1939-cu ildə 13 yaşında ikən İslamı qəbul edən Hubom kiçik yaşlarında sıralarına qoşulduğu alman ordusunda işarələrlə namaz qılır, oruc tuturdu.

Yaşlı alman müsəlmanın xatirələri eşidənləri təəccübləndirir. Alman Məhəmməd Herbert Hubom 1939-cu ildə hələ 13 yaşında ikən İslamı qəbul edib.

Kiçik yaşlarında qəbul olunduğu alman ordusunda çox ağır dövr keçirdiyini deyən Hubom o günləri belə xatırlayır: ‘Mən namazlarımı işarə ilə qılırdım. Oruca isə niyyət edərək başlayır, ancaq heç kimə bildirməməyə çalışırdım’.

Uşaqlıq illərində dünya səyahətinə çıxmağı arzulayan Herbert Hitler iqtidarının ölkədən kənara çıxmağı çətinləşdirməsindən sonra arzusunu həyata keçirə bilməyəcəyini başa düşür, səyahət və macəra kitablarına, xüsusilə ‘Qəribə əcnəbi ölkələr’ adlı uzaq ölkələrin mədəniyyətlərinə aid kitablara maraq göstərməyə başlayır.

İsveçrənin Bonn şəhərindəki evində həyat hekayəsini jurnalistlərə danışan Herbert ‘Qəribə əcnəbi ölkələr’ kitabında ən çox ərəb dünyasın onun marağını cəlb etdiyini deyir. Yaşının çox olmasına baxmayaraq, oruclarını tutan Herbert kasıblara qarşı şəfqət duyğusunu hiss edə bilmək üçün aclıq hissini dadmaq istədiyini qeyd edir.

Keçmiş jurnalist olan Herbert Hubom uzun ilər İslam təşkilatlarında diplomat vəzifəsində işlədiyini bildirir. 1926-cı ildə protestant ailəsində anadan olan Herbert hələ gənc yaşlarında öz-özünə: ‘özbaşına qaldığı zaman günahlarından xilas olmağa gücü yetməyən və bir xilaskara ehtiyac duyan varlığı Allah nə üçün yaradıb’ * deyə mütəmadi olaraq fikirləşərdi.

Hələ uşaq ikən məscidlərin birində müsəlmanlarla ünsiyyət yaradan Herbert İslamda Allah ilə insan arasında bir vasitəçinin qəbul edilməməsi və müsəlmanlar arasındakı qardaşlıq ruhunun ona çox təsir etdiyini deyir.

Herbert 10 yaşında olarkən Almaniyada 1933-cü ildən etibarən iqtidarda olan faşist partiyasının ideyalarından nifrət etdiyini deyərək, ‘Mənim dünyamda azadlıq var, mənim dünyamda rasizmin qanunlarına heç bir yer yoxdur’ * deyə qeyd edir.

O, nə üçün İslamı qəbul etdiyi ilə bağlı suala cavabında: ‘Bunun heç bir açıqlaması ola bilməz. Ancaq Allah dilədiyinə hidayət verər’ ayəsini oxumaqla kifayətlənir.

Herbert Pakistan, İndoneziya, Şri-Lanka, Sinqapur, İordaniya, Misir və Səudiyyə Ərəbistanını dolaşarkən əldə etdiyi ilk Qurani-Kərimi hələ də saxlayır.

1943-cü ildə Almaniya Dəniz Qüvvələrinə qoşulan Herbert ö dövrlə bağlı bunları qeyd edir: ‘O zaman oruc tutmaq mümkün deyildi. çünki bu, ölkənin müdafiə prinsiplərinə zidd idi. Mən, gündəlik namazlarımı ayaqüstə qılırdım’.

Məhəmməd Hubom sözlərinə belə davam edir: ‘Burada, yəni Qərbdə İslam dinində haram hesab edilən bir çox şey mövcuddur. İnsanlar sözdə rəfah içərisindədirlər. Ancaq bu qədər maddiyatla məşğul olmanın yıxıcı təsirlərindən söhbət gedir. Biz alman müsəlmanlar olaraq oruc kimi dini əmrləri yerinə yetirərək, digərlərinə Allahın razılığı naminə bir çox istək və həvəsdən vaz keçə bilməyimizi, əvəzinə isə çox dəyərli şeylər əldə etdiyimizi göstərməliyik. Bizim alman vətəndaşlarına göstərəcəyimiz yol və həyat tərzi onları daha gözəl bir dünya qurmağa istiqamətləndirən yol olmalıdır’.

Şifrəli məktublar: bir dəfə Herbert alman müsəlmanlara ərəb dilindən istifadə edərək, alman dilində yazdığı və rejimi tənqid etdiyi məktublarına görə, rəhbərlik tərəfindən mərkəzə çağırılır. Şifrəli mesajlar şəklində yazılan məktublardan dolayı hərbi məhkəməyə verilmə təhlükəsi ilə qarşı qarşıya qalan Herbert son anda əfv edilir.

Məhəmməd II Dünya müharibəsindən sonra Berlin məscidlərinin birində imamlıq etməyə başlayır. Daha sonra o, 1956-cı ildə Pakistana yollanır. Burada ‘İslamın Səsi’ jurnalında öz yazıları ilə çıxış etməyə başlayan Məhəmməd orada ilk həyat yoldaşı ilə tanış olur və onun iki övladı dünyaya gəlir.

İstər ticarət, istərsə də mədəniyyət sahəsi üzrə attaşe kimi otuz ildir ki, İslam dünyasını gəzib dolaşan Herbert müxtəlif araşdırmaların, məqalələrin müəllifidir. Bir çox beynəlxalq islam institutu ilə əlaqələri olan Herbert saysız-hesabsız medal və nişanlarla təltif edilib.


HosT (aLLiAnCe)

Şərhlər: