Yalniz Azərbaycanda

Yalnız bizdə maşınları “Qab pastası” ilə yuyub, təkərləri isə “naşərabla” qaraldırlar..
Yalnız Azərbaycanda metropalitendəki qatarın maşinisti mikrafonla “Monqol! Qapını burax” deyə bilər..
Yalnız Azərbaycanda qadın xeylağı əgər maşın sürürsə “O evdə qaldı” deyirlər..
Yalnız Azərbaycanda Mərdakana xaş yeməyə hansı məsləhətli araqla getmək olar sualına cavab olaraq “Nə danışırsan Hacı Rövşən elə təmiz araq verir ki şəhərdə beləsini tapa bilmərsən..” deyirlər..
Yalnız Azərbaycanda polislər yeni BMW ilə küçədə dururlar.. Hansı ki, misal olaraq britaniyanın polisləri köhnə Vauxhall ( Opel ) Astra ilə vızv olanda yola çıxırlar..Həyatın səviyyəsini fərqləndirməyə ehtiyac yoxdu..
Yalnız Azərbaycanda günün “ças pik” vaxtı ağzına kimi sərnişinlə dolu olan avtobusun sürücüsü daha 3-4 nəfər götürməkçün “Bir az ortaya keçin, orta ki bomboşdu” deyə çığırır..

Yalnız Azərbaycanda “nə var nə yox ?” sualına cavab alandan sonra yenə “başqa nə var nə yox ?” sualını verə bilərlər..
Yalnız Azərbaycanda “centlimen” dayanacaqda dura – dura eyni vaxtda bir neçə işi
1. Tum çıtdaya,
2. Mobil telefonla danışa,
3. Hansısa qıza göz vura bilər…
Yalnız Azərbaycanda maşınla “protiv” çıxıb “abqon” eləyəndə təəccüblə sola baxıb sənin özünü də “abqon” edən sürücünü görə bilərsən..
Yalnız Azərbaycanda, dünya görmüş, bir neçə xarici ölkədə olmuş, həmişə torqovıdan alınmış bahalı kostyum qalstukla gəzən kişi, yenə də ağ corab geyinməyi davam edir..
Yalnız Azərbaycanda nə səsi, nə sluxu olan və yeni başlamış müğənni bahalı klip çəkə bilə və onu birinci kanalda reklam vaxtı yayımlaya bilər..Jurnalistərin “sizin musiqidən təhsiliviz var?” sualına cavab olaraq “mən yalnız özümçün oxuyuram” verə bilər..
Yalnız Azərbaycanda insanda Mersedec 600 ola – ola yenə tökülmüş evdə yaşamağı davam edə bilər.. =))
Yalnız Azərbaycanda “şərikli vəzifə” anlayışı var..
Yalnız Azərbaycanda ərəb dilini bilməyən mollaya rast gələ bilərsiz..
Yalnız Azərbaycanda “kişinin qarnı olar” deyirlər =))
Yalnız Azərbaycanda “Canın başın” sualına “Həkim zadsan ?” cavabını verə bilərlər..
Yalnız Azərbaycanda “geydirmə Hacı” anlayışı var..
Yalnız Azərbaycanda tez ayrılmaq üçün “qardaşım başqa bir qulluq” deyə bilərlər..
Yalnız Azərbaycanda əvvəl “İdman Naziri” işləyən nazir soradan “Mədəniyyət Naziri” ola bilər..
Yalnız Azərbaycanda oğlan qızla qucaqlaşaraq Şəhidlər Xiyabanında gəzə bilərlər. Və əbədi məşəlin qarşısında heçnədən çəkinmədən öpüşərək yaddan çıxarırlar ki, orda yatan şəhidlər onlara görə canlarından keçib..
Yalnız Azərbaycanda iri həcmli məlumatları böyük vərəqlərə çap edib saxlayırlar..Ancaq eyni həcmdəki elektron məlumatı kompüterdən yer tutmasın deyənə pozurlar..
Yalnız Azərbaycanda “Zəif Bənd” verlişində İnyazın “İngilis dili” fakultəsinin tələbəsi “Hansı meyvə Apple firmasının logopiti ola bilər ?” sualına “kaktus” cavabını verə bilər..
Yalnız Azərbaycanda qonaqların evdən çıxan zaman ev yiyələri ilə koridorda söhbətləri elə qızışa bilərlər ki, onlar yenidən stol arxasına qayıda bilərlər.
Yalnız Azərbaycanda 28 May metrosunda içəridəki tabloda “Tunelə şəp-şəpi vər digər ayaqqabı ilə girmək qadağandır” cümləsi yazıla bilər..
Yalnız Azərbaycanda hüquqşunaslıq fakültəsini – “prokurorluq”, tibb fakültəsini isə – “doktorluq” adlandırırlar..
Yalnız Azərbaycanda bazarda niyə belə baha satırsan sualına satıcı: “Məndə halal maldı” cavabını verə bilər..
Yalnız Azərbaycanda avtobus sürücüsü toydan olan kaseti qulaq asır və azmış kimi səsini artıra bilər..
Yalnız Azərbaycanda öz hüquqlarını qoruyan insanı “demoqoq” adlandırırlar..
Yalnız Azərbaycanda axır vaxtlar bəzi insanlar dəfn mərasimində dəfn olunan insan barəsində “bunun canı qurtardı bəs biz ??” deyirlər..
Yalnız Azərbaycanda əcnəbi aeraporta enəndə düşünə bilər ki, mən düz yerə uçmamışam..Çünki təyyarədən düşən zaman ilk gördüyü “Welkom to Azercell” reklamı olur..
Yalnız Azərbaycanda maşına quraşdırılmış aparaturalar maşının öz qiymətindən baha ola bilər..
Yalnız Azərbaycanda elə buxalter tapa bilərsən ki, hesablamanı Exceldə etməmişdən qabaq onu kalkulatorda edir

HosT (aLLiAnCe)

Şərhlər:

  1. meymunka dedi ki:

    xaxa supeeeerrrr xaxa xaxa xaxa
    Yalnız Azərbaycanda gьnьn ”зas pik” vaxtı ağzına kimi sərnişinlə dolu olan avtobusun sьrьcьsь daha 3-4 nəfər gцtьrməkзьn ”Bir az ortaya keзin, orta ki bomboşdu” deyə зığırır..

    Yalnız Azərbaycanda ”nə var nə yox ?” sualına cavab alandan sonra yenə ”başqa nə var nə yox ?” sualını verə bilərlər..
    supeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeer dostik xaxa

  2. HosT (aLLiAnCe) dedi ki:

    hihihihihi

  3. VeFaSiz_Giz dedi ki:

    HosT (aLLiAnCe),

    nedendi xeber ? cray helper

  4. Бакинка dedi ki:

    ele pisdiyun azerbaycani nolub beyem) yaxwilari yazan yoxdue)

  5. fanya_ya dedi ki:

    Zor xabardi chox saq ol angel