Sevginin 10 sirri


alt

1. Birinci sirr – Sevmək düşünməkdir
– Sevgi düşüncədən başlayır
– Biz özümüzü düşüncələrimizdə əks etdiririk. Və sevgi haqqındaki düşüncələrimiz bizim sevgimizi və sevgi münasibətlərimizin yaradıcısıdır.
2. İkinci sirr- Sevmək hörmət etməkdir
Bir insanı sevmək üçün əvvəlcə ona hörmət etməyi bacarmaq lazımdır.
– Bundan əvvəl isə özünə hörmət etməyi bilməlisən.
3. Üçüncü sirr – Sevmək özündən hədiyyə verməkdir
– Əgər siz xəyal etdiyiniz ( arzusunda olduğunuz ) sevgini qazanmaq istəyirsinizsə əvvəlcə öz sevginizi verməyi bacarmalısınız. Sevginizi nə qədər çox versəniz, bir o qədər çox sevgi alacaqsınız.
– Sevmək – heç bir qarşılıq gözləmədən özündən sevdiyinə pay verə bilməkdir.
– Sevginin gizli sirri ondadır ki, heç vaxt ondan nə ala biləcəksiniz deyə düşünməyin, hər zaman sevdiyinizə nə verə biləcəyinizi düşünün.
4. Dördüncü sirr – Sevmək dostluqdur
Təmiz sevgiyə sahib olmaq üçün əvvəlcə həqiqi dostluğa sahib olmaq lazımdır.
– Sevmək bir-birinə baxmaq deyil, sevmək həyata bir yerdə eyni gözlə baxmaqdır.
5. Beşinci sirr – Sevmək toxunmaqdır
– Toxunma – sevginin ən böyük göstəricilərindən biridir – maneələri aradan qaldıran və münasibətləri möhkəmləndirən.
– Toxunma – fiziki və mənəvi ruh halını dəyişərək insanları sevgiyə daha çox bağlayır.
– Toxunma – cismin dərmanı, ürəyin atəşidir. Sevdiyini qucaqlamaq üçün qollarını açdığın zaman ona ürəyini açırsan.
6. Altıncı sirr – Sevmək azadlıq verməkdir
– Əgər bir insanı sevirsinizsə azadlığını əlindən almayın.
Əgər o sizi həqiqətən sevirsə harda olur olsun və nə olur olsun sonda sizin yanınıza qayıdacaq və sizinlə olacaq, əgər bunun əksi olarsa, demək ki, o sizin deyil və heç vaxt da olmayıb.
– Ən güclü sevgilərdə belə insan bir az da olsa öz azadlığını istəyir.
– Sevib xoşbəxt olmaq istəyirsənsə qorxulardan azad olmağı bacarmalısan.
7. Yeddinci sirr – Sevmək ünsiyyətdir
– İnsan düzgün ünsiyyət qurduğu an həyat daha gözəl olur.
– Sevmək – sevdiyin insanla düzgün ünsiyyət qurmağı bacarmaqdır.
– Sözlərinizlə, hərəkətlərinizlə sevdiyiniz insana onu sevdiyinizi və ona dəyər verdiyinizi göstərin.
– Heç vaxt bu möcüzəli 3 kəlməni deməkdən çəkinməyin: “Mən Səni Sevirəm”
– “Sevirəm” sözünün müqəddəsliyini və saflığını həqiqətən sevəcəyiniz insan üçün qoruyub saxlayın.
– Və sevdiyinizi sabah sizinlə olmayacaqmış kimi sevib qədrini bilin.
8. Səkkizinci sirr – Sevmək sədaqətdir
– Sevginizin səmimi və saf olmasını istəyirsinizsə sevdiyiniz şəxsə hər zaman sadiq qalın, bu sizin düşüncələrinizə və münasibətlərinizə müsbət təsir göstərəcəkdir.
– Əbədi sevgiyə sahib olmaq istəyirsinizsə hər zaman bu sevgiyə sadiq qalmağı bacarın.
9. Doqquzuncu sirr – Sevmək hisslərini göstərə bilməkdir
Aşiq olduğunuz zaman keçirdiyiniz hisslər sevginizi sönməyə qoymayan atəşdir.
– Sevgi hissi insanda hər zaman ruh yüksəkliyi və xoş əhval-ruhiyyə yaradır.
10. Onuncu sirr – Sevmək etibar etməkdir
– Etibar etmək – sevgi münasibətlərində ən mühüm rola malik olan hissdir. Etibar hissi olmayan insan hər zaman şübhə içində yaşayır və qarşısındakı insanın da həyatını zəhərləyir.
– Tam etibar etmədiyin birini sevmək mümkün deyil.


Sevmək möhkəmcə bağlanmaqdır, sarılmaqdır, toxunulduğu an ürək döyünməlidir.

Bunun adı eşqdir, xoşbəxtlikdir, ümiddir, səadətdir . . .

Fidaska

Şərhlər:

  1. МиниК_Сердце dedi ki:

    applause спасибо

  2. EttO dedi ki:

    . Birinci sirr – Sevmək dьşьnməkdir
    – Sevgi dьşьncədən başlayır
    – Biz цzьmьzь dьşьncələrimizdə əks etdiririk. Və sevgi haqqındaki dьşьncələrimiz bizim sevgimizi və sevgi mьnasibətlərimizin yaradıcısıdır. twk

  3. Fidaska dedi ki:

    thanks you menim dostiklerim…………… twk

  4. RED DEVIL dedi ki:

    Heз vaxt bu mцcьzəli 3 kəlməni deməkdən зəkinməyin: \"Mən Səni Sevirəm\"
    – \"Sevirəm\" sцzьnьn mьqəddəsliyini və saflığını həqiqətən sevəcəyiniz insan ьзьn qoruyub saxlayın. applause

  5. Ayselka dedi ki:
    Heз vaxt bu mцcьzəli 3 kəlməni deməkdən зəkinməyin: "Mən Səni Sevirəm".cox sagol
  6. Cristi dedi ki:

    cox sagol canim

  7. KIVANC dedi ki:
    [img]https://forgenc.net/uploads/posts/2010-07/forgenc.net_nero_7_ultra_edition-4
    5110-1.jpg[/img]
  8. New_Moon dedi ki:

    . Birinci sirr – Sevmək dьşьnməkdir
    – Sevgi dьşьncədən başlayır
    Sagolun Xebere Gore

  9. BalaM dedi ki:
    Fidaska xebere gore cox sagol give_rose
  10. gulshan dedi ki:

    – Heç vaxt bu möcüzəli 3 kəlməni deməkdən çəkinməyin: "Mən Səni Sevirəm"

    cox saq ol ellerine saqliq

  11. Leonel-207 dedi ki:
    sevmek sevilmek gozeldir qarwiliqli olarsa…sevgini izah etmek mumkunsuzdur…sevgi 1+1=1 helli olan riyazi mentiqdir…sevgi heyatdir,sevgi sudur,nefesdir bir sozle qisacasi SEVGI HERWEYDIR…sozsuz ki bele yazdim tek kimise sevmekden getmir anaya sevgi,ovlada sevgi,vetene,baciya,qardawa sevgi,dosta sevgi….xebere gore cox sag ol…
  12. fanya_ya dedi ki:

    Maraqli idi chox saq ol