18 yaşlı azərbaycanlı qız dəhşətli ağrılar içində can verib

Elvira Cəfərovanın anası Arifə Cəfərova: “Gecəni birtəhər keçirtdik. Səhər tezdən isə gördük ki, uşaq artıq göyərməyə başlayıb. Mən zəng edirdim, onlar isə mənimlə danışmaq belə istəmirdilər. Sonra mən hönkürməyə, yalvarmağa başladım”.

Tez-tez zəng edilməsi “təcili yardım”ın növbətçisinin “zəhləsini töküb”. Atasi bildirir ki, artıq telefon xəttinin o biri başında onu ciddiyə almırlarmış.

Elvira Cəfərovanın atası Eldar Cəfərov: “Mən yenidən dəfələrlə onlara zəng etdim. Amma “Jukov küçəsi” deyən kimi axıra qədər qulaq asmadan dəstəyi atırdılar”.

Nəhayət, Cəfərovların evinə başqa – daha savadlı həkim gəlib. O, daha dəqiq diaqnoz qoyaraq uşağın xəstəxanaya aparılmasının vacib olduğunu bildirib və reanimobil çağırıb. Elviranı xəstəxanaya aparsalar da, artıq gec olub. Onu hələ 24 saat əvvəl xilas etməyə başlamaq lazımmış. Artıq xəstəxanaya çatdırılandan 1 saat sonra Elvira keçinib. Valideynlərinə isə bildiriblər ki, Elvirada çox kəskin formada ikitərəfli pnevmoniya olub.

Cəfərovlar ailəsinin qonşusu Raisa İsmatova: “Qız artıq ağrılardan qışqırırdı! Mən “təcili yardım” gələnə qədər onun əlini öz əlimin arasına alanda, barmaqlarının soyuduğunu hiss etdim”.

Elviranın valideynlərinin uzun müddət və nəticəsiz şəkildə zəng etməyə çalışdıqları “təcili yardım” bölməsində baş verəni şərh etməkdən imtina edirlər. Deyirlər ki, bütün sualları baş həkimə ünvanlamaq lazımdır. Amma o da susmağa üstünlük verir.

Elviranın qohumları və tanışları onunla Santk-Peterburqun 26 saylı şəhər xəstəxanasında vidalaşıblar. Elvira Cəfərova Azərbaycanda dəfn eiləcək. Bundan sonra onun valideynləri etinasız və savadsız həkimləri məhkəməyə verməyə hazırlaşırlar.

HosT (aLLiAnCe)

Şərhlər:

  1. meymunka dedi ki:

    bunu da oxumushdum eee dostik amma cox sag ol ok

  2. IzYuMinKa dedi ki:

    ujassssss…. cray

  3. Leonel-207 dedi ki:

    ALLAH REHMET ELESIN.

  4. QEMLI_GECE dedi ki:

    cox sagol xebere gore