Reklam çarxı üçün poz verən prezidentin qızı indi də prezident olmaq istəyir

Rumıniya prezidenti Trayan Baseskunun 28 yaşlı kiçik qızı Elen də atasının yoluyla gedərək, siyasətə atılmağa hazırlaşır. İyun ayında keçiriləcək Avropa Parlamenti seçkiləri üçün namizədliyini verəcəyini açıqlayan Elen ölkədə qızğın müzakirələrə səbəb oldu. Siyasi təcrübəsi olmayan Elenin Liberal Demokrat Partiyanın da, ölkəsinin də adını batıracağını söyləyənlər onun namizədliyinə qarşı çıxır.

Ölkə prezidenti Trayan Basesku isə bu tənqidlərə bir reportajında
“Qızım düşündüyünüzdən xeyli ağıllıdır” deyə cavab verdi.
Elenə qarşı olanlar “o bizi Avropa Parlamentində, yoxsa bloglarda, ya internet saytlarında təmsil edəcək?”, “Avropalı millət vəkillərinə moda, qəribə saç düzümləri və ya 5 mm-lik pomada layı haqqında dərsmi verəcək” deyə suallar verirlər.
Gənc siyasətçiyə tənqidlər bütün kəskinliyi ilə davam edərkən, qəzetlər onun bu addımının taleyüklü ola biləcəyini yazırlar: “Onun namizədliyi… ya siyasi ehtiraslarından əl çəkməsinə, ya da onu tənqid edən hamımıza … yanıldığımız sübut etməyə kömək edəcək

HosT (aLLiAnCe)

Şərhlər: