Biliyinə güvənənlər üçün

1.Hər hansı bir səhralıqda ağac var və bu ağacın başında bir QIZ əyləşib . Qız danışa bilmir yalnız YOX sözünü deyə bilir.Bir oğlada ac gələrək qıza HANSI SUALI versinki qız ona YOX desin və oğlanda almalardan dərib yesin ?!

2.Oğlanla qız bir birilərini dəli kimi sevirlər . Onlar dünyanı gəzməyə çıxırlar . Dünyanın ən hündür zirvəsində durub söhbət edərkən qız oğlana deyirki mənə olan sevgivi necə sübut edərsən ?
Zirvənin başında oğlan qıza 1 yalnız 1 söz deyir ve qızın ürəyi dözməyib oğlanı qucaqlayır və həmin yerdən uzaqlaşırlar.
O SÖZ NƏDİR ?


3.Dəyirmanda Dəyirmançıyla qızı , dənçiynəndə arvadı dən üyüdürdü . Və onlar ACDILAR . Üyütdükləri undan götürüb 3 çörək bişirdilər . Hərəsinə biri çatdı . Necə olduki DƏYİRMANÇI , QIZI , DƏNÇİ və ARVADI hərəsi 1 çörək götürdü ?
Axı çörək 3 dənə idi ??

4.Bir Rus qadın Azərbaycana gəlir . Hava limanında 1 taksiyə əyləşir . Və sürücüyə deyirki məni BAKININ ən gəzməli yerlərini gəzdir . Taksi sürücüsüdə elə edir . Axşam düşür qayıdırlar hava limanınaki qadın qayıtsın Rusiyaya . Qadın taksiden düşərkən taksi şoferi ondan soruşur . XANIM BAKIDA NƏ XOŞUNA GƏLDİ ?
Qadın heç nə demir taksinin pulunu verib düşür . Ama düşəndə kağıza 13 61 hərfini yazaraq sürücüyə deyirki bu hərifin mənasını tapsan mənlə əlaqə saxla mən sənə 1 milyon dollar göndərəcəm . Kağızı verir və gedir .
Sürücü isə bütün hamıdan bu rəqəmin mənasının nə olduğunu soruşsada heçkim bilmir .
Bir gün gecə küçədə gəzərək fikirləşirki görən bu nə deməkdir ? Birdən təsadüfən bir ALKAŞLA rastlaşır . Və alkaşa deyirki a qardaş bəlkə sən bu rəqəmin mənasını bilərsən . Alkaş diqqətlə baxaraq onun mənasını deyir . Və cavab qadına göndərilir və milyonu əldə edir .

Kim deyər bu rəqəmin mənası nədir ?

5.Görürsən almırsan , Alırsan geyinmirsən , Geyinirsən görmürsən .

Bu nədi ?

6.1 gün 1 qəssabın bazarda pulunu oğrayırlar . Qəsab qalır pis vəziyyətdə amaki iş yoldaşlarından şübhələnir . Və gedim Nizami Gəncəviyə deyirki ay Nizami bəlkəm sən mənə kömək edə bilərsən pulumu tapmağa . Nizami gəlir dükana və bütün işçiləri yığır bir yerə sonra isə qəssaba deyirki mənə 1 fincan su gətir .
Qəssabda 1 fincan su gətirir .
Və bu suyun köməyi ilə Nizami qəssabın pullarını tapır və Oğru dükandan qovulur .

Kim deyər Nizami bunu necə edir ??

7.Maşın saatda 140 ilə hərəkət edir .

Hansı təkəri hərəkətsiz olur ?

8.Təyyarə limanda olarkən 65 sərnişin götürərək səmaya qalxdı. Səmada sərnişinlərin sayı oldu 66 .


Kim deyər niyə ?

9.O hansı heyvandırki ayağı başın yuxarıdadı ??

10.Arpa yemir, saman yemir amma heyvan kimi anqırır…!!!

Kim deyər bu nədi..??

11.Min dənə dili var ama bir dənə ağzı var . Gah belə deyir gahda elə..


Kim deyər bu nədir..??

12.Yerimir , Ammaki başını kəsən kimi yeriyir …

Kim deyər bu nədir…???

13.Bir gün ər arvad kinoteatra gedirlər kişinin yuxusu gəlir elə orda da yatır içəri isti olduğundan arvad çantasından yelpiyi çıxarıb özünü yelləyir kişi də həmin vaxt yuxuda görür ki cəllad onun boynunu vurur və həmin vaxt arvadın yelpiyi kişinin boynuna dəyir və kişidə deyir bəlkə yuxusu gerçəkdir doğurdanda cəllad boynunu vurur və elə orada da kişi ölür.


Bu sualda məntiqi səhv hardadır ?


14.Bütün gün boyu eyni sualı verib də fərqli fərqli cavab aldıgımız sual hansıdır?


15.Qayıqda üç kişi var imiş,elə olur ki,sərt hava şəraitindən qayıq çevrilir,qayıqdakılar suya düşür ,bu kişilərdən ikisinin saçı yaş olur.amma birininki yox.

Sizcə niyə?


16.1 qız gül bağçasında gül dərən yerdə gülə dönür. Oğlan hansı gülün qız olduğunu tapsa, gül yenidən qıza dönəcək.

Hansı gülün qız olmasını oğlan necə tapsın?


17.Kəndə gedən yolun qırağı çay daşlarıyla düzəlib, axund da oturub ağacın altındakı daşın üstündə. Bu vaxt 1 oğlan qaça-qaça gəlir, axunda deyir ki, arxadan gələnlərə yerimi demə. Sonra 1 neçə adam gəlir, axunddan oğlanı soruşur. Axund nəsə deyir, amma nə oğlanı satır nə də yalan danışır.


Axund nə deyir?


18.2 Yol polisi yola nəzarət edir. Qırmızı işıq yanır, amma taksi sürücüsü yolu keçir. Polislər də onu saxlamır.

Niyə?


19.Saat nə qədər işləyir ?

20.Krandan su gəlir, ondan sonra nə gəlir?

21.Bakıdan Gəncəyə gedən bir avtobus sürürsünüz . İlk dayanacaqda 15 nəfər minib 7 nəfər düşür . Sonra yenə sürürsünüz və yenədə 3 nəfər düşüb 8 nəfər minir . Və bir azda yol gedildikdən sonra 19 nəfər minib 12 nəfər düşür , nəhayət sonuncu dayanacaqda heç kim düşmür.


Kim deyər sürücünün gözlərinin rəngi nə rəngdədir..???:


22.Sən çox qiymətli və sirrli bir əşyanı gizlincə və təhlükəsiz halda dostuna göndərmək istəyirsən. Bu əşyanı qoymaq üçün sənin bir qutun var. Bu qutunun bir neçə qıfılı və hər qıfılın öz açarı var. Amma sənin dostunun bu qıfılların heç birinə uyğun açarı yoxdu. Və əgər sən qutuyla birgə qıfılın açarınıda göndərsən yolda qutunu açıb sirrdən xəbərdar ola bilərlər.


Belə olan halda bu əşyanı dostuna necə göndərə bilərdin?


23.Bizə aid olduğu halda başqalarının istifadə etdiyi şey nədir…?


24.Kəndin ağsaqqalı sakinlərə bir neçə il əvvəl qonşuluğda olmuş bir hadisəni danışır. Hadisə belə olub: Bir həkim yuxusunda gecə yarısı qonşu kəntdən qayıtdığını görür. Meşənin yanından keçəndə bir qadının yolda durub ona əl elədiyini görür. Qadın onuda maşına götürməyi xaiş edir və bunlar yollarına davam edirlər. Qəbirstanlığın yanından keçəndə qadın kişidən saxlamağı xaiş edir və qəbirstanlığa tərəf gedir. Kişi xeyli gözləyir qadın gəlib çıxmır və nəhayət maşından düşüb onun dalınca gedir. Gəlib görürkü qadın bir qəbirin yanında oturub nəsə eləyir. Sorşurki burda nə edirsən? Qadın qəfil çevrilir və deyir: “Ət yeyirəm!!!”. Kişi qorxudan yuxudan ayılır və ayılan kimidə ürəyi partlayıb ölür…
Ağsaqqal sözünü bitirir və sakinlər dağılışıb gedir.


Onun danışdığının düz olmadığını sübut edən səhvi tapin…


25.Bir jurnalist ekskluziv kluba girmək istəyir amma parolu bilmir. O qapının yanında gözləyir və müşahidə eləməyə başlayır.. Az sonra klubun üzvlərindən bir nəfər qapıya yaxınlaşır və qapını döyür. Qapıçı cavab verir “On beş”. Klubun üzvü “Beş” deyir və içəri buraxılır. Az sonra klubun ayrı bir üzvü qapıya yaxınlaşır və qapıçı “On səkkiz” deyir. Klubun üzvü “Səkkiz” deyərək cavab verir və içəri buraxılır. Bütün bunları müşahidə edən jurnalist hər şeyi anladığını düşünür və qapıya yaxınlaşır. Qapıçı “On dörd” deyərək jurnalistə mürəciət edir. Jurnalist isə cavabında “Dörd” deyərək cavab verir. Lakin içəri buraxılmır.


Sizcə qapıçı “On dörd” deyəndə jurnalist hansı cavabı verməli idi?


26.Butulkaya qəpik salınaraq ağzı tıxacla bağlanır.Butulkanı sındırmamaq və tıxacı çıxartmamaq şərtilə qəpiyi butulkadan necə çıxarmaq olar?

27.Bir gün polislər gəzirlər və bir otelin önündə qan içində bir adam görürlər və adama sənə nə oldu deyə soruşduqlarında, “Məni Beşinci mərtəbədən 167 nömrəli otaqdan Osman adında biri aşağı attı.” demiş və sonra ölmüş. Polislər tez beşinci mərtəbəyə gedib 167 nömrəlı otağa girmişlər, 4 nəfər poker oynayırmış.Heç nə soruşmadan “Osman sən həbs olundun” deyib Osman’ı tutmuşlar.


Kim deyər polislər 4 nəfərin içindən Osmanı necə tapdılar…

28.O hansı sözdür ki, Azərbaycan dilində həmişə səhv deyilir?

29.Bir qız bir məzarın başında oturub ağlayırmış. Soruşurlar: qızım niyə ağlayırsan. Qızda: ” Burda yatanın anası mənim anamın qaynanası olur” deyir.


Görəsən məzarda yatan kimdir?

30.İki qadın iki əsgərlə evlənirlər. Müharibə vaxtı əsgərlər xidmətlərinə qayıdırlar. Qadınların uşaqları olur. Aradan uzun illər keçir amma ərləri qayıtmirlar. Qadınlar yenidən evlənirlər və yenə uşaqları olur.
Bir gün qadınlar baxçada oturarkən qarşıdan iki adamın gəldiyini görürlər və deyirlərki: ” Bu gələnlər nəvələrimizin babaları, ərlərimizində atalarıdır.”

Görəsən bu qadınlar kimlərlə evləniblər?

31.Bir qocadan soruşurlar:”Sənin neçə yaşın var?”Qoca cavab verdi ki, mənim yüzdən çox yaşım var, ancaq cəmi 25 dəfə ad günü keçirmişəm.

Bu necə olur?

32.Mən heç kiməm…amma adım var…Gah böyüyürəm gahda kiçilirəm , bu səndən aslıdır .


Mən kiməm?

33.Siz qaranlıq bir otaqdasız.Əlinizdə bir kibrit var.Otaqda da 1 şam ,1 soba və 1 lampa var .Birinci hansını yandırarsız ?


HosT (aLLiAnCe)

Şərhlər:

  1. Admin dedi ki:

    20.Krandan su gəlir, ondan sonra nə gəlir?
    sonra yene desu gelir

  2. Best my life dedi ki:

    Sitat: Admin
    .Krandan su gəlir, ondan sonra nə gəlir?


    10 dan sonra 11 gelir

    31.Bir qocadan soruşurlar:\"Sənin neзə yaşın var?\"Qoca cavab verdi ki, mənim yьzdən зox yaşım var, ancaq cəmi 25 dəfə ad gьnь keзirmişəm.
    DEYIMDEE QOCANIN AD GUNU FEVRALIN 26 SINA DUSUR ONA GORE

  3. Crazy dedi ki:

    16 SUALIN CAVABI HER BIR GULUN UZERINDE SEH OLUR AMMA QIZ TEZE GULE CEVRIDIYI UCUN ONUN UZERINDE SEH OLMUR.
    25.aLTI DEMELIYDI CUNKI ONLAR HERFLERIN SAYINA GORE DEYIRDI

  4. Yeni urek dedi ki:

    6.kimin cok parsi olsa suyun icine atiyor ve su tashiyor.29.kizin babasi oluyor yani azerice atasi.30.Hayat arkadashlarinin babalari ile(atalari).31.Cunki,fevralin 29 da hayata gelmish.33.once kibriti yakarim.

  5. amaci14 dedi ki:

    OLAR ALMADAN YEMIYIM???? :))))))))

    33. KIBRITI…

    32. GOZ BEBEYI :))

    29.QIZIN ATASI.

    19.BATAREYASI OLENE KIMI.

    18.CUNKI,TAKSI SURUCUSU MASINLA YOX OZU PIYADA KECIR ONA GORE..

    15 CUNKI KECELDI.:))

    14.SAAT NECEDI???

  6. KirazMevsimi dedi ki:

    20.krandan su gelir ondan sonra ne gelir?
    gelin size basa salim cox asan olacaq:
    krandan su gelir 10dan sonra ne gelir
    ondan sonra 11 gelir