Özünüzdən çoxmu razisiniz?

alt

Suallar:

1. Sizcə əksər insanlar:

a) Dünyaya nahaq gəliblər, hara baxırsan axmaq və qabiliyyətsiz adam görürsən, hər addımda əl-ayağa dolaşırlar, onların əlindən lap bezmişəm.

b) Sizinlə ünsiyyətdən zövq alırlar.

c) Özü-özlüyündə yaxşı fərdlərdən ibarətdir.

d) Qarşısında öz daxili aləminizi açmağa dəyməz.

2. Adətən dostlarınızla necə salamlaşırsınız?

a) Onların salamlarını alıram.

b) Onları görərkən özüm salam verirəm.

c) Gülərək uzaqdan əl edirəm.

d) Hamı necə salamlaşır, mən də elə.

3. Başqa insanlarla yaxın ünsiyyət sizi bezdirirmi?

a) Çox bezdirir.

b) Bezdirmir.

c) Hər kəsin öz ürəyinə yatan müəyyən insanlar var ki, onlarla yaxın ünsiyyət zövq verir, digərləri ilə belə yaxın ünsiyyət saxlamağına dəyməz.

d) əksər hallarda bezdirir.

4. Deyirlər ki, yaxşı valideynlər ruhən bir az uşaq olmalıdırlar. Razısınızmı?

a) Xeyr, böyüklər elə böyük olaraq qalmalıdırlar ki, uşaqlar da onlardan ibrət götürsün.

b) Razıyam, amma bir az yox, daha çox ruhən uşaq olmalıdırlar.

c) Bəli, razıyam.

d) Razıyam, amma bu asan məsələ deyil. Uşağın çox şeyləri hələ dərk etmədiyini hər an onun üzünə vurmadan, uşaq dünyasını dağıtmadan özünü uşaq kimi aparmağı bacarmaq lazımdır.

5. Yerinə düşən zarafata ürəkdən gülə bilirsinizmi?

a) Baxır kim zarafat edir.

b) Əlbəttə, əgər özüm zarafat edərəmsə.

c) Zarafatı çox sevmirəm.

d) Əlbəttə.

6. Sərbəst, səmimi söhbətdə öz nöqteyi-nəzərinizi adətən, aşağıdakı formada ifadə edirsiniz:

a) Səni əmin edirəm ki, çox ciddi yanılırsan.

b) Xeyr, sən düz başa düşmürsən, hər şey heç də sən düşündüyün kimi deyil.

c) Mənə elə gəlir ki….

d) Mənim zənnimcə…

7. Hansı səbəbdən siz, kimsəsiz adada yaşamaqdan imtina edərdiniz?

a) Mənim orada nə işim var?

b) Əgər orada yaxşı kompaniya ilə birgə olsam, imtina etməzdim.

c) Yaxın ətrafımdakı insanları tərk etmək istəmirəm.

d) Birdən bütün həyatım boyu orada qalmalı olaram.

İndi isə cavablarınız arasında üstünlük təşkil edən variantı müəyyən edin və nəticələrlə tanış olun.

Cavablar:

“a” Siz lovğalıq, özündənrazılıq, özünəvurğunluq və ictimai nifrət etalonusunuz. Fikrinizcə, ətrafdakılar sizin kəsilən dırnağınıza belə dəyməzlər. Sizi narahat etmək qorxuludur. Öz səviyyənizə uyğun olmayan insanlarla ünsiyyət sizin üçün dözülməz, ləyaqətinizə qarşı təhqirdir.

“b” – Sizi heç cür lovğa adlandırmaq olmaz. İnsanlar arasında ayrı-seçkilik etmədən hamıya meyl göstərirsiniz. Bu sizin ziyanınızadır. Sadəlövhlüyünüz ətrafdakıları qane edir, çünki onlar sizinlə ünsiyyətdə özlərini gərgin hiss etmirlər. Hesab edirsiniz ki, sizə başqaları ilə münasibətdə məsafə saxlamaq lazım deyil, amma ətrafınızdakılar belə düşünmürlər.

“c” – Siz normal insansınız, qəlbinizə kənar müdaxilələri sevmirsiniz, lakin səmimiliyiniz və ünsiyyətcilliyiniz sizin bu məsələlərdə ifrata varmağınıza mane olur. Ətrafınızdakılar sizə şəxsi və peşəkar keyfiyyətlərinizə görə rəğbət bəsləyir. Səmimi hiss və həyəcanların açıq-aşkar təzahürü sizi narahat etmir.

“d” – Siz təkəbbürlü deyilsiniz, sadəcə olaraq çox müstəqilsiniz. Tənhalıqdan qorxmursunuz, öz ünsiyyətiniz sizə kifayət edir. Ətrafdakı insanlarla az maraqlanırsınız. Həddən artıq nəzakət və etiket sizi bezdirir, bununla belə insanlardan elementar hörmət tələb edirsiniz.

Nəticələrinizi bizimlə bölüşməyi və dəyərli fikirlərinizi bildirməyi unutmayın…

gulshan

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    sozun duzu bele weylere inanmiram…amma redakte edende sinadim 50%-i duz cixdi…eziyyete gore cox sag ol…
  2. jasminka dedi ki:

    ”d” – Siz təkəbbьrlь deyilsiniz, sadəcə olaraq зox mьstəqilsiniz. Tənhalıqdan qorxmursunuz, цz ьnsiyyətiniz sizə kifayət edir. Ətrafdakı insanlarla az maraqlanırsınız. Həddən artıq nəzakət və etiket sizi bezdirir, bununla belə insanlardan elementar hцrmət tələb edirsiniz.

    mene ele gelir ki, bu test duzdur

  3. fanya_ya dedi ki:

    Vse pravda chox saq ol

  4. Бакинка dedi ki:

    tskr… xebere gore… angel

  5. RED DEVIL dedi ki:

    MEN TESTI ELEMEDIM,CUNKI MEN BILIREMKI OZUMNEN RAZIYAM BUDA MENIM COX XOSUMA GELIR,COOOOOOOOOX SAGL

  6. МиниК_Сердце dedi ki:

    xeyir. ozumden razi deyilem. menim ozunden razi olan insanlara nifret edirem

  7. New_Moon dedi ki:

    7. Hansı səbəbdən siz, kimsəsiz adada yaşamaqdan imtina edərdiniz?
    c) Yaxın ətrafımdakı insanları tərk etmək istəmirəm.
    Sagolun

  8. morgan dedi ki:
    men ozum tekebburlu insan deyilem
    amma menim de bezene olur ki kimlerinse yaninda ozumden asili olmayaraq muhiteuygun xasiyyetim deyishilir
  9. ADMIRAL-711 dedi ki:

    emeye hormet sebrim catmadi+))

  10. Melekcik dedi ki:

    indi vaxtim yoxdu eleyerem sora..eziyyete gore cox sagol

  11. DaRk_AnGeL dedi ki:

    coxda bele weylere inanmiram

  12. N_I_C_L_E dedi ki:

    ”d” – Siz təkəbbьrlь deyilsiniz, sadəcə olaraq зox mьstəqilsiniz. Tənhalıqdan qorxmursunuz, цz ьnsiyyətiniz sizə kifayət edir. Ətrafdakı insanlarla az maraqlanırsınız. Həddən artıq nəzakət və etiket sizi bezdirir, bununla belə insanlardan elementar hцrmət tələb edirsiniz..

    Bu bend chixdi..coox da duz chixmadi..xebere gore coox sag olun

  13. BEAUTIFUL_LIFE dedi ki:

    men hec bilmirem hansi cixdi.cunki 3dene D 3 dene C ve 1 dene B cixdi. D ve C arasinda qaldim

  14. ...::EMERALD::... dedi ki:

    MENDE C CIXDI.COXUYNAN RAZIYAM

  15. _Cinbala_ dedi ki:

    mende "C" bendi cixdi.bir coxunun oxsarligi var

  16. Optimist... dedi ki:

    maraqlidir…