Gulus deqiqeleri

alt


Əməliyyatdan əvvəl xəstə həkimdən soruşur:

– Doktor, əməliyyatdan sonra mən fleytada çala biləcəm?

– Sakit olun. Əlbəttə ki, çalacaqsınız.

– Mən heç vaxt fleyta çala bilməmişəm. Siz həqiqətən yaxşı cərrahsınız.


Xəstə həkimdən soruşur:

– Həkim, düz deyirlər ki, yer kökü görmə qabiliyyətin yaxşılaşdırır?

– Həqiqəti deyirlər! Heç nə vaxtsa eynəkli dovşan görmüsən?



Həkim xəstəyə deyir:

– Araq içməsən, ömrünü uzadacaqsan.

– Düz deyirsiz, doktor! Bir həftə içmədim, həftə mənə il qədər uzun göründü.


Dəlixanada dəlilərə pyes oxudulur.Oxuyub qurtarandan sonra dinləyicilərdən fikirlərini öyrənirlər.

Biri ayağa durub deyir: ”Pyes xoşuma gəldi. Ancaq orda personajlar yaman çox idi”.

Bu dəm sanitar içəri girib soruşur: ”Dəlilər, telefon kitabını kim götürüb?”


Yuxusuzluqdan əziyyət çəkən boksçu həkimin yanına gəlir. Həkim məsləhət verir:

”Yatmağa uzanandan sonra saymağa başlayın”.

Boksçu: – Yox, bu, mənlik deyil. Doqquza çatan kimi ayağa qalxıram.

– Niyə dərman içmirsiz?

– Dadı xoşuma gəlmir.

– Siz dərmanı için, elə hesab edin ki, konyak içirsiz.

– Yaxşısı budur konyak içim, elə hesab edim ki, dərman içirəm.

Xəstə (ümidlə): – Doktor, mən yaşayacam?

– Həkim (nəzakətlə): – Sizi ölümdən sonrakı həyat maraqlandırır?

Həkim xəstəyə iki dərman verir:

– Birini gecə yatmamışdan əvvəl qəbul edin. İkincini səhər – əgər ayılsanız.


– Doktor, xahiş edirəm, tez gəlin. Arvadımın kor bağırsağının ağrısı tutub!

– Narahat olmayın. İki il əvvəl arvadınızın kor bağırsağını kəsmişəm. Adamda ikinci dəfə kor bağırsaq ola bilməz.

– Düzdü, doktor. Ancaq adamda ikinci arvad ola bilər.

Həkim xəstənin yanına gəlib deyir:
– Xəstə, mənim Sizə iki xəbərim var * biri yaxşı, biri pis. Hansından başlayım?
– Doktor, yaxşı xəbərdən başlayın. – Bu xəstəliyə Sizin adınızı verəcəklər.

Fidaska

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    Yuxusuzluqdan əziyyət зəkən boksзu həkimin yanına gəlir. Həkim məsləhət verir:
    \'\'Yatmağa uzanandan sonra saymağa başlayın\'\'.
    Boksзu: – Yox, bu, mənlik deyil. Doqquza зatan kimi ayağa qalxıram.

    – Niyə dərman iзmirsiz?
    – Dadı xoşuma gəlmir.
    – Siz dərmanı iзin, elə hesab edin ki, konyak iзirsiz.
    – Yaxşısı budur konyak iзim, elə hesab edim ki, dərman iзirəm.

    roll roll cox sag ol uzunden guluw eskik olmasin…
  2. NeSKa dedi ki:

    Maraqli idi twk edirem cox sagol

  3. ...::EMERALD::... dedi ki:

    SUPER.THANKS

  4. Cristi dedi ki:

    Cox sagol baciw uzunden guluw eskik olmasin

  5. New_Moon dedi ki:

    Xəstə həkimdən soruşur:
    – Həkim, dьz deyirlər ki, yer kцkь gцrmə qabiliyyətin yaxşılaşdırır?
    – Həqiqəti deyirlər! Heз nə vaxtsa eynəkli dovşan gцrmьsən? roll

  6. gulshan dedi ki:

    Həkim xəstəyə deyir:
    – Araq iзməsən, цmrьnь uzadacaqsan.
    – Dьz deyirsiz, doktor! Bir həftə iзmədim, həftə mənə il qədər uzun gцrьndь. happy saq ol ellerine saqliq

  7. Fidaska dedi ki:

    cox sagolun fikirlerinizi bildirdiyiniz ucun

  8. МиниК_Сердце dedi ki:

    Həkim xəstənin yanına gəlib deyir:
    – Xəstə, mənim Sizə iki xəbərim var * biri yaxşı, biri pis. Hansından başlayım?
    – Doktor, yaxşı xəbərdən başlayın. – Bu xəstəliyə Sizin adınızı verəcəklər.