Son goruw

 

Yağışlı
bir gündə tanış olmuşdular. Oğlan onu çox sevirdi, ancaq qız onu heç
cürə başa düşmək istəmirdi. Bir gün balaca bir səhv üstündə küsürlər.
Oğlan elə bilirdi ki, barışarlar. Hardan bilərdi ki, qız onu
bağışlamıyacaq. Oğlan zəng edib üzr istəmək istəyəndə … qız onunla
danışmaq istəmədiyini bildirdi. Amma oğlan bunu heç istəmirdi. Çünki
onu çox sevirdi. Oğlanın onu nə qədər sevdiyini qız ağlına belə
gətirməzdi. Bir gün oğlan zəng edib ondan barışmasını istədi, ama qız
onu yenə bağışlamadı. Oğlan onunla görüşüb hər şeyi həll etmək istərkən
… qız razılaşdı. Oğlan çox sevindi, ama hardan biləydi qız bu görüşə
3 şərt qoyacaq. Nəhayət qız oğlana şərtlərini bildirdi:

1)Gəlməyəcəksən dalımca

2)Məni birdə görməyəcəksən

3)Zəng etməyəcəksən

Oğlan
birinci razılaşmaq istəmədi. “Onda bir daha üzünü görməyib səsini
eşitməyəsən” dedi qız. Oğlan çıxılmaz vəziyyətdə qaldı və razılaşdı.
Düşündü bəlkə könlünü ala bildim. “Son görüş ilk görüş ola bilər” deyə
… ancaq hardan biləydi ki, o son görüş günü onun həyatının son günü
olacaq. Oğlan çox düşünüb daşındı və o görüşə getməyi qərara aldı.

Səhər açıldı, yeni bir gün başlayırdı. Oğlan çox sevincliydi. Bir vərəq
götürüb son sözlərini yazdı. Əgər qız onunla barışmağı qəbul etməsə bu
vərəqi ona verəcəkdi. Vərəqdə: “səninlə ilk dəfə görüşdüyümüz gün doğum günüm oldu, ölüm günüm isə sən məni tərk etdiyin gün olacaq. Bağışla!!!” yazdı.
Oğlan evdən çıxdı, gül dükanına getdi və bir ədəd qızılgül aldı.
Hazırlıqlarını gördü və görüş yerinə üz tutdu. Nəhayət 39 günlük həsrət
sona çatdı. Oğlan qızla görüşdü. Və ilk görüşdükləri yerə getməyi
qərara aldılar. Oğlan barışacaqlarına ümid edirdi. Sahilə çatanda
oturub bir yerdə son söhbətlərini etdilər. Oğlan qızın əlindən tutub
onu bağışlamasını istədi, lakin qız heç bir söz demədi. Bir az gəzib
dolaşdılar, oğlan yenə barışaq dedi, qızdan səs çıxmadı. Oğlan hər şeyi
anlamışdı, son görüş olduğunu bilmişdi. Oğlan qızın əllərini tutub son
sözlərini deməsini söylədi. Qızın son sözü “hər şey bitdi” oldu. Oğlan
əlacsız qalıb vərəqi ona vermədi. Sağollaşdılar və yolları ayrıldı.

Qız evə gəldi və düşündü görəsən düz hərəkət edibmi, ama çox peşiman
oldu. Sən demə o da sevirmiş oğlan tək, ama deyə bilmirdi. Qız oğlana
zəng etməyi qərara aldı və etdi. Ama telefona cavab gəlmədi, artıq
qızın ürəyi döyünür, qorxurdu. Evlərinə zəng elədi ancaq evə
gəlmədiyini dedilər. Qız hər şeyi anladı, səbri tükənmişdi, hər şey
bitdi deyib yerə yıxıldı. Səhər yuxudan duranda qızın telefonuna mesaj
gəlmişdi. Oğlandan gəldiyini görüb çox sevindi. Mesaj: “Məni başa
düşməliydin…”. Ancaq son andan qız mesajın 2 gün bundan əvvəl
gəldiyini görəndə … oğlanın evinə zəng elədi. Anası götürdü telefon,
qız oğlanı olar deyəndə anası ağlaya ağlaya dünən gecə intihar edib
dedi… Anası əllərində bir vərəq var idi dedi. Qız soruşdu nə vərəq
deyə, nə yazılmışdı deyəndə anası dedi ki: : “səninlə ilk dəfə görüşdüyümüz gün doğum günüm oldu, ölüm günüm isə sən məni tərk etdiyin gün olacaq. Bağışla!!!”

Ayselka

Şərhlər:

  1. IzYuMinKa dedi ki:

    cooooox sag ol tesirlendiricoidirrr mda

  2. BLACK STAR dedi ki:

    exxx..(((((((((((( cry

  3. emrah dedi ki:

    coxxxxxxxxxxxxxxxxxxx xosuma geldi ama soraki pesmanciliq fayda vermez deyibler yerivar

  4. Optimist... dedi ki:

    Allah hec kime ayriliq qismet etmesin…

  5. Vildan dedi ki:

    Ölüm çarə deyil