Sokoladli bananli keks
ŞOKOLADLI BANANLI KEKS
Qeyd: Azərbaycanda “baking powder”ın olub olmadığından əmin deyiləm.
Əgər yoxdursa, bunun yerinə keksə sadəcə soda əlavə edin. Toplam 0.5
çay qaşığı soda kifayətdir.
Ərzaqlar
1 3/4 stəkan (245 q) un
1/4 stəkan (30 q) tünd kakao tozu
1 stəkan (250 q) şəkər tozu
1 çay qaşığı baking powder (səhf etmirəmsə, rusca buna pekarskiy poroşok deyirlər)
1/4 çay qaşığı soda
1/4 çay qaşığı duz
bir çimdik vanil tozu
3 yetişmiş banan (təxminən 454 qram), yaxşıca əzilmiş (təxminən 1 1/2 stəkan banan püresi əldə edəcəksiniz)
2 böyük yumurta, yüngülvari mikserlə və ya qaşıqla çalınmış
1/2 stəkan (120 q) qazın üzərində və ya mikrodalğalı sobada əridilmiş (bildiyiniz ərinmiş yağ deyil) və soyudulmuş kərə yağı
1/2 stəkan (55 q) xırda (noxud boyda) doğranmış qoz
1/2 stəkan (85 q) xırda (noxud boyda) doğranmiş tünd plitka şokolad
1. Sobanı 180˚C-dək qızdırın.
2. 23 X 13 X 8 santimetr ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın.
3. Böyük bir qabda un, kakao tozu, şəkər tozu, baking powder (bax: qeyd), soda, duz və vanil tozunu qaşıqla qarışdırın.
4. Başqa qabda əzilmiş banan, yumurta və yağı qaşıqla qarışdırın. Sonra
isə bananlı qarışığı unlu qarışığa əlavə edib qarışdırın. Əldə
etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Şəkildə
gördüyünüz kimi. Buna qoz və şokoladı da əlavə edib qaşıqla qarışdırın.
<!–
TBegin
–>
<!–
TEnd
–>
Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta yerində
55-60 dəqiqə ərzində bişirin. Keksin hazır olub olmamasını yoxlamaq
üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir
yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər
soyuduqdan sonra, onu formadan çıxardın. İstəyən keksin üzərinə şəkər
nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər. Bu keks
isti-isti də çox ləzzətli olur.
Yenilənib:
cox saq ol
oluremde kekscunde olsaydi ne yeyrdim
nam nam nam shishdim ee chox saq ol
bu deqiqe gedirem hazirlamaga…
ayyyy….cok tatli…..
VAAAUU MENCE LEZZETLI OLAR.BANALA SOKOLAD YAXSI GEDER