Aşağı Baxma!!!

alt

Həyat bir yoldur… Müxtəlif qapılarla zəngin bir yol. Hər qapı bir görüşdür. Sən öz qapını açırsan və bunun qarşılığında da bir qapı açılır, orada isə-sənin taleyin, sevgin, dostluğun, karyeran və ümumiyyətlə arzuladığın hər şey.

Sizin aranızda bir körpü var. Möhkəm, ya da dözümsüz, zərif körpü- hər kəsin özününkü…

Sən inamla, sevinclə sabaha doğru, sevginə doğru qaçırsan.

Və birdən uçurum, sənin sevdiyin insanın körpüsü yoxdu, ya tikməyib, ya da özü uçurub. Sən onun qisməti deyilsən. Bu onun seçimidir.

Qəzəb küləyi saçlarını dağıdır, yanmış ümidlərin közü gözlərini acışdırır, ümidsizlik yaşları gözlərinin qarşısını pərdə kimi örtür. Çiyinlərin həsrət və kədərin ağırlığına tab gətirə bilmir. Beynin deyilməmiş tələblər, sözlərin ağırlığı altında əyilir. Çarəsizlik, ümidsizlik burulğanına döğru sürüklənirsən.

Sən aşağı baxırsan, addım atırsan və aşağı mərtəbəyə düşürsən. Və orada yenə də bir yol boz, darıxdırıcı, yeknəsək.

Yenə bir qapı.

Sən onu açmağa çalışırsan. Lakin soyuq, ayrılmaz qorxu ürəyini zəncirləyib. Əllərin qapının cəftəsinə doğru uzanıb, lakin keçmişdəki ümidsizlik, inciklik yüklərinin ağırlığının təsirindən əllərin ona çata bilmir. Və sən bomboz tozu həyata keçməmiş arzularının küllərini məyus, qəmgin, sayıqlayaraq ayaqlarınla bir tərəfə yığırsan. Tənhalıqda Bütün qapıların yanında Həyat yolunun sonuna kimi…

STOP!!!

Həyat filmdir. Lenti əvvələ fırladırıq…

” Aha…. beləliklə sən uçurumun yanındasan, hansı ki, bir zamanlar möhkəm idi, çoxlu vədlər verirdi. Bəs nə etməli?”

Aşağı mərtəbəyə baxma, ətrafa boylan.

Budur sənin yeni görüş sevincinin buludu sənin sevginin isti şüası sənin sevincinin, qayğısız gülüşlərinin isti qığılcımları sənin zərifliyinin sərhədsiz okeanı sizin ürək dolusu söhbətlərinizin böyük, isti ocağı…sənin kömək olduğun insanların sənə qarşılıqlı sevgisi…

Yuxarıya bax. sevgi, minnətdarlıq axını səni qoynuna alır və sən yuxarı mərtəbəyə qalxırsan.

Və orada. Yeni bir yol işıqlı, aydın yumşaq qum dənələri sənin rahat addımlarının altında xışıldayır. Çiyinlərində isə Sevgi, İnam qanadları, Təcrübə, Bilik qalxanı.

Yeni bir qapı.

Sən onu qorxmadan açırsan…

Sonra? Sonra yeni görüş, yeni seçim sənin öz seçimin…

Hər kəsin özününkü olur

SADƏCƏ AŞAĞIYA BAXMA...

gulshan

Şərhlər:

  1. _Cinbala_ dedi ki:

    cox sagol xebere gore

  2. RED DEVIL dedi ki:

    COX SAGOL,MARAQLIYDI

  3. N_I_C_L_E dedi ki:

    ehhhhhhhhhhhhhhhhh…xebere gore cooox sag ol

  4. DaRk_AnGeL dedi ki:

    tewekkurler cox maraqli idi

  5. Leonel-207 dedi ki:

    xebere gore cox sag ol oxudum sonacan redkatede…heyat heqiqetende cox maraqli bir yoldur..

  6. New_Moon dedi ki:

    Yeni bir qapı.

    Sən onu qorxmadan aзırsan…

    Sonra? Sonra yeni gцrьş, yeni seзim sənin цz seзimin…

    Hər kəsin цzьnьnkь olur

    SADƏCƏ AŞAĞIYA BAXMA…
    Cox Sagol

  7. ...::EMERALD::... dedi ki:

    MARAQLIDIR SAG OL

  8. Cristi dedi ki:

    cox sagol baciw. superrrrr xeberdi

  9. ADMIRAL-711 dedi ki:

    Həyat bir yoldur… Mьxtəlif qapılarla zəngin bir yol. Hər qapı bir gцrьşdьr. Sən цz qapını aзırsan və bunun qarşılığında da bir qapı aзılır, orada isə-sənin taleyin, sevgin, dostluğun, karyeran və ьmumiyyətlə arzuladığın hər şey.

    tam raziyam.xeber lezzet eledi cox sag ol.

  10. BEAUTIFUL_LIFE dedi ki:

    twkler maraqlidi

  11. Crazy dedi ki:

    cox sag ol gozel xebredi