sevgi mektubu

 

Bəli
ilk sevgili unudulmaya bilər ama nə zaman? Məktəb illərində bir-birini
sevən insanlar çox vaxt məktəbi başa vurduqdan sonra bu əlaqəni davam
etdirmirlər və müəyyən müddətdən sonra artıq bir-birilərini tamam
unudurlar. Onların məktəbi bitirdikdən sonra yenə də bir-birilərini
sevməsi və hətta evlənməsi ehtimalı isə 1000-də birdir.

alt

Əsasən 1-ci, 2-ci, 3-cü və 4-cü sinifdə
uşaqlar sevginin nə demək olduğunu bilmirlər. Çünki, onlar sadəcə oyun
aləmində olurlar. Bu yaşlarda onların sevmə ehtimalı çox azdır. Amma
əgər bu yaşlarda aşiq olmusunuzsa bir az keçdikdən sonra onu təmamilə
unudursunuz. (çox vaxt belə olur)

alt

5-ci sinifdə oxuyanda insan elə bir yaş dövründə olur ki, istər-istəməz
onda bəzi dəyişikliklər olur, yaşadıqları hisslərin nə olduğunu
aydınlaşdıra bilmirlər və buna “sevgi” adını verirlər.Bir müddət sonra
bunun keçici həvəs olduğunu anlayanda çox vaxt peşmanlıq hissi
keçirirlər.

alt

6-cı, 7-ci siniflərdə də çox dəyişiklik olmur. Əvvəlki kimi həyatları
davam edir və nədənsə belə yaşlarda həyat onlara maraqsız gəlir.

alt

8-ci SİNİF. Ən nəhayət 8-ci sinif-insanın öz hisslərini cilovlaya
bilmədiyi ən mühüm yaş dövrlərindən biridir. Adətən bu yaş dövründə
insan əvvəlkilərə nisbətən daha möhkəm sevir, əvvəlkindən fərqli olaraq
O, sevdiyi üçün hər şeyi etməyə hazırdır. Sevdiyinin bir gülüşü və ya
ona tək bir kəlmə deməsi onun bütün bir gününün əla keçməsi üçün
kifayət edir. Adətən insan bu yaşlarda sevdiyi birini əvvəlkilərə
nisbətən daha uzun müddət sevir və unutmağı da çətin olur. Ona olan
sevgisi öldükdən sonra da onu həmişə xoş xatirələrlə xatırlamağa
çalışır. O artıq onu sevmir ama ona bir zamanlar bəslədiyi böyük
məhəbbəti heç unutmur.

alt

9-11ci siniflərdə insan sevgidən nisbətən uzaq olur. O, bu yaş dövründə
sakitliyə, dinc olmağa bir sözlə rahat yaşamağa üstünlük verir. Amma
bir şeyi də nəzərə almaq lazımdır ki, sevginin insana necə və nə vaxt
rast gələcəyini bilmək olmaz.
alt

Bu saydığım yaş dövrləri həmişə eyni olmur, mən sadəcə ümumi olaraq
yazdım. Məktəbdən sonrakı dövrdə artıq insan birini sevirsə bu barədə
ciddi düşünür.

Sevgi gözəl bir duyğudur. Amma yaşamasını bilənə.

alt

Bütün bunları mən ətrafımda olan insanların həyatını müşahidə edərək
yazmışam. Qaldı ki, öz fikrimə mənə görə “sevgi” deyilən bir şey
əslində yoxdur. Düzdür sevgi gözəldir, ama həqiqətdə isə o yoxdur.

Ayselka

Şərhlər:

  1. IzYuMinKa dedi ki:

    Bьtьn bunları mən ətrafımda olan insanların həyatını mьşahidə edərək yazmışam. Qaldı ki, цz fikrimə mənə gцrə \"sevgi\" deyilən bir şey əslində yoxdur. Dьzdьr sevgi gцzəldir, ama həqiqətdə isə o yoxdur.
    Thanksss mmaraqli fikirlere gore mda

  2. MILAQROS dedi ki:

    mekteb sevgisi artiq 3 ildi yashayiram smile yerivar