Dahilerin sevgi haqqinda dedikleri

Sevgi hər zaman dünyaya həddən artıq dar baxış deməkdir.

F.Bekon

alt

Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar.

H.Heyne

alt

Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur.

P.Bruast

alt

Zəruri olanda- birlik, şübhəli olanda – azadlıq, hər şeydə məhəbbət var.

A.Avqustin

alt

Hamımız məhəbbər üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir.

B.Dizraeli

alt

Sevgidə yeganə qələbə qaçışdır.

N.Bonapart

alt

Ahıl yaşda eşq eybə çevrilir.

O.Balzak

alt

Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq.

V.Publiy

alt

Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur.

V.Hüqo

alt

Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır.

B.Şou

alt

İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq.

B.Dizraeli

alt

Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin
özünüzə görə sevirlər, daha dəqiq desək, sizə ragmən sevirlər.

V.Hüqo

alt

Hər bir sevgi əbədi olmaq istəyir.

E.M.Remark

alt

Heç sevgi ilə ağılın ümumi bir cəhəti varmı?

İ.V.Höte

alt

Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur.

F.Dzerjinskiy.

alt

Bir kişinin bir qadına aşiq olması kifayət oldu ki, dünya indi olduğu kimi olsun.

Volter

alt

Əgər siz sevdikləriniz uğrunda özünüzü qurban verməkdən başlarsanız, bu, özünüzü qurban verdiklərinizə nifrətlə bitər.

V.Hüqo

alt

Sevgi ölümdən qoruya bilmirsədə, heç olmazsa , həyatla barışdırır.

H.Senkeviç

alt

Əgər insan 40 yaşınadək aşiq olmayıbsa, o, bundan sonra daha aşiq olmasa yaxşıdır.

B.Şou

alt

Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür.

H.Heyne

alt

Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır.

M.Qorkiy

alt

Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz.

M.Qorkiy

alt

Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb.

F.Laroşfuko

alt

Tale insana qarşı nə qədər qəddar olsada, insan nə qədər tərk edilmiş
və tənha olsada, hər zaman, bəlkədə ona məlum olmayan, lakin qəlbinin
harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar.

H.Lonqfello

alt

Sevir, çünki sevir, sevmir, çünki sevmir – hisslərin və ehtirasların məntiqi qısadır.

A.Hersen

alt

Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də
özün üçündeyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə
təmin etməkdir.

Aristotel.

alt

Dostluqdada, sevgidədə əvvəl-axır hesablaşmaq vaxtı gəlir.

B.Şou

alt

Həyat – çiçəkdir, sevgi isə – onun şirəsi.

V.Hüqo

altMəhəbbət – ideal, nigah – real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür.

İ.V.Höte

alt

Sevgi – ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz.

A.Hertsen

alt

Məhəbbət – nə keçmişi nə də gələcəyi tanımayan yeganə ehtirasdır.

O.Balzak

alt

Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır.

F.Dzerjinskiy

alt

Sevgi vardır, bizə çox dadlı əməllər gətirir,

Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.

Sevgilərdə qaranlıq bilməcələr kölgəsi var.

M.Müşfiq

alt

Eşqin tək dili gözlərdir onlar dodaqlar kimi yalan söyləməz.

Anonim

alt

Məhəbbəti heç bir dövlətlə almaq mümkün deyil.

İ.F.Şiller

alt

Hər aşiqə öz istədiyi yarı gözəldir,

Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,

Can ver elə canana ki, ilqarı gözəldir.

Ə.Vahid

alt

Bütün əbədi olanlardan ən qısa müddətlisi sevgidir.

Anonim.

alt

Mən ki görməmişəm sevgini susan

Məhəbbət zirvədə bəslənən qarmış.

Kim deyir, bir dəfə sevirmiş insan,

Sən demə hər dəfə sevmək olarmış.

N.Kəsəmənli

alt

Unudar fikirdə, xəyalda təkcə

Unudmaz ürəkdən sevən – sevəni

Mən özüm – özümə unut dedikcə,

Özümü unudub sevirəm səni…

B.Vahbzadə

alt

Sən demə təzədən sevmək olarmış

Tale də təzədən gülə bilərmiş,

Küsüb gözü yaşlı gedən məhəbbət

Peşiman – peşiman dönə bilərmiş.

N.Kəsəmənli

alt

Həyat bir damla sudursa, eşq bir damla göz yaşıdır.

Anonim

alt

Ağıl min gözlə baxırsa, sevgi bir gözlə baxır.

Anonim.

alt

Mən o şuxa güli – rəna deməyim, bəs nə deyim?

Aşiqə bülbülü şeyda deməyim, bəs nə deyim?

Mən əgər eşqidə məcnun deyiləm, bəs nəçiyəm?

Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?

Ə.Vahid

alt

Sən demə təzədən sevmək olarmış

Sevgi fürsət deyil, quş kimi uça,

Nə də yol gedir ki, qaçasan qova

Ya da sən qovasan, o səndən qaça.

N.Kəsəmənli

Ayselka

Şərhlər:

  1. Admin dedi ki:

    Sevgiye ne qeder sozler yazilsana onun nec ebir wirin hiss oldugunu hec kim anlata bilmez onu ytawamaq ve hiss etmek lazimdir ok

  2. Rena_786 dedi ki:

    Mən ki gцrməmişəm sevgini susan
    Məhəbbət zirvədə bəslənən qarmış.
    Kim deyir, bir dəfə sevirmiş insan,
    Sən demə hər dəfə sevmək olarmış

    Спаисбо Ayselka )) :ok:

    ok

  3. meymunka dedi ki:

    Əgər səni heз kim sevmirsə, dьnyada yaşamaq ağılsızlıqdır.
    M.Qorkiy men razi bu sozlerle,……………..

  4. fanya_ya dedi ki:

    Məhəbbət-ideal, nigah-real. Real və idealın qarışdırılması heз vaxt cəzasız цtьşmьr.
    İ.V.HЦTE


    Super!